“Əbədi Birlik” GİB-nin sədri Zorlu Törenin qonağı olub – Fotolar

15

“Əbədi Birlik” GİB-nin sədri Şahin Əliyev 10-17 may tarixlərində Şimali Kipr Türk Respublikasında Cümhuriyyət Məclisinin sədri Zorlu Törenin qonağı olub.

Bloger.az xəbər verir ki, səfər sırasında Şahin Əliyev Cümhuriyyət Məclisinin sədri Zorlu Törenin özəl qonağı olaraq qonaqlanıb, Azərbaycan-Şimali Kipr arası dostluq qrupları arasında keçirilən ilk rəsmi iclaslarda iştirak edib.

Şahin Əliyev Əbədi Birlik Gənclər İctimai Birliyinin Şimali Kipr nümayəndəliyinin rəhbəri
Serdar Şengüllə birlikdə ilk olaraq Cümhuriyyət Məclisinin sədri Zorlu Töre ilə
görüşüblər, Zorlu Töreyə “Şərəfli Xidmət” mükafatını və müəllifi olduğu “İlhamlı Zəfər –
20” və “Kıbrıs – Şərqi Aralıq Dənizində Türklərin Əbədi Qalası” kitablarını təqdim edib. Cümhuriyyət Məclisinin sədri Zorlu Töre isə Şahin Əliyev’ə Şimali Kipr Türk
Respublikasını anlatan Cümhuriyyət Məclisinə aid hədiyyələr təqdim edib.

Bunu da qeyd edək ki, Cümhuriyyət Məclisinin sədri Zorlu Töre’nin şəxsi katibi heyət ilə
özəl olaraq məşğul olub və onlara Şimali Kipr haqqında rəsmi məlumatlar təqdim edib.
Şahin Əliyev’dən İrem Uygun’a “Xidmət” və müəllifi olduğu “İlhamlı Zəfər – 20” və “Kıbrıs – Şərqi Aralıq Dənizində Türklərin Əbədi Qalası” kitablarını təqdim edib.

Digər görüş Türkiyə Respublikası Gənclər və İdman Koordinatoru Mithat Tekçam və
Şimali Kiprin AkParti nümayəndəliyinin sədr müavini Metin Yılgın ilə olub. Görüş zamanı
Azərbaycan-Türkiyə-Şimali Kipr gənclərinin mübadilə proqramlarının və birgə layihələrin
icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

Daha sonra 13 may 2024-cü ildə İskelədə təşkil edilən mərasimlə 1964-cü ilin
dekabrında yunan EOKA-cılar tərəfindən qaçırılan, avtobusda olan və qətlə yetirilərək
quyuya atılan 12 türk şəhidi üçün “Kayıp Otöbüs” Anıtının açılışında “Əbədi Birlik”
Gənclər İctimai Birliyi Şimali Kipr Cümhuriyyət Məclisinin dəvəti ilə iştirak ediblər. Şimali
Kipr Cümhuriyyət Məclisinin sədri Zorlu Töre ilə birgə Kıbrıs Barış Harekatı’nın
Mücahidləri, Qaziləri ilə görüşüb, onlara sitatları olan: “Şəhid və Qazilərimiz Əbədi
Birliyimizin Təməlidir!” – ifadəsini deyiblər.

Zorlu Töre çıxışında bu torpaqları canlarından, qanlarından keçərək Vətən etdiklərini,
keçmişdə baş verənlərin bir daha təkrar olunmayacağına ümid etdiyini, lakin Vətəni
müdafiə etməkdən əsla vaz keçməyəcəklərini bildirib. O, Kiprdə hərtərəfli bir razılaşma
əldə edildiyini, lakin yunanların Enosis xəyalından əl çəkmədiklərini ifadə edərək, milli
mübarizə illərində baş verənləri izah etdi. Şəhidləri və kütləvi qətlləri xatırladan Töre,
adada razılaşma istədiklərini, lakin ŞKTC və Türkiyə üzərindəki suverenlikdən əsla vaz
keçməyəcəklərini bildirib. Birləşmiş Kipr ritorikasını tənqid edən Töre, Larnaka
şəhidlərini yad edib və abidəni inşa edən hər kəsi təbrik edib.

Cümhuriyyət Məclisinin sədri Zorlu Töre Türkiyə-Azərbaycan, Türkiyə-ŞKTC və
Azərbaycan-ŞKTC parlamentlərarası dostluq qrupları və onları müşayiət edən
nümayəndə heyətləri ilə birlikdə Maraş şəhərini gəzib. “Əbədi Birlik” Gənclər İctimai
Birliyinin sədri Şahin Əliyev və Şimali Kipr nümayəndəliyinin rəhbəri Serdar Şengül də bu
gəzintiyə dəvət olunub. Töre burada verdiyi açıqlamada Türkiyədən sonra Azərbaycanın
da KKTC ilə dostluq qrupu yaratdığını və rəsmi olaraq buraya gələrək bir mərhələyə
başladıqlarını bildirib. Töre, “Biz fəxr edirik ki, Azərbaycan Türkiyədən sonra ikinci qardaş
olaraq buradadır”. Maraşın açıq hissələrini gəzdiklərini ifadə edən Töre, Maraşda mülkü
olduğunu iddia edənlərin Daşınmaz Əmlak Komissiyasına müraciət etmələri lazım
olduğunu qeyd edərək vəqf mülklərinə diqqət çəkdi. Maraşın daha 50 il belə
gözləməməsi lazım olduğunu deyən Töre, Mağusa Bələdiyyəsinin burada xidmət etməyə
hazır olduğunu bildirib.

