
Rusiyanın xarici işlər naziri Sergey Lavrov İran prezidenti İbrahim Rəisi və həmkarı Hüseyn Əmir Abdullahiyanın helikopter qəzasında həlakına münasibət bildirib.
Bloger.az xəbər verir ki, o bu şəxslərin Rusiyada “əsl etibarlı dostlar kimi tanındığını” vurğulayıb.
“Qarşılıqlı faydalı Rusiya-İran əməkdaşlığının, etibarlı tərəfdaşlığın gücləndirilməsində onların rolu əvəzsizdir. Onların ailələrinə, yaxınlarına, eləcə də bütün dost İran xalqına səmimi-qəlbdən başsağlığı veririk. Bu kədərli gündə düşüncələrimiz və qəlbimiz sizinlədir”, – Lavrov diqqətə çatdırıb.