İlham Əliyev Belçikanın Kralına məktub göndərib

12

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belçikanın Kralı Əlahəzrət Filipə təbrik məktubu göndərib. 

yasamal.tv xəbər verir ki, məktubda deyilir: 

“Əlahəzrət,

Ölkənizin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Belçika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin