Koronavirusa yoluxanların sayı 14 milyonu keçdi

10

Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 14 milyon nəfəri keçib.

yasamal.tv bildirir ki, məlumatı pandemiyanın hesabatını aparan “Worldometers” saytı yayıb.

Bildirilir ki, virusa yoluxma sayı 14 milyon 58 min 95, pandemiya qurbanlarının sayı isə 594 min 995 nəfərə çatıb.

İndiyədək 8 milyon 359 min 482 xəstə sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı bu il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin