Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
yasamal.tv-ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Minik avtomobili yolu keçən Mehdiyev Kamil Məhəmmədhüseyn oğlunu vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.(report)