Ucarda atasını qətlə yetirən oğul tutuldu

15

Ucar Rayon Prokurorluğu iyulun 10-da saat 03 radələrində Ucar rayonu, Bərgüşaad kənd sakini Bayram Abbasovun öldürülməsi ilə bağlı məlumat yayıb.

Prokurorluqdan verilən Ucar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin oğlu 1994-cü il təvəllüdlü Əhliman Abbasov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilb.

Əhliman Abbasov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin