Ev Blog Səhifə 3391

Qocalanda ağılı itirməməyin sadə yolu tapılıb

ABŞ-da Stouni Bruk Universitetinin alimləri qocalma ilə əlaqəli neyrobioloji dəyişikliklərin 50 yaşına yaxınlaşan insanlarda baş verdiyini müəyyənləşdiriblər.

Militribuna.az xəbər verir ki, istehlak edilən karbohidratların miqdarını azaltmaqla bunun qarşısını almaq olar.

Tədqiqatçılar 18-88 yaş arası 1000 nəfər üzərində təcrübə apararaq, onlara funksional maqnit-rezonans beyin tomoqrafiyası tətbiq ediblər.

Yaşlandıqca idrak funksiyalarının azalması və insulin müqavimətinin artması ilə əlaqələndirilən beyin bölgələri arasındakı funksional əlaqələrin pozulmasının ortaya çıxdığı məlum olub.

Bildirilir ki, diabet öncəsi vəziyyət və 2-ci tip diabet neyronları qlükozanın effektiv metabolizmi prosesinə maneə törədir.

Elm adamları beyinin sabitliyini iki pəhriz ilə qiymətləndirirlər: müntəzəm və az karbohidrat – hansı ki, tərkibində şəkər, düyü və nişastalı tərəvəzlər istisna olmaqla salat, ət və ya balıq var.

Nəticələr beyinin qocalma əlamətlərinin artıq 47 yaşında, ən sürətli formada 60 yaşında ortaya çıxdığını göstərib. 50 yaşdan kiçik gənclərdə belə pəhriz beyinin fəaliyyətini artırıb və funksional şəbəkələrini sabitləşdirib.

Gürcüstanda eks-nazirə 5 il həbs verildi

Tbilisi şəhər məhkəməsi sabiq müdafiə naziri İrakli Okruaşvili 5 il müddətinə azadlıqdan məhrum olunub.

Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, o 2019-cu ilin iyunun 20-də Tbilisidə etiraz aksiyalarının təşkilində təqsirli bilinib.

Məhkəmə onu qrup halında törədilən zorakılıq aksiyasının təşkilatçısı və iştirakçısı hesab edib.

Milli Məclisin aprelin 17-də keçiriləcək iclasının gündəliyi açıqlandı

Milli Məclisin aprelin 17-də keçiriləcək iclasının gündəliyinə 24 məsələ daxil edilib

Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya açıqlamasında bu barədə məlumat verib.

Onun sözlərinə görə, iclasın gündəliyinə 24 məsələ daxil edilib.

Azərbaycanda daha 50 nəfər koronavirusa yoluxdu, 1 nəfər ölüb

Azərbaycan Respublikasında 50 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, bir nəfər vəfat etmiş, 39 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Millitrbuna.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1955-ci il təvəllüdlü vətəndaş vəfat etmişdir.

Hazırkı dövrədək ölkəmizdə 1148 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 289 nəfəri müalicə olunaraq sağalmış, 12 nəfər vəfat etmiş, 847 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 25 nəfərin vəziyyəti ağır, 30 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ölkəmizdə müxtəlif karantin zonalarına yerləşdirilən 2373 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

“Koronavirusa görə siyasət aləmində istefalar çox olacaq” – Politoloq

Ötən gün Türkiyənin daxili işlər naziri Süleyman Soylu istefa verib

O istefasının səbəbini ölkədə epidemiyanın qarşısının alınması məqsədilə verilən yanlış qərarı ilə əlaqələndirib. Amma nazirin istefa ərizəsi prezident Rəcəb Tayyip Ərdoğan tərəfindən qəbul olunmayıb.

