“Qəbələ”nin avrokubok oyununun biletləri satışa çıxarılıb

13

“Qəbələ” və Macarıstanın “Puşkaş Akademiya” komandası arasında gerçəkləşəcək UEFA Gənclər Liqasının I mərhələsinin ilk matçının biletləri satışa çıxarılıb.

Mrb.az xəbər verir ki, azarkeşlər qiyməti 2 manat olan biletləri klubun “fan shop”undan ala bilərlər.

Qeyd edək ki, oktyabrın 4-də Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.