Çin çempionatının başlayacağı tarix açıqlandı

12

Futbol üzrə Çin çempionatının başlama tarixi bəlli olub.

“Report” “Xinhua” nəşrinə istinadən xəbər verir ki, bu barədə Çin Futbol Assosiasiyası qərar çıxarıb.

Mövsüm iyulun 25-də başlayacaq. Daha öncə çempionatın startı fevralın 22-ə təyin edilsə də, koronavirus pandemiyası səbəbindən qeyri-müəyyən müddətədək təxirə salınmışdı.

Bütün çempionat matçları azarkeşsiz keçiriləcək. 16 komanda iki qrupa bölünəcək, hər qrupdan ən yaxşı 4 komanda pley-offa çıxacaq. Sonuncu yerləri tutanlar isə liqada qalmaq üçün bir-biriləri ilə oynayacaqlar.

Qeyd edək ki, koronavirus ilk olaraq 2019-cu ilin sonlarında Çində qeydə alınıb. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı bu xəstəliyi pandemiya kimi tanıyıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin