Şəmkirdə 2 avtomobil toqquşub: yaralılar var

18

Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

Bloger.az-ın məlumatına görə, “Üç yol” deyilən ərazidə iki “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində 2002-ci il təvəllüdlü Tural Abdullayev və 1995-ci il təvəllüdlü Bayram Bayramlı xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.