Müğənni İbrahim Borçalıya ağır itki üz verib.
yasamal.tv axşam.az-a istinadən xəbər verir ki, sənətçinin 20 yaşlı oğlu Rəhim avtomobil qəzasında dünyasını dəyişib. Gürcüstandan Bakıya gələn gənc yolda qəzaya düşüb.
Şairə Nazilə Səfərli saytımıza açıqlamasında bildirib ki, sənətçinin yeganə oğlu üçüncü kurs tələbəsi idi. O, Türkiyədə təhsil alırdı.