Beynəlxalq valyuta birjalarında Avrozona və İngiltərə iqtisadiyyatların dair göstəricilər avro və funta dəstək olmaqdadır.
Avrozonanın pərakəndə satış dövriyyəsinə dair fundamental göstəricilərin proqnozlaşdırılandan daha yaxşı açıqlanması avronun bahalaşmasına səbəb olub. İngiltərənin tikinti sektorunda biznes aktivliyini ölçən göstəricinin də sürpriz etməsi, funtun bahalaşmasına səbəb olub.
Təhlillərə əsasən, EUR/USD 1.1317$, GBP/USD məzənnəsi isə 1.2541$-ın üzərində möhkəmlənərsə, növbəti bahalaşma dalğasının şahidi ola bilərik. Bununla yanaşı, qeyd etmək lazımdır ki, cari həftə ərzində önəmli fundamental məlumatlar baxımından zəif həftədir.
Əlvan metallar bazarlarında qızılın bir unsiya üzrə qiymətində də yuxarı səviyyələrdə dalğalanma müşahidə edilir. Bunun səbəb foreks bazarlarında dolların təzyiq altında olmasıdır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.