Ev Blog Səhifə 3238

Milli Məclisdə insan alveri məsələsi müzakirəyə çıxarılacaq

Mayın 18-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclası keçiriləcək. 

yasamal.tv-ın məlumatına görə, birgə iclas zamanı İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinləniləcək.

Mayın 18-də keçiriləcək komitələrin birgə iclasına Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mubarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov çıxış edəcək.

Həmçinin, mayın 19-da keçiriləcək parlamentin plenar iclasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, polis polkovniki Samir Zeynalovun iştirak edəcəyi gözlənilir.

İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

yasamal.tv xəbər verir ki, sərəncama əsasən, Tural Qüdrət oğlu Piriyev Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru təyin edilib.

Qeyd edək ki, indiyə kimi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti olaraq direktor müavini Vüqar Abdullayev yerinə yetirirdi.

190 manatın verilməsi bu tarixdə başa çatır

190 manatlıq yardımın ikinci ay üçün ödənişi may ayının sonunadək veriləcək.

yasamal.tv xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.

Qeyd olunub ki, cari ayın 12-dən etibarən birdəfəlik ödəmənin ikinci ay üçün ödənişinə başlanıb və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 50 min şəxsə dair birdəfəlik ödəniş vəsaitləri müvafiq banklara köçürülüb:

“Həmin şəxslərə qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndərilir. Şəxs əgər kartı müvafiq bankdan artıq alıbsa, o zaman mesajda göstərilən bankın istənilən bankomatından vəsaitini əldə edə bilər. Almayıbsa, mesajda göstərilən bank filalına yaxınlaşaraq əvvəlcə kartını və sonra kart vasitəsilə bankomatdan vəsaitini əldə edir. May ayının sonuna qədər ödənişlər bütün kartlara köçürüləcək”.

İndiki şəraitdə kütləvi iftar mərasimi verənlər günah edirlər – Hacı Şahin

“Koronavirus pandemiyası dövründə iftar mərasimlərini hər bir insan öz evində, öz ailəsi çevrəsində keçirsə, daha məqsədəuyğundur. İndiki şəraitdə kütləvi iftar mərasimi verənlər nəinki savab qazanır, əksinə günah edirlər”.

yasamal.tv xəbər verir ki, bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli deyib.

Ş.Həsənli bildirib ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin fətvası da var: “Məlum olduğu kimi, koronavirus pandemiyası səbəbindən biz xüsusi karantin rejimində yaşayırıq. Bu karantin rejimi Ramazan ayı daxil olmazdan əvvəl tətbiq edilib. Qafqaz Müsəlmanları İdarəsinin Ramazan ayı ilə bağlı fətvasında da bildirilir ki, bu il Ramazan ayı karantin qaydalarına uyğun şəkildə qeyd olunmalıdır, məscidlərdə kütləvi mərasimlər keçirilməməlidir. Həmçinin Əhya gecələrini də insanlar evlərində keçirməlidirlər. Bu, həm karantin qaydalarına uyğundur, həm də dinimizdə bunu qadağan edən hər hansı bir hökm yoxdur. Bununla bağlı biz insanlara dəfələrlə müraciət etmişik və yenə də müraciət edirik ki, virusun yayılmasının qarşısının alınması üçün bütün bu tələblərə riayət etməlidirlər və bu tələblərin də heç biri bizim dinimizlə ziddiyət təşkil etmir”.

Ş.Həsənli vurğulayıb ki, insanların özlərini və ətrafındakıları qoruması həm də İlahi qaydalara uyğun bir davranışdır:

“Ümid edirik ki, qısa müddətdə bu bəla çəkiləcək, insanlar normal həyatına qayıdacaq. İnsanlar bir qədər səbr etsinlər və bu səbləri ilə də Allah yanında mükafat qazanmış olarlar. İnsanların sağlamlığını təhlükə altına atmaq, əlbəttə ki, günahdır, hətta insan etinasızlıq səbəbindən başqalarının ölümünə səbəb olarsa, onun ölümünə görə məsuliyyət daşıyır. Quranda ayədə qeyd olunub ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın. Yəni “mən Allaha sığınıram, nə istəyirəm edirəm” demək olmaz. Allah deyir ki, “mənə sığınsan da özünü kor-koranə şəkildə təhlükəyə atma, ağılla, tədbirlə davran”. Əgər bir sahənin mütəxəsisləri təhlükə haqqında xəbər verirsə, qaydalar tətbiq olunursa, ona əməl etmək həm dini nöqteyi-nəzərdən Allah qarşısında məsuliyyətdir, həm də qanun qarşısında məsuliyyətdir”.

