Qazaxda dava: dörd nəfər bıçaqlandı

10

Qazax rayonunda bıçaqlanma hadisəsi olub.

yasamal.tv xəbər verir ki, münaqişə zəminində 3 nəfər – 1964-cü il təvəllüdlü Şahid Aslanov, 1971-ci il təvəllüdlü Mərdan Əliyev və 1987-ci il təvəllüdlü Elvin Abbasov bıçaq xəsarətləri alıblar. Hadisə zamanı daha bir gənc qadın da bıçaqlanıb.

Yaralıların dördü də Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə çatdırılıb.

İlkin məlumata görə, hadisə Qazax şəhərində yerləşən kafelərin birində baş verib. Təhqiramiz ifadə üstündə yaranan mübahisə dava ilə nəticələnib.

Hadisənin təfərrüatları araşdırılır. (report)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin