Ərdoğan: “BMT-də islahatlara ehtiyac var”

11

“BMT, xüsusilə BMT Təhlükəsizlik Şurasında islahatlara ehtiyac var”.

Mrb.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 25-də hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) parlament fraksiyasının toplantısında çıxışı zamanı deyib.

O bildirib ki, dünyanın təhlükəsizliyi 5 dövlətin maraqlarından asılı olmamalıdır.

Ərdoğan dünyadakı hazırkı vəziyyətə görə təəssüflənib.