Banklara 47 milyondan çox dollar satıldı

10

10 oktyabr 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

Mrb.az xəbər verir ki, hərracda tələb 47.4 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.

Qeyd edək ki, bu göstərici ötən hərracdan 4.9 dəfə çoxdur. Belə ki, 5 oktyabrda keçirilən valyuta hərracında banklar 9.7 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.