Ev Blog Səhifə 3237

Pərviz İstanbulda karantinə alındı

Çəkilişləri Dominikanda aparılan “Survivor” yarışmasından geri dönən kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev Türkiyəyə çatıb.

İdmançı Axşam.az-a açıqlamasında bildirib ki, İstanbulda  karantinə alınıb:

“Deyilənə görə 14 gün karantində qalacam. Əgər təyyarə olsa, bəlkə tez çıxmaq şansım olar”.

Qeyd edək ki, Pərviz Acun Ilıcalının “Survivor” layihəsini aprelin əvvəli tərk edib. Uçuşlar olmadığı üçün o, uzun müddətdir Dominikan Respublikasında qalıb.

Qolda qırmızı sap nə məna daşıyır?

Son zamanlar biz tez-tez adi insanlar və tanınmış, məşhur şəxslərin qollarında qırmızı rəngdə saplar görürük.

Bu saplar nə məna daşıyır?

yasamal.tv bildirir ki, Kabbalada (iudaizmdə mistik elm) qırmızı sap sahibini müxtəlif bəlalardan qoruyan güclü amulet sayılır.

İnsan bu sapı sol biləyinə bağlamalıdır. Belə hesab olunur ki, aura və bədənimizə neqativ, mənfi energi məhz sol əldən keçir.

Hindistanda qırmızı saplar məbədlərdə cavan subay qızların biləyinə bağlayırlar ki, qız tezliklə ərə getsin.

Slavyanlarda da biləyə qırmızı sapın bağlanması pis gözdən və nəzərdən qorunmaq üçün istifadə olunurdu. Həmçinin bu saplar xöşbəxtlik, maddi rifah və bol şans cəlb etmək üçün taxılırdı.

Qırmızı sap necə bağlanır?

Sap təmiz yundan olmalı və müqəddəs yerlərdən getirilməli və ya ən azından təzə olmalıdır (yəni köhnə yun paltarından yox). Həmçinin bu sapı insanın qoluna yalnız çox yaxın, onu sevən və ona yaxşılıq arzulayan şəxs bağlamalıdır. Sapı düz 7 dəfə düyünləmək lazımdır.

İlk dəfə qırmızı saplar Hollivud ulduzları və tanınmış müğənnilərin biləklərində görünməyə başlayıb və sonra bütün dünyada dəbə minib. Bu müğənnilərdən biri Madonnadır. Madonna müsahibələrdə etiraf edirdi ki, qırmızı sap ona harmoniya, əminlik, işlərdə uğur və şöhrət qazandırıb.

Belə hesab olunur ki, qırmızı sap yalnız o halda insana uğur və xöşbəxtlik gətirə bilər ki, insan özü dürüst olsun, heç kimə pislik etməsin və arzulamasın.

Təbii ki, buna inanan da, inanmayan da, buna qarşı çıxan da, şirk hesab edən də var. Lakin əgər bir qırmızı sap insanı ən azından pis əməllərdən çəkindirir, ona özünə inam bəxş edirsə, burada böyük qəbahət görməyək. (Saglamolun.az)

“Qəbələ”nin sabiq çalışdırıcısı qovuldu

Rusiyanın “Lokomotiv” klubu baş məşqçisi Yuri Syominlə yolları ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Moskva təmsilçisi 73 yaşlı mütəxəssisin mayın 31-də başa çatacaq müqaviləsini yeniləməyib.

 

Artıq onun əvəzləyicisi də bəllidir. Klub “Qəbələ”nin sabiq baş məşqçisini serbiyalı Marko Nikoliçin əvəzləyəcəyini açıqlayıb. 40 yaşlı yeni baş məşqçi işinə iyunun 1-də başlayacaq.
Qeyd edək ki, Syomin 2016-cı ildən paytaxt klubunu çalışdırırdı. Bundan əvvəl isə komandaya üç dəfə rəhbərlik edib – 1986-1990-cı illər, 1992-2005 və 2009-2010-cu illər. O, 2013/2014 mövsümündə “Qəbələ”nin baş məşqçisi olub.

Türkiyədə pandemiya qurbanlarının sayı 4 mini ötdü

Türkiyədə son sutka ərzində 55 nəfər koronavirusdan dünyasını dəyişib.

Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bir gündə 1635 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 4007, yoluxanlar isə 144 min 749 nəfərə çatıb.

Türkiyədə indiyədək 104 min 30 xəstə sağalaraq evə buraxılıb.

Donald Tramp İlham Əliyevi təbrik etdi

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

yasamal.tv xəbər verir ki, təbrik mətnində deyilir:

“Hörmətli cənab Prezident.

28 May – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına Amerika xalqı adından səmimi salamlarımı və təbriklərimi çatdırıram. Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir.

Birləşmiş Ştatlar və Azərbaycan beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq ediblər. Bu sahələrdə Azərbaycanın mühüm töhfələrini dəyərləndirir, dəstəklənməsinə söz verdiyimiz demokratik idarəetməni təşviq edən, habelə hüquq və azadlıqları qoruyan bütün addımların atılmasına həvəsləndiririk. Koronavirus pandemiyası ilə üzləşdiyimiz bir vaxtda Birləşmiş Ştatlar Azərbaycan xalqının yanındadır. Biz Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakımızı davam etdirəcəyik.

Xahiş edirəm 28 May – Respublika Günü münasibətilə təbriklərimi və ən xoş arzularımı qəbul edəsiniz”.

Əli Əsədovdan işsizlərə bağlı – Qərar

Nazirlər Kabineti “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nı təsdiq edib.

yasamal.tv xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Ümumi müddəalar

1.1. Bu Qayda “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 24.11-ci maddəsinə əsasən hazırlanmışdır və işsiz şəxslərin özünüməşğulluğunun təşkili qaydasını müəyyən edir.

1.2. Özünüməşğulluğun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlilliyi olan şəxslərə, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir.

1.3. İşsizlikdən sığorta ödənişi alan işsiz şəxslər Qanunun

24.10-cu maddəsinə əsasən özünüməşğulluğa cəlb edilmirlər.

1.4. Qanunun 24.8-ci maddəsinə əsasən mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan işaxtaran şəxslər 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş işsiz şəxslərin ümumi sayının 50 faizindən çox olmamaq şərtilə bu Qaydaya uyğun olaraq, özünüməşğulluğa cəlb edilirlər.

1.5. Bu Qaydada istifadə olunan anlayışlar “Məşğulluq haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

2. Özünüməşğulluğun təşkili mərhələləri

2.1. Özünüməşğulluğun təşkili aşağıdakı mərhələlərdə həyata keçirilir:

2.1.1. özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlərin və məlumatların verilməsi;

2.1.2. əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə köməklik göstərilməsi;

2.1.3. özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasına köməklik göstərilməsi;

2.1.4. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra – əmlak) 2 (iki) il müddətinə müqavilə əsasında verilməsi;

2.1.5. özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin 2 (iki) il müddətində dövri monitorinqi.

3.Özünüməşğulluğun təşkilinə dair ümumi tələblər

3.1.Özünəməşğulluğun təşkili Azərbaycan Respublikasının

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra –

Nazirlik) yanında Dövlət Məşğulluq Agentliyi (bundan sonra – Agentlik) tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (MEİS) “Məşğulluq” altsistemində (bundan sonra – MAS) işsiz (bu Qaydanın 1.4-cü bəndində göstərilən halda isə işaxtaran) kimi qeydə alınmış şəxsin müraciəti əsasında həyata keçirilir.

3.2.Agentlik əmək bazarının təhlili əsasında hər il üçün özünüməşğulluğa cəlb ediləcək şəxslərin sayını və özünüməşğulluq istiqamətlərini müəyyən edir, bu barədə məlumatları Nazirliyin rəsmi internet saytında yerləşdirir və onların mütəmadi yenilənməsini təmin edir.

3.3.Özünüməşğulluğun maliyyələşdirilməsi “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19.0.2.5-ci maddəsində nəzərdə tutulmuş vəsaitlər, həmçinin qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir. Agentlik işsiz kimi qeydiyyata alınmış (bu Qaydanın 1.4-cü bəndində göstərilən halda isə işaxtaran) şəxslərə özünüməşğulluq istiqamətinin seçilməsi və biznes-planların hazırlanmasında yardım göstərilməsi məqsədilə təlimlər keçirir. Təlimlərin keçiriləcəyi yer və vaxt barədə məlumatlar Nazirliyin rəsmi internet saytında yerləşdirilir.

