Ev Blog Səhifə 3236

Azərbaycanda avtomobil istehsalı artıb

Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-aprel aylarında 13,0 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,0 faiz çox sənaye məhsulu istehsal edilib.

yasamal.tv Trend-ə istinadən xəbər verir ki, sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 16,8 faiz artıb.

Sənaye məhsulunun 63,1 faizi mədənçıxarma sektorunda, 30,5 faizi emal sektorunda, 5,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 0,2 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 17,1 faiz artıb.

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 4,7 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 2,6 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 2,3 dəfə, əczaçılıq məhsullarının istehsalı 60,7 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 48,6 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 35,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 24,9 faiz, elektrik avadanlıqlarının istehsalı 20,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 20,0 faiz, kağız və karton istehsalı 19,3 faiz, tütün məmulatlarının istehsalı 18,9 faiz, içkilərin istehsalı 8,3 faiz, qida məhsullarının istehsalı 8,1 faiz, neft məhsullarının istehsalı 5,1 faiz, hazır metal məmulatlarının istehsalı 4,4 faiz, geyim istehsalı 3,6 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 1,2 faiz artmış, mebel istehsalı 0,9 faiz, poliqrafiya məhsullarının istehsalı 2,3 faiz, tikinti materiallarının istehsalı 4,5 faiz, maşın və avadanlıqların istehsalı 23,8 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 36,3 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 54,1 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 14,0 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,5 faiz artıb.

Paytaxtda yeni yol qovşağı yaradılır

Bakıda Sabit Orucov, Nizami, Mehdi Mehdizadə və 28 May küçələrinin bir hissəsinin genişləndirilməsi və sözügedən küçələrin Yusif Səfərov küçəsi ilə kəsişməsinin təmin edilməsi məqsədilə genişmiqyaslı yenidənqurma işlərinə start verilib.

Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA)  verilən məlumata görə, aparılan yenidənqurma işləri çərçivəsində Mehdi Mehdizadə küçəsi ilə 28 may küçəsinin kəsişməsində yerləşən artıq istifadə olunmayan və yolun daralmasına səbəb olan dəmir yolu körpüsünün sökülməsi istiqamətində addımlar atılıb. Nəticədə küçəni sözügedən hissəsində hərəkət hissə 2 zolaqdan 4 zolağa genişləndirilib, yolun kənarları abadlaşdırılıb.

Bundan başqa aparılan yenidənqurma işləri çərçivəsində mövcud piyada səkiləri bərpa olunub, işlərinn aparıldığı ərazi bpoyu yeni səki daşları düzülüb, yeni asfalt-beton örtüyü döşənib. Daha sonra zəruri olan terlərdə yeni yol nişanları qyraşdırılıb, üfiqi nişanlanma xətləri çəkilərək Mehdi Mehdizadə küçəsinin Yusif Səfərov və 28 may küçələri, həmçinin 28 may küçəsinin Mehdi Mehdizadə və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsi yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Hazırda Sabit Orucov, Nizami, Mehdi Mehdizadə və 28 May küçələrinin Yusif Səfərov küçəsi ilə kəsişən hissələrində paytaxtımızın yol infrastrukturuna mühüm töhfə verəcək yeni qovşağın yaradılması istiqamətində sadalanan küçələrdə yenidənqurma işləri davam etdirilir. Mehdi Mehdizadə və 28 may küçələrinin bir hissəsində müasir yol infrastrukturunun yaradılması istiqamətində aparılmış təmir-tikinti işləri yuxarıda sadalanan küçələri də əhatə edir.

Küçələr genişləndirilir, mövcud piyada səkiləri bərpa edilir, zəruri yerlərdə yeniləri inşa edilir, kənarlarına yeni səki daşları düzülür. Layihə çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Agentliyinin rəyi əsasında yaxın günlərdə tikinti sahəsinə düşən yaşıllıqların köçürülməsi nəzərdə tutulur. Bu işlərin ardınca zəruri yerlərdə yararsız qrunt çıxarılaraq əks-dolğu işləri görüləcək və yeni asfalt-beton örütüyünün döşənməsi təmin olunacaq.

Layihənin sonuncu mərhələsində Sabit Orucov, Nizami, Mehdi Mehdizadə və 28 May küçələrinin Yusif Səfərov küçəsi ilə kəsişən hissəsində yeni yol qovşağı yaradılacaq. Qovşaqda avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili üçün işıqforlar quraşdırılacaq, zəruri yerlər yol nişanları qoyulacaq, yolcizgi və yolgöstərici, həmçinin piyada zolaqları çəkiləcək.

Qeyd edək ki, Şah İsmayıl Xətainin heykəlinin yerinin dəyişdirilməsi, paytaxtımızda yol infrastrukturuna mühüm töhfə olacaq yol qovşağının yaradılmasına şərait yaradıb. Belə ki, Nizami küçəsi ilə Sabit Orucov, Mehdi Mehdizadə küçəsi ilə 28 May küçəsi istiqamətində yolları birləşdirən nəqliyyat qovşağının yaradılması ərazidə yarana biləcək tıxacların qarşısının alınmasına və nəqliyyat vasitələrinin hərəkətinin intensivliyinin təmin edilməsinə imkan verəcək.

Bir neçə rayonun prokuroru işdən çıxarılıb

Bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xətai rayon prokuroru Yusif İldırımzadə, Sabunçu rayon prokuroru Ceyhun Şirinov, Nəsimi rayon prokuroru Salman Məmmədli, Qəbələ rayon prokuroru Məqsəd Orucov, Yevlax rayon prokuroru Elxan Pənahov tutduqları vəzifədən azad ediliblər.

K.Əliyevin digər əmri ilə Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin rəisi Niyaz Məmişov da işdən çıxarılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-in sorğusuna cavabında faktı təsdiqləyib. Qeyd edib ki, həmin şəxslər “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdıqlarına görə Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə tutduqları vəzifədən azad olunmaqla prokurorluq orqanlarında qulluq keçmələrinə xitam verilib.

Qeyd edək ki, yeni Baş prokuror Kamran Əliyevi video konfrans formatında qəbul edən Prezident İlham Əliyev Prokurorluq orqanlarına islahatların aparılmasına dair öz tövsiyələrini verib.

Bakı sakinlərinə xəbərdarlıq: Küçəyə çıxmayın!

May ayının 16-ı səhər saatlarından etibarən şəhər mərkəzi və qəsəbələrdəki 300-ə yaxın əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə paytaxtın kommunal strukturlarından məlumat verilib.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

İki aylıq fasilədən sonra Almaniya Bundesliqası başlayır

Futbol üzrə Almaniya Bundesliqası koronavirus pandemiyası ilə bağlı iki aylıq fasilədən sonra bərpa olunur.

Oxu.Az xəbər verir ki, sabah Almaniyada XXVI turun oyunları keçiriləcək.

Oyunları 16-18 may tarixlərində keçiriləcək.

Almaniya Bundesliqası

XXVI tur

16 may

(Bakı vaxtı ilə)

17:30 “Auqsburq” – “Volfsburq”

17:30 “Borusiya” (Dortmund) – “Şalke”

17:30 “Fortuna” – “Paderborn”

17:30 “Hofenhaym” – “Herta”

17:30 “Leypsiq” – “Frayburq”

20:30 “Ayntraxt” – “Borusiya” (Mönxenqladbax)

17 may

17:30 “Köln” – “Maynts”

20:00 “Union” – “Bayern”

18 may

22:30 “Verder” – “Bayer”

Qeyd edək ki, martın 13-də koronavirus səbəbindən dayandırılan Almaniya Bundesliqasının turnir cədvəlində hazırda “Bayern” 55 xalla birinci, Dortmund “Borusiya”sı 51 xalla ikinci, “Leypsiq” isə 50 xalla üçüncü yerdədir.

Karantin qaydalarını pozan sürücülərin sayı açıqlandı

 

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar son sutka ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

BDYPİ-dən verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 14 may 2020-ci il, saat 00:00-dan 15 may 2020-ci il saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 739 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ölkədə xüsusi karantin rejiminin tətbiq edildiyi vaxtdan bu günədək respublikanın, o cümlədən, paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə ümumilikdə 53 958 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.

“Həmkarımızın virusa yoluxub o vəziyyətə düşməsi bizi sarsıtdı”

Uzun müddətdir dünya koronavirusla mübarizə aparır.

Demək olar ki, dünyanın hər yerində tətbiq olunan karantin rejimi ilə bağlı insanlar evlərində qaldığı bir vaxtda həkimlər çətin günlərin gizli qəhrəmanı olub. Səhiyyə işçiləri bu günlərdə əlini daşın altına qoyaraq virusla mübarizənin öndərinə çevrilib.

Ölkəmizdə də səhiyyə işçiləri aylardır ailələrindən kənar qalaraq, sağlamlıqları bahasına virusla mübarizə aparır. Bu həkimərdən biri də Namazova Kəmalə Novruz qızıdır. O, 2000-ci ildən Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində Anesteziologiya və reanimasiya şöbəsində işləyir. Tibb üzrə fəlsəfə doktoru və dosentdir.