İstənilən halda, koronavirus pandemiyası ölkələrin siyasi sisteminə təsir göstərir. Pandemiyanın siyasi nəticələri haqqında Modern.az-a danışan politoloq Tofiq Abbasov isə diqqətə çatdırıb ki, hazırkı proses Dünya Müharibəsi kimi qiymətləndirilir:

“Əslində bu bənzətmədə bir qədər həqiqət var. Karantin dönəmində sosial, siyasi həyat səngiyib. Bir çox güclü dövlətlərin, təşkilatların gücsüzlüyünün şahidi olduq. Hətta Avropa İttifaqı kimi mükəmməl, cəlbedici sayılan təşkilat “çat verib”. Bu onu göstərir ki, proses gedə-gedə insanlar bu təhdidə cavab verirlər. Belə bir vaxtda səhvlərin olması isə normaldır. Bəzi ölkələr koronavirus yayılan kimi onu düzgün analiz edə bilmədilər. Lakin sonrakı gedişat göstərdi ki, situasiya həddindən artıq ciddidir. İnsanları qorumaq üçün özünü təcrid, izolyasiya ən münasib çıxış yoludur. Hansı ölkələrin ki, maddi, qızıl ehtiyyatı var, onlar bir qədər özlərini daha əmin hiss edirlər”.

Pandemiya dövrünün ciddi proses olduğunu qeyd edən T. Abbasovu fikrincə, koronavirus kimin nəyə qadir olduğunu göstərir. O, həmçinin pandemiyyaa görə, bir sıra məmurların, vəzifə sahiblərinin istefasını gözlədiyini bildirib.

“Halbuki postpandemiya dövründə iqtisadi nizam, vəziyyət insanların hansı dayaqlara söykənə biləcəyi məlum olacaq. Postpandemiya dövründə kim güclüdürsə, mövqeyini qoruyub saxlaya biləcək. Böyük itkilərə məruz qalmış tərəflərin siyasətçilərini, məmurlarını isə istefa aqibəti gözləyir. Siyasi aləmdə hər bir eksterimal vəziyyət siyasi elitaların, rəhbərlərin, icraçıların gözlənilməz vəziyyətə hazır olub- olmamasını açığa çıxarır. Bu baxımdan koronavirus pandemiyası dönəmində və bundan sonra istefalar çox olacaq”.

Peskov: “Putinin səhhəti əladır”

“Hazırda Rusiya Prezidenti Vladimir Putinin səhhəti əladır”.

yasamal.tv bildirir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, insanlar bunu Prezidentin iş qrafikindən də görə bilərlər.

Peskov, həmçinin Putinin videokonfranslar formatında görüşlər keçirdiyini, işlərin adi vaxtlardan da çox olduğunu bildirib.

pia.az

Britaniya səfiri Azərbaycana təşəkkür edib

Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Şarp koronavirusla mübarizədə dəstək məqsədilə bu ölkənin bayrağının Heydər Əliyev Mərkəzinin üzərində videoproyeksiya olunmasına görə təşəkkürünü bildirib.

yasamal.tv apa.az-a istinadən xəbər verir ki, səfir bu barədə “Twitter” hesabında yazib.

“Bu həm möhtəşəm tamaşa, həm də çox səmimi jestdir. Mən Azərbaycan dövlətinə və Heydər Əliyev Mərkəzinə təşəkkür edirəm və Azərbaycan xalqına can sağlığı arzu edirəm. Bu çətin müddətdə həmrəylik göstərmək və birgə çalışmaq çox vacibdir”, – səfir Şarp belə deyib.

Qeyd edək ki, COVID-19 pandemiyasının yayılmasına qarşı Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq aprelin 3-dən etibarən virusdan zərərçəkən dövlətlərin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə dünya memarlıq abidələrinin incilərindən olan Heydər Əliyev Mərkəzinin binası üzərinə proyeksiya edilir.

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb

Aprelin 13-də qızılın qiyməti aprelin 10-u ilə müqayisədə 9,7325 manat azalaraq 1 unsiya üçün 2862,7575 manat təşkil edib.

yasamal.tv xəbər verir ki, gümüş 0,3219 manat ucuzlaşaraq 1 unsiya üçün 25,9272 manata bərabər olub.

Platinin qiyməti 8,228 manat azalaraq 1267,2565 manat, palladiumun qiyməti 200,906 manat artaraq 3866,684 manat təşkil edib.