4.Özünüməşğulluğun təşkili sahəsində məsləhətlərin və məlumatların verilməsi

4.1.Özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlər və məlumatlar işsiz (bu Qaydanın 1.4-cü bəndində göstərilən halda isə işaxtaran) kimi qeydiyyata alınmış şəxslərin iş axtarışı və işlə təmin edilməsi imkanlarının müəyyən olunması məqsədilə Agentliyin yerli qurumları və ya DOST mərkəzləri (bundan sonra – Mərkəz) tərəfindən verilir.

4.2.Bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq məsləhət və məlumatlar işsiz kimi qeydiyyata alınmış şəxslərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 619 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”na uyğun olaraq, fərdi məşğulluq proqramının hazırlanması üçün aparılan məsləhət xidmətləri zamanı, bu Qaydanın 1.4-cü bəndində göstərilən şəxslərə isə işaxtaran kimi qeydiyyata alınan zaman verilir.

5.Özünüməşğulluq istiqamətinin seçilməsinə və özünüməşğulluğun təşkilinə kömək edilməsi

5.1.İşsiz şəxslər özünüməşğulluq istiqamətinin seçilməsi və özünüməşğulluğun təşkili məqsədilə bu Qaydanın 3.3-cü bəndinə uyğun olaraq təşkil olunan təlimlərə cəlb olunurlar.

5.2.İşsiz şəxsə bu Qaydanın 4.2-ci bəndinə uyğun olaraq məsləhət və məlumatlar verildiyi tarixdən etibarən 10 (on) iş günü müddətində təlimə cəlb olunma ilə bağlı bildiriş həmin şəxsin işsiz (bu Qaydanın 1.4-cü bəndində göstərilən halda isə işaxtaran) kimi MAS-da qeydiyyata alındığı zaman yaradılmış elektron kabinetində (bundan sonra – elektron kabinet) yerləşdirilir, poçt ünvanına və SMS-lə mobil telefonuna göndərilir.

5.3.İşsiz şəxs üçün özünüməşğulluq istiqaməti əmək bazarının təhlili əsasında iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə həmin şəxsin təhsili, peşəsi (ixtisası), məşğulluq tarixçəsi, habelə özünüməşğulluğun təşkili üçün şəraitinin olub-olmaması nəzərə alınmaqla seçilir.

6.Özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasına köməklik göstərilməsi

6.1.Bu Qaydanın 3.4-cü bəndində nəzərdə tutulmuş təlim özünüməşğulluq istiqamətinin seçilməsi və özünüməşğulluğun təşkili mövzuları ilə yanaşı işsiz şəxslər üçün biznes-planın tərtib edilməsi, biznes-planın həyata keçirilməsinin mərhələləri, habelə sahibkarlığın əsasları mövzularından ibarət təlim proqramları üzrə keçirilir, habelə seçdiyi özünüməşğulluq istiqamətində biznes-planın hazırlanmasına köməklik göstərilir.

6.2.İşsiz şəxsin özünüməşğulluğun təşkilinə hazırlıqlı olmasının qiymətləndirilməsi məqsədilə təlim bitdikdən sonra 5 (beş) iş günü müddətində işsiz şəxs hazırladığı biznes-planı elektron kabinetində yerləşdirməlidir.

6.3.Bu Qaydanın 6.2-ci bəndində nəzərdə tutulmuş qiymətləndirmə Agentliyin yerli qurumlarının və ya Mərkəzin müəyyən etdiyi vaxtda və yerdə biznes-planların elektron kabinetə yerləşdirildiyi tarixdən 30 (otuz) iş günü müddətində, Agentliyin 3 nəfərdən ibarət (sədr və iki nəfər üzv) tərkibdə yaratdığı müvafiq yerli komissiyalar (bundan sonra – Komissiya) tərəfindən həyata keçirilir.

6.4.Komissiyanın işinə özünüməşğulluq istiqamətləri üzrə işəgötürənlərin nümayəndələri və ya müstəqil ekspertlər cəlb edilə bilər.