“MediaPost” həmin gizli qəhrəmanlardan olan həkim Namazova Kəmalə ilə müsahibəni təqdim edir:

– Koronavirusla mübarizəyə nə vaxtdan qoşulmusunuz? Nəçə müddətdir xəstəxanada qalırsınız?

– Bu yaxınlarda sosial şəbəkədə bir videoçarx gördüm. 20-22 yaşlarında bir oğlana sual verdilər ki, özünlə fəxr edirsən? O da cavabında “bəli, mən aprel döyüşlərində iştirak etmişəm” – dedi. Bir anlıq o balaca oğlana paxıllıq etdim ki, belə az yaşında vətən üçün bir şey edib. Ona görə, martın 7-də ilk dəfə TƏBİB-in e-mailinə könüllü olaraq məktub yazdım. Heç xəbərim olmayıb ki, Azərbaycanda ilk könüllü mən yazılmışam. Martın 28-i Cənab Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə “Yeni Klinika”nın açılışı oldu və bu tibb müəssisəsi COVID-19-la mübarizə aparmaq üçün ixtiyarımıza verildi. 29 mart səhər 9-da baş həkim Y.Əliyevdən mənə zəng gəldi və dedi ki, təcili “Yeni Klinika”ya işləməyə gedirsən. Əvvəlcə tutuldum, uşaqlarım yatmışdılar. İkisi də oyanıb mənim üzümə baxırdılar. Əvvəlcə bir az qorxdum. Evdən çıxanda, hətta kövrəldim. Amma “Yeni Klinka”da həmkarım Vüsal Nəbiyevi görəndə çox ürəkləndim. Beləcə, martın 29-dan indiyə qədər reanimasiyada ağır xəstələrlə işləyirəm.

Boğuluram, ay Allah, məni balalarıma bağışla

– Ağır vəziyyətdə olan viruslu xətələri necə müalicə edirsiniz?

– Burada bir nəfərin yox, böyük bir insan kütləsinin zəhməti var. Rəhbərlik, infeksionistlər, reanimatoloqlar, radioloqlar, laboratoriya işçiləri, əczaçılar, anbardarlar, tibb bacıları, kiçik tibb bacıları, yeməkxanada işləyənlər, camaşırxanalar, mühafizəçilər və digərlərinin saymaqla bitməyəcək zəhməti var. Xəstələr klinikaya daxil olan kimi döş qəfəsinin kompüter tomoqrafiyası, laborator analizlərdən keçir. Reanimasiya şöbəsində ikitərəfli total pnevmoniya fonunda inkişaf etmiş kəskin respirator disstres sindromlu, tənəffüs çatışmazlığı olan xəstələr qəbul olunur. Reanimasiyada indiyə kimi 24 xəstə müalicə alıb. Xəstələrin hamısına pron pozisiya verib, süni tənəffüs aparatlarında CPAP maska ilə spontan ventilyasiya rejimində PEEP 8-10, FiO2-40-50% olmaqla, antiviral və antibakterial müalicə təyin etməklə işə başlayırıq. Həmçinin xəstələrə kiçik molekullu heparinlər vurulur. Volemiya, temperatur, hemodinamika, qanın qaz tərkibinə ciddi nəzarət edirik.

– Bu virus adi qrip virusu olsa da, niyə bu qədər insanı öldürür?

– Koronavirus uzun illərin xəstəliyi olsa belə, öz genetik kodunu dəyişmiş, mutasiyaya uğrayıb. Xəstələrin vəziyyətinin ağırlaşmasına səbəb başqa xəstəliklərlə birlikdə özünü göstərməsidir. Məsələn, ürəyin xroniki işemik xəstəliyi, şəkərli diabet, ürək çatışmazlığı, qan xəstəliklərinin olması və immun sistemin zəifləməsi problemlərinə tez-tez rast gəlirik. Bu COVID-19 virusu sanki ağciyər toxumasında “kimyəvi yanıq” yaradır. Ağciyər toxumasının çox hissəsi tənəffüs prosesində iştirak etmir və hipoksiya yaranır ki, bunun nəticəsində bütün orqanizmin orqan və toxumaları zədələnir və onların fəaliyyətində yetərsizlik əlamətləri başlayır.

Boğuluram, ay Allah, məni balalarıma bağışla

– Bu müddət ərzində sizi dərindən sarsıdan bir hal olub?

– Təbii ki, olub. Kolleqamın (ailəsi adının açıqlanmasını istəmir) intubasiyası məni dərindən sarsıtdı. Çünki uzun illər əvvəl həkimimizlə birlikdə eyni klinikada işləmişdim. Onu hipoksik vəziyyətdə görmək məni yandırırdı. Tənəffüsünün dəqiqəlik sayı 42-45, saturasiya 68% idi. Artıq posthipoksik ensefalopatiya başlayırdı. Nəbzi 40-45 arasına enmişdi. Ani bir gecikmə həkimin həyatının sonu ola bilərdi.

