Prezident Xalq artistinə ad günündə ev bağışladı

10

Prezident İlham Əliyev Xalq artisti Vidadi Həsənova ev hədiyyə edib.

yasamal.tv xəbər verir ki, dövlət başçıs tərəfindən hədiyyə edilən 3 otaqlı mənzilin açarları aktyora təqdim olunub.

Belə ki, Prezident İlham Əliyev V.Həsənova mənzili onun doğum günündə (iyulun 16-da – red) hədiyyə edib.

Sənətçi dövlət başçısına təşəkkür edib:

“62 yaşımı haqladım. Ad günümdə səmimi, xoş arzular da oldu, maraqlı və dəyərli hədiyyələr də. Hamınıza təşəkkür edirəm. Dostlar, o gün, xüsusilə bir hədiyyənin mənə və ailəmə bəxş etdiyi sevinci sizinlə bölüşmək istəyirəm. Bilmirəm, bəlkə, təsadüf idi? Əlbəttə, təsadüf ola bilərdi. Bəlkə də, sadəcə, tarixlər üst-üstə düşmüşdü… Belə də ola bilərdi. Amma mən belə düşünmək istəmirəm. Bu, nə təsadüf idi, nə də tarixlərin üst-üstə düşməsi. Məncə bu, qayğıkeş rəhbərin, genişürəkli insanın hər bir ölkə vətəndaşına göstərdiyi diqqətin ibrətamiz nümunəsi idi.

Bu yaxınlarda məni Bakı Şəhər İcra Hakimiyyətinə çağırıb, sərancam təqdim etdilər. Bu, Həsənov Vidadi İsmayıl oğluna, Bakı şəhərində 3 otaqlı mənzil verilməsi ilə bağlı möhtərəm Prezident İlham Əliyevin sərancamı idi. Sərancamın tarixi isə – məhz 16.07.2020-ci il idi.

Möhtərəm Prezident, bu əlamətdar gündə mənə və ailəmə bəxş etdiyiniz sevincə görə sizə dərin təşəkkürümü bildirirəm”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin