Ev Blog Səhifə 3239

Naxçıvanın Baş naziri işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikasının Baş naziri Əlövsət Baxşıyev vəzifəsindən azad edilib.
yasamal.tv xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 14-də fərman imzalayıb.

Fərmana əsasən, Əlövsət Qəzənfər oğlu Baxşıyev Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsindən azad edilib.

Qeyd edək ki, Ə.Baxşıyev 2000-ci ilin fevralın 11-dən Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsində çalışırdı.

Bu gecə ikinci Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ikinci Qədr (əhya) gecəsidir.

yasamal.tv xəbər verir ki, bu gün, Ramazanın 20-ci günü Qədr gecəsinin ikinci gecəsidir.

Ramazanın 22-ci günü – mayın 16-da isə üçüncü gecəsi olacaq.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı “Quran”ın nazil olduğu gecədir. “Qurani” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.

Məlumat üçün bildirək ki, Şəvval ayının 1-i (24 may) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı aprelin 25-də başlayıb.

Qeyd edək ki, Qədr gecəsinin əməllərinin məscidlərdə icrası koronavirus pandemiyası səbəbindən qadağan edilib.

Sabahın hava proqnozu – 14 may

Mayın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 13-15, gündüz 19-22, Bakıda gecə 13-15, gündüz 20-22 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz olacaq.

Mayın 15-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 14-19 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Mayın 15-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Hər gün 4 qoz ləpəsi yeyin!

Qoz bütün dünyada ən faydalı və qiymətli qida məhsulu sayılır.

yasamal.tv xəbər verir ki, müalicəvi və profilaktik xüsusiyyətlərinə görə qoz bütün digər çərəzlər arasında əsl çempiondur.

Qida mütəxəssisləri hər gün 4 qoz ləpəsi yeməyi tövsiyə edirlər. Bunun insan sağlamlığına saysız-hesabsız faydaları vardır:

– Ürək və damarı xəstəliklərdən qoruyur.

– Qanda xolesterinin səviyyəsini aşağı salır.

– İnsult və infarktın riskini azaldır.

– Şəkərli diabetin riskini azaldır.

– Metabolik sindromunun profilaktikasıdır.

– Beyinin fəaliyyətini yaxşılaşdırır.

– İnsanın əhvalını yaxşılaşdırır.

– Təzyiqi tənzimləyir.

– Güclü antioksidant xüsusiyyətlərinə görə orqanizmi hüceyrə səviyyəsində qoruyur.

– Tərkibində olan L-arginin maddəsi sayəsində damarlarda trombların əmələ gəlməsinin qarşısını alır.

– Orqanizmdə iltihabları azaldır.

– Artritin riskini azaldır.

– Süd vəzi xərçənginin riskini azaldır.

– Prostat vəzi xərçənginin riskini azaldır.

– Kişilərdə potensiyanı yaxşılaşdırır.

– Yaddaşı yaxşılaşdırır.

– Beyinin erkən qocalmasının qarşısını alır.

– Yodla zəngin olduğundan qalxanvari vəzinin fəaliyyətinə çox müsbət təzir edir.

– Sümüklərin sağlamlığına müsbət təzir edir.

– Arıqlamağa kömək edir.(saglamolun.Az)

Daniel Rikkardo “Formula 1″də komandasını dəyişdi

“McLaren” “Renault” ilə müqaviləsi başa çatan avstraliyalı pilot Daniel Rikkardo ilə uzunmüddətli sözləşmə imzalayıb.

“Report”un “Formula 1″in rəsmi saytına istinadən məlumatına görə, Britaniya komandası həmçinin ispaniyalı sürücüsü Karlos Saynsla yollarını ayıracağını təsdiqləyib.

K.Saynsı “McLaren”də məhz D.Rikkardo əvəzləyəcək.

İspan pilotun isə “Ferrari” ilə anlaşdığı iddia olunur. Bir müddət öncə Sebastyan Fettellə əməkdaşlığa son qoyan İtaliya komandasının günün ikinci yarısında Saynsın keçidini rəsmən açıqlayacağı gözlənilir.

Bundan başqa, “McLaren” bu gün digər pilotu Lando Norrisin ardıcıl 3-cü il komandada qalacağını açıqlayıb.

Milli Məclisin növbəti iclasının gündəliyi – Siyahı


Milli Məclisinin mayın 19-da keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

Milli Məclisdən verilən məlumata görə, gündəliyə 19 məsələ daxildir. Bunlar aşağıdakılardır:

1. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında.

2. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

3. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

4. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

5. “İstehsalat və məişət tullantıları haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Bələdiyyələrin su təsərrüfatı haqqında” və “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

6. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Qiymətləndirmə fəaliyyəti haqqında” və “İcra məmurları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).
7. “Təhsil haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

8. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

9. “Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 25 avqust tarixli 285 nömrəli Qərarının ləğv edilməsi barədə.

10. “Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi haqqında.

11. “Hərbi qulluqçuların statusu haqqında”, “Dini etiqad azadlığı haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Daxili qoşunların statusu haqqında”, “Veteranlar haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Torpaq islahatı haqqında”, “Sosial sığorta haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

12. “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında”, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

13. “Polis haqqında”, “Avtomobil yolları haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Dövlət qulluğu haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Psixiatriya yardımı haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Gənclər siyasəti haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” və “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

14. “Yaşayış minimumu haqqında”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “İnzibati icraat haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

15. “Onkoloji yardım haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Atçılıq haqqında”, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Təhsil haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

16. “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “İcbari sığortalar haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Mədəniyyət haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

17. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Mülki Məcəlləsində, Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Seçki Məcəlləsində, Mənzil Məcəlləsində, Gömrük Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində və Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

18. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

19. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

Məhkəmə binasına giriş zamanı vəkillərdən telefon və planşetlər alınmayacaq

“Bu gün Bakı Kommersiya Məhkəməsinin yeni təyin olunan sədri İlham Əhmədovdan aldığım məlumata görə, keçmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin binasına vəkillərin girişi zamanı mobil telefonlar və planşetlər artıq alınmayacaq”.

E-huquq.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.

Onun sözlərinə görə, bununla bağlı İlham Əhmədov tərəfindən lazımi tapşırıqlar verilib: “Vəkil korpusu adından sədr İlham Əhmədova təşəkkür edirəm”.

Reyhanın faydaları

Reyhan bitkisinin insan orqanizminə faydalarını saymaqla bitib-tükənməz.

yasamal.tv xəbər verri ki, ürək xəstəliyi, nəfəsalma problemi kimi ciddi xəstəliklərin müalicəsində reyhanın təsiri çoxdur. Tərkibində antibakterial, anti oksidləyici kimi xüsusiyyətləri olan reyhanın qoxusu və dadı da xoşdur.

Reyhanın faydaları aşağıdakılardır:

– Həzmi asanlaşdırır;

– Mədə və bağırsaqdakı köpün və şişkinliyin azalmasına kömək edir;

– Mədə bulantısı və bağırsaq parazitlərini azaldır;

– Sinir sistemini yaxşılaşdırır, depresiyanı azaldır,
sakitləşdiri və yuxuverici təsiri var;

– Miqren və yaddaş problemini azaldır;

– Dəriyə çox faydalıdır;

– İmmunitet sistemini gücləndirir;

– Bronxlara və ağ ciyərə faydalıdır;

– Tərkibindəki maddələr sayəsində xərçəngə qarşı qoruyur;
– Cinsi zəifliyi aradan qaldırır.

Reyhanı bişirmədən, təzə-tər yemək lazımdır. İfrata varmaq lazım deyil. Bir neçə kiçik yarpağı da öz təsirini göstərir. Xüsusən də ət və salatlarda çox istifadə edilir.

Briliant Rafael Dadaşovla bağlı hansı faktı açıqladı?

Xalq artisti Brilliant Dadaşova əmisi oğlu, mərhum aktyor Rafael Dadaşova qarşı sağlığında hörmətsizlik olunduğunu deyib.

Yenicag.az xəbər verir ki, sənətçi mədəniyyət xadimlərinin ölkə prezidenti ilə görüşünə dəvət olunmadığını və buna görə aktyorun çox pis olduğunu bildirib.

Xalq artisti həmin siyahını hazırlayan şəxsləri qınayıb:

“Rafaelin ölümündən 5-6 ay əvvəl video çəkdim və istədim yerləşdirim “İnstagram”a ki, axı niyə cənab prezidentimizlə görüşə gedəndə Rafael Dadaşova deməmisiniz? Bu nəsil Azərbaycan incəsənətində möhürünü qoymuş nəsildir. Mənə deməmisiniz, barı Rafaelə deyəydiniz. Bu siyahını yazan adamlar çox diqqətli olmalıdır. Rafael buna görə kədərliydi və çox təsirlənmişdi”.

Brilliant Dadaşova bu sözləri “Şou ATV”
verilişində deyib.

Seyfulla Əzimov parlamentdə hesabat verəcək

Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorunun Milli Məclisdə illik hesabat verəcəyi vaxt müəyyənləşib.

Milli Koordinator mayın 19-da Milli Məclisə illik hesabat təqdim edəcək.

Hesabatı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov təqdim edəcək.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?