6.5.Komissiya Agentliyin yerli qurumunu və ya Mərkəzi məlumatlandırmaqla aşağıdakı qərarlardan birini qəbul edir və 5 (beş) iş günü müddətində həmin qərarı işsiz şəxsin elektron kabinetində yerləşdirir, poçt ünvanına və SMS-lə mobil telefonuna göndərir:

6.5.1.özünüməşğulluğa cəlb edilir;

6.5.2.özünüməşğulluğa başlamağa hazır deyildir, yenidən təlimlərdə iştirak hüququ vardır.

6.6.Komissiyanın qərarları iclasda iştirak edən komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermədə hər bir komissiya üzvü bir səsə malikdir. Komissiya onun üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir. Səslər bərabər olduqda, komissiya sədrinin səsi həlledici hesab olunur. Komissiya üzvləri səsvermə zamanı bitərəf qala bilməz.

7. Özünüməşğulluğun təşkili üçün əmlakın verilməsi

7.1. İşsiz şəxsin bu Qaydaya uyğun olaraq seçdiyi özünüməşğulluq istiqamətinin təşkili üçün ona “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada satın alınmaqla və “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrində qeydiyyata alınmaqla müqavilə əsasında natura şəklində material, avadanlıq və digər əmlak verilir.

7.2. Özünüməşğulluğa cəlb olunmuş şəxslə Agentliyin yerli qurumları və ya Mərkəz arasında 2 (iki) il müddətinə müqavilə imzalanır. Əmlak barədə bütün məlumatlar, o cümlədən həmin əmlakın növünə, dəyərinə, keyfiyyətinə və kəmiyyətinə, mənşəyinə, avadanlıqların texniki göstəricilərinə dair məlumatlar, habelə həmin əmlakın foto və video görüntüləri, təhvil-təslim aktları müqaviləyə əlavə edilir. Müqavilə imzalandıqdan sonra ən geci 10 (on) iş günü müddətində müqavilədə nəzərdə tutulmuş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsə verilir.

7.3. Əmlakın verilməsi barədə müqavilə bağlanıldıqdan sonra 5 (beş) iş günü müddətində özünüməşğulluğa cəlb olunmuş şəxs seçilmiş özünüməşğulluq istiqamətinə uyğun olaraq ailə kəndli təsərrüfatı kimi uçota durmalı və ya fərdi sahibkar kimi qeydiyyatdan keçməli və bu barədə məlumatı elektron kabinetində yerləşdirməlidir.

7.4. Özünüməşğulluğa cəlb olunmuş şəxs yaşayış yerini və (və ya) ona verilmiş əmlakdan istifadə yerini dəyişdikdə, bu barədə məlumatı 10 (on) iş günü müddətində elektron kabinetində yerləşdirməlidir.

7.5. Seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün əmlak verilənədək özünüməşğulluğa cəlb olunmuş şəxsin məşğul şəxs olduğu aşkar edildikdə, ona əmlakın verilməsinin və özünüməşğulluğuna kömək göstərilməsinin dayandırılması haqqında 5 (beş) iş günü müddətində Agentliyin yerli qurumu və ya Mərkəz tərəfindən qərar qəbul edilir, onun elektron kabinetində yerləşdirilir, poçt ünvanına və SMS-lə mobil telefonuna göndərilir.

8.Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin dövri monitorinqi

8.1.Agentliyin yerli qurumları və ya Mərkəz tərəfindən 2 (iki) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir.

8.2.Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi ildə ən azı iki dəfə foto və ya videoçəkilişdən istifadə etməklə aparılır.

8.3.Monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir.

8.4.Monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan 1 (bir) il müddətində üzrlü səbəb olmadan istifadə etmədiyi aşkar edildikdə, özünüməşğulluğa cəlb olunmuş şəxs həmin əmlakı Agentliyə qaytarmalı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir.

8.5.Bu Qaydanın 8.4-cü bəndində göstərilən bazar qiyməti Agentliyin yerli qurumları və ya Mərkəz tərəfindən özünüməşğulluğa cəlb olunmuş şəxsin iştirakı ilə əmlakın qaytarıldığı gündən çoxu 1 (bir) ay əvvəl eyni (analoji) əmlak üçün Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir.

