Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası vətəndaş sıxlığını aradan qaldırmaq üçün tədbirlərini davam etdirir.
yasamal.tv Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbova istinadən xəbər verir ki, əmək pensiyalarını, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərini, həmçinin, ünvanlı dövlət sosial yardımlarını istənilən bankomatlardan, eləcə də “Azərpoçt” MMC-nin istənilən bankomatından və ya POS-terminalından hər hansı əlavə faiz tutulmadan əldə edə bilərlər.