“Lazım gələrsə ön cəbhədə də vuruşaram”

11

“Mənfur düşmənimizin silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində, şəhid verdiyimiz üçün çox üzülürəm. Ulu babalarımızın bizə əmanət etdiyi vətənimizi qorumaq üçün lazım gələrsə, döyüşməyə hazıram”.

yasamal.tv axşam.az-a xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova deyib. Aktrisa bildirib ki, ötən gün o da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən qeydiyyatdan keçib:

“Bir Azərbaycan vətəndaşı olaraq, tarixi torpaqlarımızı işğaldan azad etmək üçün lazım gələrsə ön, lazım gələrsə arxa cəbhədə xidmət etməyə hazıram. Müraciətimi rəsmiləşdirmək üçün qeydiyyatdan da keçdim.

Vətənimiz və bizim uğurumuzda canından keçən igid övladlarımızın, şəhidlərimizin ruhu qarşısında baş əyirəm”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin