İran Tacikistanla viza rejimini ləğv edir

14

İran Tacikistanla viza rejimini dörd şərt daxilində ləğv edir.

Bloger.az xəbər verir ki, bu barədə İranın Tacikistandakı səfirliyindən bildirilib.

Məlumata görə, İranın irəli sürdüyü şərtlər aşağıdakılardır:

  • vizasız qalma müddəti – 30 gün;
  • səyahət növü – yalnız hava ilə;
  • marşrut – yalnız Düşənbədən Tehrana və geriyə;
  • fəaliyyət şərti – ikitərəfli qaydada əməl olunarsa, vizasız rejim qüvvədə olacaq.

Viza rejiminin ləğvi tarixi hələ müəyyən edilməyib. Bildirilib ki, İran Xarici İşlər Nazirliyi məsələ ilə bağlı əlavə məlumat verəcək.