Azərbaycan Milli Məclisinin KKTC Parlamentlərarası Dostluq Qrupunun sədri Cavanşir
Feyziyev Maraş və Qarabağın bir-birinə çox bənzədiyini və onları öz daxili aləmlərinə
daxil etdiklərini bildirib. Türkiyə-ŞKTC Parlamentlərarası Dostluq Qrupunun sədri Orhan
Erdem 6 komissiyadan ibarət bir qrup olaraq Maraşa səfər etdiklərini, KKTC-nin turizm,
təhsil və sənaye sahələrində inkişaf edərək daha da yaxşı yerlərə çatacağını bildirib.
Bu hadisələrə şahidlik edən “Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev
Güneş TV-dəki çıxışı zamanı “ Mən Ağdam ilə Kapalı Maraşı bir birinə bənzədirəm, çox
zülümlər görüldü, evlər yıxıldı, şəhidlərimiz oldu. Hər ikisini də “Hayalet Şehir”-ə
bənzədirəm – ifadələrini deyib.

Eyni zamanda “Kapalı Maraş” gəzintisində Şahin Əliyev AkParti KKTC nümayəndəsi Fahri
Yönlüer ilə görüşüb, gənclərin inkişafı üçün prioritet istiqamətlər mövzusunda fikir
mübadiləsi aparıblar.

Daha sonra “Əbədi Birlik” GİB sədri Şahin Əliyev və Türkiyə nümayəndəliyi ToreX Trading
şirkətinin rəhbəri Tuygun Töre ilə görüşüb. Torex Trading Şimali Kipr Türk Respublikasının təşkilatıdır və təkrar emal edilmiş tullantı torbaları istehsal edir, həmçinin təmizlik və gigiyena məhsulları satır. Bu mövzuda Şahin Əliyev Tuygun Töre ilə Azərbaycan 2024-cü il “Yaşıl Dünya Naminə Həmrəylik İli”-nin qeyd edilməsi ilə bağlı fikir mübadiləsi aparıb, diskusiyya ediblər.

Sonrakı görüşdə “Əbədi Birlik” GİB sədri Şahin Əliyev Şimali Kipr Türk Cümhuriyyəti Ülkü
Ocaklarının rəhbəri Fatih Arıcı ilə görüşüb.
Görüş zamanı hər iki tərəf öz fəaliyyət istiqamətlərindən, birlikdə görüləcək layihələrdən
danışıb, Şimali Kipr Türk Respublikasının Türk dünysasındakı rolu mövzusunda fikir
mübadiləsi aparılıb.

16 may 2024-cü ildə isə Cümhuriyyət Məclisinin sədri Zorlu Töre Azərbaycan Milli
Məclisinin ŞKTC Parlamentlərarası Dostluq Qrupunun sədri Cavanşir Feyziyevi və onu
müşayiət edən nümayəndə heyətini Ercan hava limanından yola salıb. Feyziyev burada
verdiyi açıqlamada bildirib ki, KKTC-yə səfəriniz qardaş Kipr türk xalqını və dövlətini
tanımaq baxımından çox məhsuldar olub. Əldə etdikləri yeni məlumatlar ilə Şimali Kipr
Türk Cümhuriyyəti ilə bağlı planları daha rahat qura biləcəklərini deyən Feyziyev,
olduqları müddətdə özlərini yad kimi hiss etmədiklərini, həm dövlət rəhbərliyinin, həm
də ictimaiyyətin onlara böyük maraq göstərdiyini bildirib. Feyziyev ŞKTC-ni öz evləri kimi
gördüklərini və Bakıda görüş arzuladıqlarını qeyd edib. Cümhuriyyət Məclisinin sədri
Zorlu Töre də dostluq qrupunun yaradılması ilə ŞKTC ilə Azərbaycan arasında əlaqələrin
rəsmiləşdiyini və bunun onları sevindirdiyini qeyd edib. Töre yenidən Azərbaycan
nümayəndə heyətini gözlədiklərini vurğulayaraq, “Biz qardaşıq, bir millətik” dedi.
Kayseridə keçirilən Erciyes konqreslərində türk dövlətlərinin təmsilçi çadırlarının
qurulduğunu xatırladan Töre, türk dövlətlərinin bir-biri ilə görüşməyə başladığını və bu
görüşün başlanğıc olduğunu bildirib. Vida mərasimində TBMM KKTC-Türkiyə Dostluq
Qrupunun sədri Resimye Eroğlu və sədr müavini Erkut Şahali, eyni zamanda “Əbədi
Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev, Şimali Kipr nümayəndəsi Serdar
Şengül və Türkiyə nümayəndəliyi də iştirak edib.

16 may axşam saatlarında Zorlu Töre yenidən “Əbədi Birlik” Gənclər İctimai Birliyinin
sədri Şahin Əliyev, Şimali Kipr nümayəndəsi Serdar Şengül və Türkiyə nümayəndəliyi ilə
görüşüb, onlara uğurlar arzu edib və Türk dünyası gənclərini birliyə səsləyib. Şahin Əliyev
də Zorlu Töre’yə səmimi qonaqpərvərliyinə görə xüsusi təşəkkürünü bildirib, Zorlu
Töre’yə : “Siz Türk dünyası gənclərinin lider, öndər gördüyü şəxslərdən birisiniz,
Azərbaycan gəncliyi olaraq sizi sevirik!” – ifadələrini deyib.

17 may 2024-cü il isə “Əbədi Birlik” Gənclər İctimai Birliyinin səfəri başa çatıb.