Belarusda koronavirusa yoluxanların sayı 2919 nəfərə çatıb

Belarusda son sutka ərzində daha 341 nəfər koronavirusa yoluxub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Belarus Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ölkədə koronavirusa yoluxanların sayı 2919 nəfərə çatıb.

Qeyd olunub ki, son sutka ərzində 3 nəfər koronavirusdan vəfat edib. Bununla da Belarusda koronavirusdan ölənlərin sayı 29 nəfərə yüksəlib.

Ağciyərləri təmizləyən möcüzəvi – Qidalar

Ürək, damar, ağciyər xəstəliklərindən tutmuş cildin deformasiyası və sürətlə qocalmağa səbəb olan bir çox problemin qaynağı siqaretdir.

yasamal.tv xəbər verir ki, minlərlə insan siqaretin zərərlərindən xəbərdar olsa da, nikotindən imtina etmir.

Mütəxəssislər bəzi qidalarla nikotinin zərərli təsirinin azaldıla biləcəyini söyləyir.

Su

Orqanizmdə toplanan nikotini kənarlaşdıran ən effektiv vasitələrin birincisi sudur. Çünki su bədəndə qalan tullantıları xaricə atmaqda əhəmiyyətli rola malikdir.

Kök

Karotenoid antioksidant birləşməsi ilə zəngin olan kök nikotini təmizləməkdə effektivdir. A vitamini sayəsində nikotinin dəriyə verdiyi zərərləri bərpa edir. 100 qr kök gündəlik A vitamini ehtiyacını qarşılayır. Hər gün 1 ədəd kök yemək ağciyər xərçəngi riskini 50% azaldır.

Balqabaq

Beta-karotinlə zəngin olan balqabağın 1 kasası 1 günlük A vitamini ehtiyacının 35%-ni qarşılayır. Siqaret çəkənlərin bədənini vitaminlə zənginləşdirməkdə effektivdir.

Kivi

Portağaldan ikiqat çox C vitamininə sahib olan kivi nikotin savaşçısıdır. Siqaret çəkən insanlar A, C və E vitamini çatışmazlığı yaşayır. Buna görə də bolluca kivi yeməlidirlər. “Carcinogenesis”də aparılan araşdırmaya görə, kivi DNT-də yarana biləcək oksidləşdirici zərərləri məhdudlaşdırır, hüceyrələri bərpa edir.

Portağal

Sağlamlığa əhəmiyyətli faydaları olan portağal C vitamini və eyni zamanda, xərçənglə savaşan fito-kimyəvi, flavonoidlərlə sağlamlıq deposudur. Qan dövranını artırır və qanı yeniləyir.

Brokkoli

Brokkoli qaraciyərdə ciddi təxribatlara səbəb olan nikotinlə savaşmaq üçün mütləq yeyilməsi vacib olan qidalardandır. C vitamini ilə zəngindir.

Qırmızı kələm

Turpkimilər ailəsinə məxsus qara kələm xərçəngin düşmənidir. Antioksidant təsiri sayəsində başda nikotin olmaqla, zərərli maddələri xaric edir. Tərkibində dəmir, kalsium, kalium və maqnezium var.

İspanaq

Digər nikotin savaşçısı ispanaqdır. Dəmir və fol turşusu ilə zəngindir. Fol turşusu tütünün dadını dəyişdirir və siqaretdən çəkindirir.

Çuğundur

Möhtəşəm dəmir və fol qaynağıdır. Nikotinin düşmənidir. Qaraciyər üçün mükəmməl tonikdir. Qanı təmizləyir.

Zəncəfil

Zəncəfil, onsuz da, orqanizmə faydaları ilə əfsanəvi bitkiyə çevrilib. Möcüzəvi qida olan zəncəfil ağciyərin təmizlənməsində effektivdir. Siqaretin dadını dəyişdirir.

Sarıkök

Zəncəfil ailəsinin üzvü olan sarıkök ensklopediyanı dolduracaq qədər faydalara məxsusdur. Tam bir qaraciyər dostudur. Hətta Hindistanda məhz sarıkökə görə xərçəngin olmadığı bildirilir.(publika)

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?