Çeçenistan lideri Ramzan Kadırov Azərbaycan və Ermənistanı konflikti dayandırmağa çağırıb.
yasamal.tv xəbər verir ki, Kadırov çağırışını Teleqram kanalında paylaşıb.
“Bu gün biz Azərbaycan və Ermənistan sərhədində situasiyanın kəskinləşməsini müşahidə edirik. Hər iki dövlət bizim üçün qardaşdır. Orada baş verən faciəvi hadisələr təkcə Rusiyaya yox, bütün Qafqaz və MDB ölkələrinə təsir göstərir. Mən Ermənistan, Azərbaycan və bütün müttəfiq dövlətlərini bu konflikti dayandırmaq üçün tədbirlər görməyə çağırıram. Hər şeyi etməliyik ki, tərəflər bir-birinə əllərini uzadıb, sülhə çatsınlar. Əks təqdirdə, Allah eləməsin, bu toqquşma miqyaslı müharibəyə keçəcək ki, onun da nəticələri bütün Qafqaz üçün faciəyə gətirib çıxaracaq”, – deyə o bildirib.
Qeyd edək ki, Ermənistan hərbi-siyasi rəhbərliyi düşünülmüş şəkildə iyulun 12-dən Azərbaycana Tovuz istiqamətindən təxribatlarını davam etdirir.(axar.az)