Ev Blog Səhifə 3389

Vilayət Eyvazovdan yeni təyinat

Daxili İşlər orqanlarında növbəti təyinat olub.

yasamal.tv-ın məlumatına görə, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Vüqar Hacıyev Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) Xudat Polis Bölməsinin (PB) rəisi təyin edilib.

V.Hacıyev bundan əvvəl Quba RPŞ-nin Qonaqkənd PB-nin rəisi olub.

Neft bahalaşır

“Brent” markalı neftin bir barelinin qiyməti 32,21 dollara qədər yüksəlib.

Millitrbuna.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Nəşrin məlumatına görə, “Brent”in fyuçerslərinin qiyməti 1.48% artıb.

Eyni zamanda, WTI markalı neftin may fyuçerslərinin qiyməti 1.47% artaraq 22.74 dollara yüksəlib.

Şəkidə yeniyetmə qız dərmandan zəhərləndi

Ötən gün saat 23 radələrində Şəki rayonunun Kiş kənd sakini, 2004-cü il təvəllüdlü Azadə Azər qızı Hacınurullayeva zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

yasamal.tv xəbər verir ki, müayinə zamanı 16 yaşlı A.Hacınurullayevanın yaşadığı ünvanda dərmandan zəhərləndiyi məlum olub.

Həkim müdaxiləsindən sonra yeniyetmənin vəziyyəti stabilləşib, hazırda o, həkim nəzarətindədir.

Faktla bağlı araşdırma aparılır. (apa)

“Barselona” sabiq vitse-prezidenti məhkəməyə verir

İspaniyanın “Barselona” klubu sabiq vitse-prezidenti Emili Rusonu məhkəməyə verəcək.

yasamal.tv matc.az-a istinadən xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bir neçə gün öncə bəzi klub rəsmiləri ilə birgə istefasını açıqlayan Ruso yerli mətbuata açıqlamasında “Barselona”da maliyyə yeyintisi olduğunu açıqlamışdı. O, klub rəhbərliyində kiminsə xəzinədən külli miqdarda pulu mənimsədiyini bəyan etmişdi.

Həmin açıqlamadan dərhal sonra “Barselona” rəsmi saytı vasitəsilə bəyanat yayaraq bu məlumatları təkzib etmişdi. Klub rəhbərliyinin yeni qərarına görə isə Ruso bu yalan ittihamlarına görə məhkəmə qarşısında cavab verməli olacaq.

Hərbi cinayətlərlə bağlı qərarlarda yenilik olacaq

Hərbi xidmət əleyhinə olan cinayətlərə görə müəyyən edilən cəzalar yüngülləşdirilir.

Millitrbuna.az-ın məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.

Cinayət Məcəlləsində dekriminallaşdırılan əməllərə görə İnzibati Xətalar Məcəlləsində inzibati məsuliyyət müəyyən ediləcək.

Qanun layihəsi Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq.(oxu.az)

Evdən 5 minlik qızıl oğurlayan şəxs tutuldu

Zaqatala Rayon Polis Şöbəsinə mart ayında rayonun Yuxarı Tala kəndində yerləşən evlərin birindən qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Zərərçəkmişə məxsus evdən 5000 manat dəyərində qızılların oğurlanması müəyyən edilib.

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunmuş, zərərçəkmişin həmkəndlisi, 22 yaşlı Əhməd Məmmədov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Karantin rejimini pozan 18 687 nəfər cərimələndi

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 13.04.2020-ci il saat 00:00-dan 14.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 2 204 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 18 687 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Atəşkəs rejimi 23 dəfə pozulub

Ermənistan silahlı  bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Cəbrayıl rayonunun işğal altında olan Nüzgar kəndi yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.qüvvələrinin

Dünyada koronavirusa yoluxanların sayı 2 milyona yaxınlaşır

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 1 milyon 911 min 599 nəfərə çatıb.

yasamal.tv bildirir ki, bu barədə “Worldometers” məlumat yayıb.

Məlumatda qeyd olunur ki, hazırda virusdan ölənlərin sayı 118 min 669 nəfərdir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, yoluxmanın daha çox müşahidə edildiyi ölkələr bunlardır: ABŞ, İspaniya, İtaliya, Almaniya, Fransa, Birləşmiş Krallıq, Çin, İran, Türkiyə və Belçika.

Onu da xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda 210 ölkədə virusun olduğu təsdiqlənib.(virtualaz.org)

Azərbaycanda olan avtomobillərin ümumi sayı açıqlandı

2019-cu ilin sonuna olan məlumata əsasən, Azərbaycandakı avtonəqliyyat vasitələrinin sayı 3,5% artaraq 1,4 milyon ədəd olub.

yasamal.tv trend-ə istinadən xəbər verir ki, ölkədə hər 100 ailəyə düşən şəxsi minik avtomobilinin sayı 54 ədədə çatıb.

Avtomobil nəqliyyatı ilə 2019-cu ildə 2018-ci illə müqayisədə 4,0% çox yük və 2,6% çox sərnişin daşınıb, yük dövriyyəsi 17530,8 mln. ton-km, sərnişin dövriyyəsi isə 25950,1 mln. sərnişin-km təşkil edib. Bu göstəricilər 2018-ci illə müqayisədə müvafiq olaraq 4,0% və 2,7% artıb.

Ötən il ərzində avtomobil yollarının tikintisi, yenidən qurulması, təmiri və saxlanılmasına dövlət zəmanəti ilə alınan məqsədli xarici kreditlər də daxil olmaqla 1845,7 mln. manat vəsait yönəldilib.

Bu dövrdə 1376,6 km, o cümlədən 139,8 km respublika, 908,8 km yerli əhəmiyyətli və 328,0 km Bakı və Sumqayıt şəhərlərində yollar yenidən qurulub, ümumi istifadədə olan avtomobil yollarında 14 yeni körpü tikilib, 17 qəzalı vəziyyətə düşmüş körpü bərpa edilib, 13 piyada keçidində təmir işləri aparılıb.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?