8.6.Özünüməşğulluğa cəlb olunmuş şəxsə verilmiş əmlak geri alındıqda və bu əmlakın digər özünüməşğulluğa cəlb olunmuş şəxsə verilməsi mümkün olmadıqda, həmin əmlak Azərbaycan

Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 avqust tarixli

343 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın açıq hərracda satılması Qaydası”na uyğun olaraq, açıq hərracların keçirilməsi vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən satılır.

9. Yekun müddəalar

9.1. Özünüməşğulluğa cəlb olunmuş şəxsin bu Qaydanın 6.5.2-ci yarımbəndində nəzərdə tutulan qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət vermək hüququ vardır.

9.2. Qanunun 24.7-ci maddəsinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qaydanın 8.3-cü və 8.4-cü bəndlərinə uyğun olaraq əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən və ya ona verilmiş əmlakın dəyərini qaytarmaqdan imtina etdikdə, tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur.

ARB və “Xəzər TV”nin yayımı dayandırılacaq

Milli Televiziya və Radio Şurasının iclası keçirilib.

yasamal.tv xəbər verir ki, iclasda həmçinin 7-10 may tarixlərində ümum-ölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub.

7 may 2020-ci il tarixdə “Xəzər” televiziya kanalının efirində yayımlanan “Qəlb oğrusu” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 40.2.2.-1-ci maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Xəzər” televiziya kanalının efirində 18 may 2020-ci il tarixdə proqramların yayımının 1 saatlıq müddətədək (saat 08:00-dan saat 09:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

9 may 2020-ci il tarixdə ARB televiziya kanalının efirində yayımlanan “Bakıda küləklər əsir” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 40.2.2.-1-ci maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq ARB televiziya kanalının efirində 18 may 2020-ci il tarixdə proqramların yayımının 1 saatlıq müddətədək (saat 16:00-dan saat 17:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

Ordumuzun təlimləri İrəvanı qorxuya saldı – MN

Azərbaycan Ordusunun keçirəcəyi genişmiqyaslı əməliyyat-taktiki təlimlər, heç şübhəsiz, Ermənistanın hərbi-siyasi rəhbərliyini qorxuya salıb.

yasamal.tv xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

“Ordumuz təlimləri ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində keçirir və burada beynəlxalq sənədlərin tələblərinin pozulmasından söhbət gedə bilməz. Bir daha bəyan edirik ki, Azərbaycan öz sərhədləri çərçivəsində istənilən sayda canlı qüvvə və müxtəlif döyüş texnikasını cəlb etməklə təlimlər keçirmək hüququna malikdir.

BMT Baş katibinin ümumdünya atəşkəsinə riayət etmək çağırışına istinad edən Ermənistan tərəfinə xatırladırıq ki, rəsmi Yerevan ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərini yerinə yetirməlidir.

Qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin mütəmadi təlimlər keçirməsi, beynəlxalq qurumların nəzarətindən yayınaraq külli miqdarda silah-sursat, döyüş texnikası və digər hərbi vasitələri gizlətməsi məhz rəsmi Yerevanın beynəlxalq hüquq norma və prinsiplərini, o cümlədən Vyana sənədinin əsas tələblərini kobud surətdə pozmasıdır.

Bildiririk ki, keçiriləcək təlimlərə Ermənistanın bu cür reaksiya verməsi, bir işğalçı dövlət kimi dünya ictimaiyyətinin və beynəlxalq qurumların diqqətini özündən yayındırmaq məqsədini güdür.

Müdafiə Nazirliyi bəyan edir ki, düşmən hər hansı bir təxribata cəhd göstərərsə Azərbaycan Ordusu Ermənistan tərəfinin bu hərəkətinin qarşısını güc tətbiq etməklə dərhal və qətiyyətlə alacaqdır”, – Müdafiə Nazirliyindən qeyd olunub.

Azərbaycan düyü idxalını azaldıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 14,2 mln. manat dəyərində 21 291,9 ton düyü idxal edib.

APA-Economics”in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,8% azalıb.

Qeyd edək ki, bu ilin hesabat dövründə düyünün ümumi idxalda payı 2019-cu ilin analoji dövrü ilə müqayisədə 0,1 faiz bəndi qalxaraq 0,4% səviyyəsinə yüksəlib. Düyü ölkəyə 1 kiloqramı 0,66 manat orta qiyməti ilə idxal olunub.

Əmanətçi kompensasiya almaq üçün nə etməlidir? – Cavab

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə “Atabank” ASC və “Amrahbank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilmişdir. 

yasamal.tv xəbər verir ki, “Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar veriləcəkdir.

Bəs əmanətçi kompensasiya almaq üçün nələri etməlidir? Marja.az əmanətçilərdə yaranmış suallara aydınlıq gətirir.

QORUNAN ƏMANƏTİ OLAN ƏMANƏTÇİLƏR

– “Atabank və Amrahbankda 30 min manat ekvivaləntinədək (30 min manat daxil olmaqla) qorunan əmanəti olan əmanətçilər 1 iyun 2020-ci il tarixindən başlayaraq30 min manat ekvivalentindən yuxarı qorunan əmanəti olan əmanətçilər isə 1 iyul 2020-ci il tarixindən başlayaraq kompensasiyanı almaq üçün “Kapitalbank” ASC-nin filialına (bu filiallar barədə əlavə məlumat veriləcək) yaxınlaşa bilərlər.

– Filiala yaxınlaşan əmanətçi ərizə yazacaqdır. Bu ərizə Fonda müraciət üçündür. Ərizədə əmanətin qoyulduğu bankın adı, əmanətin hansı valyutada qoyulduğu (manatda və ya digər valyutada), əmanətçinin özü barədə məlumat (adı, soyadı, doğulduğu yer, təvəllüdü (ay, il), ünvanı, əlaqə telefonu və e-mail ünvanı), kompensasiyanı hansı formada almaq istədiyi göstərilməlidir.

Ərizəyə aşağıdakı sənədlər və onların surətləri əlavə olunmalıdır:

  1. əmanət (bank hesabı) müqaviləsi;
  2. əmanət kitabçası (yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənəd);
  3. şəxsiyyəti təsdiq edən sənəd;
  4. əmanətçinin nümayəndəsi müraciət etdikdə onun notariat qaydasında təsdiq olunmuş etibarnaməsi.

– Əmanətçi Kapital Bankda ərizə yazdığı gün konpensasiyasını alacaqdır. Yəni, konpensasiyanın alınması üçün əmanətçiyə debet kartı və ya Xəzri köçürmə sisteminin kodu təqdim edəcəkdir. Əmanətçi istədiyi vaxt KapitalBankın bankomatına yaxınlaşaraq kart və ya kodu ilə kompensasiyanı çıxarda bilər.

– Əmanətlərin Sığortalanması Fondu qorunan əmanətçiıər üzrə əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Əmanətlərin qaytarılması ilə bağlı ilk elan 1 may 2020-ci il tarixində dərc edilmişdir. Bu tarixdən 1 il ərzində müraciət edən əmanətçilər rahat kompensasiya ala biləcəklər. Yəni, qorunan əmanəti olan əmanətçi 1 May 2021ci il tarixinədək Kapital Bank filialına yaxınlaşaraq kompensasiyanı almaq üçün ərizə yaza və əmanətini ala bilər. Başqa sözlə, hamı 1 İyun  2020-ci il tarixində Kapital Bank filalına getməyə bilər. İyulda da, Avqustada, Noyabrda da və s. gedə bilər

QORUNMAYAN ƏMANƏTÇİLƏR VƏ DİGƏR KREDİTORLAR (biznes subyektləri, eləcə də əmanətlərin sığortalanması sxemi ilə əhatə edilməmiş əmanətçilər)

– Qorunmayan əmanətçi və digər kreditorlar (şirkətlər, fərdi sahibkarlar) 1 iyul 2020-ci il tarixinədək Atabank və Amrahbankda pulu qaldığı barədə sənədlər ilə müraciət etməlidirlar. Atabank-ın qorunmayan əmanətçiləri və kreditorlar  Atabank-ın baş ofisinə (Şəmsi Bədəlbəyli küçəsi 102), Amrahbank-ın əmanətçiləri də Amrahbankın baş ofisinə (Xocalı prospekti 36 A) müraciət etməlidirlər. Yəni, onların kreditor tələbi qeydə alınmalıdır. Qanunvericiliklə müəyyən edilmiş növbəliklə, Atabank və Amrahbankın aktivlərinin reallaşdırılmasından və əmlakın satışından daxil olan vəsaitlər bu tələblərin icrasına yönələcəkdir.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?