Messi “Barselona”dan ayrılır? – Prezidentdən açıqlama

10
“Barselona”nın prezidenti Jozep Bartomeu “Barselona”nın kapitanı Lionel Messinin gələcəyi barədə danışıb.
 
Fanat.Az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Bartomeu Messinin “Barsa”da qalmaq istədiyini bildirib:
“Mən yeni müqavilə ilə bağlı apardığımız danışıqların detallarından bəhs etmək istəmirəm. Amma Messi bir neçə dəfə mənə deyib ki, karyerasını “Barsa”da bitirmək istəyir. Hazırda biz diqqətimizi mövsümdəki çıxışımıza yönəltmişik. Bir neçə oyunçu ilə danışıqlarımız isə davam edir.
Messi “Barselona”da oynamağa davam etmək və karyerasını burada bitirmək istəyir. Onun karyerası irəlidədi. Birlikdə həmin illərdən zövq alacağıq”.
Daha öncə “Cadena SER” radiosu argentinalı futbolçunun 2021-ci ildə katalon klubundan ayrılacağına dair xəbər yaymışdı.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin