İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri artırılır

10

Milli Məclisin bu gün keçirilən iclasında “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinə təkliflər birinci oxunuşda müzakirəyə çıxarılıb.

yasamal.tv-ın məlumatına görə, qanun layihəsində İşsizlikdən Sığorta Fondunun 2020-ci il büdcəsinin gəlirlərinin 151 milyon 235 min 400 manat, xərcləri 151 milyon 235 min 400 manat məbləğində təsdiq edilməsi təklif edilir.

Xatırladaq ki, İSF-nin 2020-ci il büdcəsinin gəlirləri 128 235 400,0 manat, xərcləri 128 235 400,0 manat məbləğində təsdiq edilib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib. (Apa)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin