Şimali Koreyada koronavirusa görə karantin elan olundu

10

KXDR lideri Kim Çen In Keson şəhərində karantin elan edib. Bildirilir ki, burada bir sakində koronavirusa yoluxma şübhəsi aşkarlanıb.

yasamal.tv xəbər verir ki, virusa yoluxmuş şəxs daha öncə Cənubi Koreyaya qaçıb və sonradan qanunsuz olaraq KXDR-ə qayıdıb.

Ondan analizlər götürülüb.

Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin qərarı ilə şəhərdə karantin tətbiq edilib, mümkün virus daşıyıcısı ilə əlaqədə ola biləcək bütün şəxslər müəyyənləşdirilir.

Qeyd edək ki, Şimali Koreyada indiyə kimi rəsmi olaraq koronavirusa yoluxma qeydə alınmayıb.(oxu.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin