Azərbaycanda dəmir yolları ilə sərnişindaşıma 46 % artıb

11

Azərbaycanda bu ilin sentyabr ayında 631 204 sərnişin qatarlarla səyahət edib.

Mrb.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir. Bu, 2022-ci ilin göstəricisindən 46 % çoxdur.

Məlumata görə, ümumilikdə isə bu il ərzində ADY 5 milyona yaxın sərnişinə xidmət edib.