Rəşad Sadıqov “Zirə”yə baş məşqçi təyin olundu

11

“Zirə” komandasının yeni baş məşqçisi bəlli olub.

yasamal.tv xəbər verir ki, qəsəbə təmsilçisi Rəşad Sadıqova həvalə olunub. 38 yaşlı mütəxəssislə 3 illik müqavilə bağlanıb.

“Zirə”nin fəxri prezidenti Orxan Məmmədov təyinatla bağlı fikirlərini bölüşüb. O, Rəşad Sadıqovla geniş və ətraflı müzakirələrdən sonra razılığa gəldiklərini bildirib: “Onun bizimlə çalışmağa razılıq verməsinə görə çox şadam. Futbolçu karyerasını yeni bitirsə də, baş məşqçi kimi təcrübəsi hamıya məlumdur. “Qarabağ”ın gənclərdən ibarət komandası ilə yanaşı, U-21 millimizdə də qısa müddətdə yaxşı işlər görüb. Onun baş məşqçi kimi klubumuzun inkişafına müsbət təsir edəcəyinə inanıram”.

Qeyd edək ki, 2011-ci ildən “Qarabağ”da çıxış edən Rəşad Sadıqov 2019/2020 mövsümünün sonunda karyerasını başa vurub. O, iyulun 15-də Ağdam klubu ilə vidalaşdığını da açıqlayıb.(axar.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin