
Artıq uzun müddətdir ki, özəlləşdirmə çekləri ilə bağlı problem aktual olaraq qalmaqdadır. Hətta yüzminlərlə ailə bu problemin həlli üçün müvafiq qurumlara dəfələrlə müraciət ediblər və haqqlarının bərpa olunmasını istəyiblər.
Bəs görəsən, problem nə vaxt həll olunacaq?
Məlumat üçün bildirək ki, özəlləşdirmə çekləri 1996-cı ildə tarixi sosial ədaləti təmin etmək üçün mərhum Prezident Heydər Əliyev tərəfindən 1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Hər bir çekin dəyəri 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. İnflyasiya qorunmaqla bir payçı üçün özəlləşdirmə çekinin dəyəri minimum 2000 ABŞ dolları ekvivalentində qəbul edilib.
BEYNƏLXALQ HÜQUQA, KONSTİTUSİYA VƏ QANUNLARA, ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN VƏ DÖVLƏTİN TARİXİ SOSİAL ƏDALƏT SİYASƏTİ PRİNSİPLƏRİNƏ ƏSASLANARAQ HÜQUQ EKSPERTLƏRİNİN YEKDİL QƏRARINA ƏSASƏN, qanunla miras Əmlak Payı – mülkiyyət hüququnu təsdiq edən sənəd kimi Özəlləşdirmə Çekləri dövlət qiymətli kağızı kimi birincili olaraq yerləşdirildiyindən sonra bütün özəlləşdiriləcək dövlət əmlaklarının 65%-lik (50+15) mülkiyyət hüququ vətəndaşlara məxsusdur. Qanunla dövlət bir emitent kimi buraxdığı və birincili olaraq yerləşdirdiyi qiymətli kağızların təsdiqlədiyi mülkiyyət hüquqlarının sahibi deyil. Konstitusiya və qanunlarla dövlət artıq qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrdən vətəndaşlara məxsus olan 65% əmlak payını -mülkiyyət hüququnu kompensasiya etmədən və vətəndaşlarla razılaşdırmadan HEÇ KİMƏ SATA BİLMƏZ.

Mövzu ilə bağlı Mrb.az-a açıqlamasında Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev bildirib ki, hüququ pozulan vətəndaşların haqqlarının geri qaytarılması vacibdir:
“Məlumdur ki, sosial ədalət cəmiyyətin inkişafının təməlidir. Sosial ədalətsizlik və insan haqlarının pozulması bir sıra ciddi problemlərə yol açır. Ölkəmizdə sosial problemlərin həllinə diqqətlə yanaşılsa da, bəzi mövzular hələ də həllini tapmamaqdadır. Bu məsələlərdən biri də özəlləşdirmə çekləri ilə bağlıdır. Bu baxımdan vətəndaşların hüququ bərpa olunmalıdır. Ona görə də məsələyə yenidən qayıtmaq lazımdır. Tədavül müddətinin yenidən artırılması vətəndaşların hüquqlarının qorunması baxımından əhəmiyyətlidir. Çeklər yenidən tədavülə buraxılmasa, bu halda hüququ tapdanan çek sahiblərinə kompensasiya ödənilməlidir. Bu gün müəyyən sayda çeklər var ki, onlar səhm və digər qiymətli kağızlar kimi saxlanılır. Bu qiymətli kağızlardan istifadəyə şərait yaradılması effektiv təsirlərə səbəb olacaq. Dövlət özəlləşdirmə çeklərinin nominal dəyəri (qiyməti) ilə bağlı normalar “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramının” (I Dövlət Proqramı) “Dövlət özəlləşdirmə payı” adlanan 3-cü bölməsində nəzərdə tutulur. Həmin 3-cü bölmədə deyilir ki, özəlləşdirmə payı – Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir. Dövlət özəlləşdirmə çeklərinin nominal dəyərinin qanunvericiliklə birbaşa tənzimlənməsi çek sahiblərinin mülkiyyət hüququnun və bərabərlik hüququnun qorunması, onların bu hüquqlarının müxtəlif manipulyasiya yolları ilə pozulmasının qarşısının alınması üçün vacibdir”.

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə isə vurğulayıb ki, yaxın zamanlarda bu məsələnin öz həllini tapacağına ümidlidir:
“Hazırda dövriyyəyə buraxılmış çeklərin 20 faizinin hələ də əllərdə olması fonunda vətəndaşlar özəlləşdirmə çeklərinin yenidən tədavülünü və hüquqlarının bərpa olunmasını gözləyirlər. Dövlət özəlləşdirmə çeklərinin emitenti Azərbaycan Respublikası dövləti, mülkiyyətçisi isə Azərbaycan Respublikasının vətəndaşıdır. Belə ki, dövlət özəlləşdirmə çekləri, hər bir Azərbaycan vətəndaşına dövlət əmlakından verilmiş dövlət özəlləşdirmə payılarının qiymətli kağıza bağlanaraq ödəniş vasitəsi kimi istifadəsini və tədavülünü asanlaşdırmaqdır məqsədi ilə dövlət tərəfindən çıxardılaraq vətəndaşlara verilib. Özəlləşdirmə çeklərindən istifadəyə tələb bazarın qanunauyğunluqları, özəlləşdirmənin xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilir. Müəyyən qədər çek var ki, onlar səhm və digər qiymətli kağızlar kimi saxlanılır. Özəlləşdirmə ilə bağlı qarşıdakı proseslərə və tələblərə əsasən, çeklərdən istifadə hökumətin yeni strateji qərarlarına əsasən müəyyən edilə bilər”.
Özəlləşdirmə çekləri ilə bağlı geniş məlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz:
https://m.facebook.com/groups/668471343515846/posts/1577668382596133/
Çek sahiblərindən Mİlli Məclisin sədrinə vacib MÜRACİƏT
Konstitusiya Məhkəməsindən özəlləşdirmə çek sahiblərinə SON AÇIQLAMA
YAP-çı ziyalılardan prezidentə – MÜRACİƏT
“Özəlləşdirmə çekləri” qrupuna üzv ola bilərsiniz:
https://www.facebook.com/groups/668471343515846