Muzdlu işçilərə və fərdi sahibkarlara ödənilən vəsaitin məbləği açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən, indiyə qədər Nazirliyə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün 27 164 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 104 093 fərdi (mikro) sahibkar, ümumilikdə 131 257 vergi ödəyicisi müraciət edib.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 255 359 işçini əhatə edən 27 164 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyə qədər təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 92,3 mln manat, o cümlədən 2-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 46,13 mln manat təşkil edir. Mayın 13-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi 22 308 vergi ödəyicisinə 195 307 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 44,2 mln manat vəsaitin köçürülməsini təmin edib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 96 196 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 56,8 mln manat təşkil edir. Mayın 13-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi 54,4 mln manat vəsaitin 91 355 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsini təmin edib.

MSK-nın tərkibi yenilənəcək

Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibi yenidən formalaşdırılacaq.

yasamal.tv-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin yaxın zamanlarda keçiriləcək iclaslarının birində müzakirəyə çıxarılacaq.

Məlumat üçün bildirək ki, yeni parlament formalaşan kimi MSK-nın da tərkibi təsdiqlənməlidir.

Qeyd edək ki, MSK 18 üzvdən ibarətdir. MSK üzvləri Milli Məclis tərəfindən seçilir. Seçki Məcəlləsinə əsasən, Komissiyanın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı təmsil edir. 6 üzvü bitərəf deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir.(modern.az)

Kafe-restoranlarda koronavirusdan qorunma qaydaları müəyyənləşib

“Tibi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB)  “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər əsasında qaydalar hazırlayıb.

TƏBİB-dən verilən məlumata görə, bu qaydalara riayət etməklə, məsuliyyətli vətəndaş olaraq özümüzü və ətrafdakıları COVID-19 infeksiyasından qoruya bilərik:

 

1.Yemək hazırlanarkən bişirilmə temperaturuna riayət edilməli, lazımi temperatur dərəcəsinə qədər bişirilməmiş yeməklərlə qidalanmadan qaçınılmalıdır.

 

 

2.Müəssisə birdəfəlik istifadə üçün salfetlərlə təmin edilməlidir.

 

 

3.Mətbəxdə, heyət otaqlarında sanitar qovşaqlarda və xidmət zallarında mütəmadi dezinfeksiya işləri aparılmalıdır.

 

 

4.Qida qəbulu zallarında ara məsafəsi eyni masa arxasında 1 metrdən az, masalar arası məsafələr 2 metrdən az olmamalıdır.

 

Azərbaycanda daha 121 nəfər koronavirusa yoluxdu

Azərbaycan Respublikasında 121 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib.

Qeyd edilib ki, hazırkı dövrədək ölkəmizdə 2879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1833 nəfər müalicə olunaraq sağalıb, 35 nəfər vəfat edib, 1011 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 29 nəfərin vəziyyəti ağır, 38 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Bildirilib ki, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 214.291 test aparılıb.

Əmlak amnistiyası bizə nə verəcək? – Ekspert rəyi

Ekspertlər əmlak amnistiyası ilə bağlı təkliflərini irəli sürürlər. Hökumətin onlardan hansını qəbul edəcəyi isə hələ də bilinmir.

2020-ci ildə neft qiymətlərinin kəskin düşməsi, eləcə də koronavirus pandemiyası Azərbaycan iqtisadiyyatına ciddi təsir edib. Hökumət vəziyyəti idarə etmək, düzəltmək üçün geniş spektrli proqramlar qəbul etməyi planlaşdırır.

Baxılan istiqamətlərdən biri kapital amnistiyasıdır. Bununla bağlı Milli Məclisə sənəd daxil olacaq. Eyni zamanda, əmlak amnistiyasının da elan olunacağı gözlənilir.

