“16 seçki məntəqəsində seçki prosesini izləmişik”.
Bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Parlament İttifaqının baş katibinin müavini Məhəmməd Sicani Əli Əsgər deyib.
O bildirib ki, seçkiyə nəzarət edənlərin öz işlərini dəqiqliklə apardığını müşahidə ediblər:
“Səsvermə səliqəli şəkildə keçirildi. Azərbaycan xalqını bu demokratik uğur üçün təbrik edirəm”.