
İstanbulun Sancaqtəpə Bələdəyyəsinin Rəcəb TayyibƏrdoğan Konqres Mərkəzində “Fikir Talimi Kulübü”nun təşkilatı dəstəyi ilə Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi ilə əlaqədar cari ilin 11-12 iyul tarixlərində 2 gün davam edəcək fotosərgi açılıb.
Mrb.az xəbər verir ki, sayca 7-ci olan sərgi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) ictimai birliyi tərəfindən icra olunan “Shusha, the cultural capital of Azerbaijan, in photos” (Azərbaycanın mədəniyyət paytaxtı Şuşa fotolarda) adlı beynəlxalq fotoqrafiya layihəsi ilə gerçəkləşib. Öncəki sərgilər Azərbaycanın Bakı şəhərində, Gürcüstanın Tbilisi şəhərində,Bolnisi və Marneuli rayonlarında təşkil edilib. Növbəti sərgilərin Türkiyənin Antalya şəhərində və AzərbaycanınBalakən rayonunda açılması nəzərdə tutulur. Sərgiləri ziyarət edən gənclər və digər qonaqlar arasında fotolar vasitəsilə Şuşa musiqiçiləri və mədəni irsi haqqında məlumatlılıq artırılıb, ziyarətçilərə Şuşanın fotoları əks olunan açıqcalar paylanılıb.
Layihə rəhbəri Fərhad Abdulov bildirir ki, layihənin məqsədi Şuşanın tarixinin və mədəni irsinin yerli, türk və gürcü gəncləri arasında təbliğ edilməsidir.



