Qlobal avtomobil bazarı iyunda 18% azalıb

12

Qlobal avtomobil bazarı iyun ayında 18,1% azalaraq 6,364 milyon ədədə kimi enib.

yasamal.tv xəbər verir ki, cari ilin altı ayının nəticələrinə görə dünya üzrə 32,609 milyon avtomobil satılıb. Bu, ötən ilin analoji dövrünün göstəricisindən 27,7% azdır.

Qeyd edilir ki, iyunda satışlar üzrə lider 2,186 milyon (əvvəlki ilə nisbətən 6% artıb) ədədlə Çin qalıb. Müsbət dinamika artıq ikinci aydır ki, qeydə alınır. Buna avtomobil istehsalçılarının may və iyun aylarında apardıqları aqressiv reklam kampaniyaları təkan verib. Buna baxmayaraq dillerlərdə avtomobil ehtiyyatı ötən ay artıb ki, bu da istehlakçılar tərəfindən tələbin zəifləməsi kimi dəyərləndirilir. Hesabat ayında ABŞ-da şatışlar 26,2%, Qərbi və Şərqi Avropada müvafiq olaraq 26,7% və 8,6%, Cənubi Amerikada 36,6%, Yaponiyada 22,8%, Kanadada 23,5% azalıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin