Gəncədə biri azyaşlı olmaqla iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
yasamal.tv-ın məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində iki nəfər – 33 yaşlı Qurbanova Xumar Misir qızı və onun iki yaşlı oğlu Məmmədov Telman Tariyel oğlu xəstəxanaya yerləşdirilib.
Dərhal yaralılara lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.(apa)