Bəs əmlak amnistiyası Azərbaycan iqtisadiyyatına, sahibkarlığa nə verəcək?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkədə və ölkədən kənarda qeyri-rəsmi qazanılmış pulları daşınmaz əmlak sahəsinə yatıraraq qanuniləşdirmək üçün ilk öncə daşınmaz əmlak sahəsinə amnistiya tətbiq olunmalı və bütün sənədsiz daşınmaz əmlaklar çıxarışlarla təmin olunmalıdır.

“Ölkədə 500 mindən çox sənədsiz ev var. İlk öncə insanlarda bu sahəyə inam və mülkiyyət hüquqlarının qorunulmasına şərait yaratmaq lazımdır. Bakıda sovetlər dövründən qalmış Yasamal, Papanin və digər massivlərdə on minlərlə çıxarışsız fərdi həyət evləri var” – deyən ekspert vurğulayıb ki, daşınmaz əmlak sahəsinin tikintisi və satışı son 20 ildə çox böyük sürətlə inkişaf edib.

Ekspert hesab edir ki, bu sahənin inkişafı iqtisadiyyatın böyük bir hissəsini özündə birləşdirir: “Son illər bu sahədə baş verən özbaşınalıq insanlarda bu sahəyə olan inamı azaltdı. Bir mənzilin bir necə nəfərə satılması, çıxarışların verilməməsi və bu kimi problemlər artıq bu sahəyə yatırım etmək istəyən insanlarda qorxu və inamsızlıq yaradıb. Bu səbəbdən də ölkəmizdə yatırılacaq böyük məbləğlər ölkədən kənarlaşdırılaraq, digər ölkələrin daşınmaz əmlak sahələrinə yatırılır”.

Onun sözlərinə görə, hər il təkcə Türkiyədə Azərbaycan vətəndaşları tərəfindən yüzlərlə daşınmaz əmlak alınır. Bu hal Rusiya və digər Avropa ölkələrində də özünü göstərir.

“Bir neçə il əvvəl ərəb ölkələrindən olan turistlərin ölkəmizə axını və marağı nəticəsində danışmaz əmlak bazarında xeyli əcnəbi müştərilər peyda oldu. Lakin onlar üçün belə, bu sahədə münbit şərait yaradılmadığına görə həmin alıcılar qonşu Türkiyə və Gürcüstana üz tutaraq, onların daşınmaz əmlak sahələrinə yüz milyonlarla dollar yatırımlar etdilər. Yəni əksər yerlərdə çıxarışların verilməməsi və bir çox hallarda vətəndaşların mülkiyyət hüquqları pozulduğuna görə bu sahəyə olan inam qırılmaq üzrə idi. Lakin 2019-cu ildə prezidentin tapşırığı əsasında 350-yə qədər çoxmənzilli yeni tikili bina çıxarışlarla təmin olunub. Bu baxımdan ilk öncə bütün çıxarışsız əmlaklar çıxarışla təmin olunmalı və çıxarışsız yeni tikili binalarda olan müqaviləli mənzillərin satışına ciddi dəyişiklik edilməlidir. Həmin mənzillərin satışının notarial qaydada aparılması reallaşdırılmalıdır”, – deyə E.Fərzəliyev bildirib.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, indiki vəziyyətdə söhbət əmlak vergisinin tətbiqi ilə bağlı amnistiyadan gedirsə, bu çox cüzi məbləğdir. Və bu Azərbaycan iqtisadiyyatına heç nə verməyəcək: “Bunun əvəzinə yaxşı olardı ki, heç olmasa iki aylıq müddətə istehlak və digər biznes kreditlərinə amnistiya tətbiq edilsin. Bu işçilərin əmək haqqının kompensasiya olunması, dövlət sosial yardım fonduna ödəmələrin kompensasiya olunması formasında tətbiq edilə bilər. Çünki sahibkarların hazırda daha çox əziyyət çəkdiyi məqam bundan ibarətdir. Yəni, əmlak vergisi o qədər də böyük bir yük deyil”.

Onun sözlərinə görə, sahibkarlara bu müddət üçün kredit ödənişlərinə könüllü yanaşma tətbiq edilməsi vacib məsələlərdəndir.

