Mourinyu “Mançester Siti”ni tənqid etdi

10

“Tottenhem”in baş məşqçisi Joze Mourinyu “Mançester Siti”ni maliyyə “fair-play” qaydalarını pozduğuna görə tənqid edib.

yasamal.tv xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

“Siz, sadəcə, qanunu pozursunuz, ədalətli maliyyə oyununu unudursunuz, nə qədər istəyirsiniz, xərcləyirsiniz və yaxşı oyunçular alırsınız. Asandır. Digər klublar üçün daha çətindir. Qaydalara riayət etməli olurlar”, – deyə J.Mourinyu bildirib.

Xatırladaq ki, “Mançester Siti” maliyyə “fair-play” qaydalarını pozduğuna görə UEFA tərəfindən avrokuboklardan kənarlaşdırılsa da, iyulun 13-də qərar dəyişdirilib. Yeni qərara əsasən, klub Avropa turnirlərində iştirak edəcək, həmçinin, cərimə məbləği bir milyon avroya endiriləcək.(oxu.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin