
Övladları ilə birlikdə İsraildən Kiprə köçdüyü deyilən SSRİ Xalq artisti Alla Puqaçova yoxa çıxıb.
Mrb.az xəbər verir ki, rus estradasının primadonnası yaxınları ilə əlaqəyə çıxmır.
O, sosial şəbəkələrdə də aktiv deyil.
“Əlbəttə, Puqaçova və övladları İsraildə deyillər. Amma onların Kiprdə olmaları barədə də məlumat yoxdur”, – mənbə deyib.
Eyni zamanda, versiyalardan birinə görə müğənni Kiprdə deyil, ABŞ-dədir. Ola bilsin, Puqaçova harada olması barədə məlumatın yayılmaması üçün əlaqəyə çıxmır.