Bağlanan banklarda qalan girovlarla bağlı amnistiya məsələsinə gəldikdə isə ekspert vurğulayıb ki, bağlanan banklarda mərkəzi bankın resursları formasında dövlətin küllü miqdarda vəsaitləri batıb ki, həmin vəsaitlərin arxasında girov təminatı ya yoxdur, ya da girov təminatının arxasında faktiki olaraq verilmiş kreditlərin dəyərindən çox-çox aşağı olan əmlaklar çıxış edir.

Ekspert hesab edir ki, bu formada amnistiyanın tətbiq edilməsi, dövlət vəsaitlərinin səmərəsiz istifadəsidir: “Bütün girovlarla bağlı amnstiyanın tətbiq edilməsi real deyil. Çünki indiki halda hökumətin imkanları o səviyyədə deyil”.

“Mənzillərin günlük kirayəsinə tələbat sıfır həddindədir” – Ekspert

 

“Turistlər oteldən fərqli olaraq, evdəki mətbəxdən istifadə etməklə, restoran xərclərini də xeyli azaldırlar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında gündəlik kirayə mənzillərlə bağlı mövcud vəziyyəti şərh edən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib.

Elnur Fərzəliyevə görə, ölkəmizdə günlük kirayə mənzillərə daha çox turistlər üstünlük verirdilər. lakin koronavirus pandemiyası bu tələbata ciddi təsir edib:

“Pandemiya dövrünə qədər mənzillərin gündəlik kirayəyə verilməsi gəlir gətirən bir sahə kimi qiymətləndirilə bilərdi. Gündəlik mənzillərin bir günlük orta qiyməti təqribən 25-500 manat civarında dəyişirdi.

Ən ucuz qiymətə olanlar mərkəzdən kənar, orta qiymətə normal şəraitli 1 otaqlı mənzillər, ən baha qiymətə olanlar isə villalar, yeni tikili binalardakı tam şəraitli çoxotaqlı mənzillərdir. Ümumiyyətlə, bu sahəyə tələbat turizmin inkişafından sonra başladı”.

Ekspert qeyd edib ki, otellərdə yerlərin məhdudluğu və qiymətlərin bahalığı səbəbindən, paytaxta gələn qonaqlar və xüsusilə də Şərq ölkələrindən olan çoxnəfərlik ailələr gündəlik kirayəlik mənzillərə daha çox üstünlük verirlər:

“Çünki beş nəfərlik bir ailənin otelə yerləşməsi azı 200 manat xərc tələb edirsə, gündəlik kirayəlik mənzildə bu xərc 80-100 manat arasındadır. Eyni zamanda, turistlər oteldən fərqli olaraq, evdəki mətbəxdən istifadə etməklə, restoran xərclərini də xeyli azaldırlar.

Bu sahə daha çox rieltorların və turizm şirkətlərinin məşğul olduqları bir sahədir. Lakin koronavirus pandemiyası nəticəsində ölkədaxili səfərlərin məhdudlaşdırılması və xarici ölkələrlə sərhədlərin bağlanması bu sahəyə olan təlabatı sıfıra endirib”.

Günlük kirayə evlərlə bağlı əsas problemlərə də toxunan Fərzəliyev vurğulayıb ki, kirayə verənlə kirayə götürən arasında rəsmi müqavilənin imzalanmaması tərəflər üçün müyyən mübahisələrə də yol açır:

“Həmin evlərin icarə müqavilələri əksər hallarda rəsmi qaydada bağlanmır. Nəticədə o mənzillərdə hər hansısa bir kriminal hadisə baş verdikdə, ev sahibi ilə evi kirayələyən rieltorun da məsuliyyətə cəlb edilməsi mümkündür.

Gündəlik mənzillərin kirayəsi bütün ölkələrin praktikasında mövcuddur və həmin mənzillərin xüsusi elan saytları var. O saytlar vasitəsilə istənilən vətəndaş istədiyi ölkədə gündəlik mənzil kirayələyə bilir. Ölkəmizdə də bu cür saytın yaradılması vətəndaşların seçim imkanlarını genişləndirərdi”.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?