– Kolleqanızın hazırda vəziyyəti necədir?

– Çox kritik ağır vəziyyətdə xəstəxanaya gətirilmişdi. Tənəffüs çatışmazlığı dərinləşmiş, artıq bütün orqan və toxumalarda oksigen azlığı yaranmışdı.12 gün süni ventilyasiyada qaldı. Bu müddətdə reanimasiyanın bütün üzvləri gecə-gündüz pasiyentlərlə işləyirdi. Azərbaycanın elə bir bölgəsi yox idi ki, bizdən həkim barədə xəbər almasınlar. Xəstədə artıq sepsis də inkişaf etmişdi. Xəstəxanaya daxil olandan 15 gün sonra xəstəni ekstubasiya edib, spontan tənəffüsə keçirtdik. Bu müddət ərzində baş həkim P. Abbasov, infeksionistlər Vasif Əliyev, Dilman həkim daima xəstəni konsultasiya edirdilər. Hazırda vəziyyəti yaxşıdır.

– Virusdan dünyasını dəyişən pasiyentiniz var?

– Şükürlər olsun ki, bizim klinikada letallıq olmayıb. Güman edirəm ki, olmaz da. Heç bir həkimə xəstə yaxını önündə aciz qalmasını arzulamıram. Təsəvvür edin ki, virusa yoluxmuş xəstə kiminsə atası, övladı, qardaşı, babasıdır. Hamı evdə onun yolunu həsrətlə gözləyir. Həkimin işi də budur ki, xəstəsini qohumlarına salamat qaytarsın. Amma bəzən elə hallar, patologiyalar var ki, nəinki həkim, bütün dünya bir xəstəliyin əlində aciz qalır.

– Virusun tam bitəcəyini düşünürsünüz? Əgər bitsə, bu hansı tarixə təsadüf edə bilər?

– Zənnimcə, əgər qaydalara əməl olunsa, may ayının sonlarına virusa əlvida deyə bilərik. İnanıram ki, tezliklə Cənab Prezidentimiz televiziyadan Azərbaycan həkimini bu qələbə münasibətilə təbrik edəcək. Hamımız yenidən normal həyat tərzimizə qayıdacağıq. Bu gün özümə borc bilirəm ki, dövlət başçımıza belə bir vaxtda xalqımızın qayğısına qaldığına, həkimlərə və xəstələrə yaratdığı şəraitə görə dərin minnətdarlığımı bildirəm. Həmçinin bu gün biz həkimlərin yetişməsində müəllimlərimizin, əməkdaşlarımızın böyük zəhməti olub. Hər birinə can sağlığı, uzun ömür, sağlam qalmağı arzu edirəm!

Atəşkəs 26 dəfə pozuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Əsrik Cırdaxan kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

“Prodüserlər məni toydan uzaqlaşdırır” – Ramal İsrafilov

“Artıq “tənbəl” adını üstümdən götürün. Musiqiçiyə qiymət vermək lazımıdr. Qiyməti gördüyün yerə gedirsən. Gözəl efirlər olanda, mən də gözəl ifalar oxumağa çalışıram”.

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Ramal İsrafilov “Şou ATV” verilişində qonaq olarkən deyib. Sənətçi ona “tənbəl” deyənlərə əsəbiləşdiyini gizlətməyib:

“Məni sevməyənlər efir adamlarına tənbəl ifadəsini yaydılar. Sonra da toy sahibləri düşünür ki, onu çağırmayaq tənbəldir. Bir məclisə getdim, hörmətli adam yaxınlaşıb dedi ki, bizim toya gəlmədin. Ona deyiblər ki, Ramal Bakıda deyil.

Bəzi prodüserlər var ki, çalışırlar məni toydan uzaqlaşdırıb, öz müğənnilərini salsınlar. Məni sevən axır-əvvəl gəlib tapır. Zərrə qədər də ziyan vurmursunuz mənə”.

“Mənim günahım” tamaşası nümayiş olunacaq

Mayın 15-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rəsmi “Facebook” səhifəsində “Mənim günahım” tamaşası (videoçəkilişi) canlı yayım vasitəsilə nümayiş olunacaq.

yasamal.tv xəbər verir ki, sənət ocağının repertuarında özünəməxsus yer tutan tamaşa Xalq yazıçısı İlyas Əfəndiyevin eyniadlı pyesi əsasında səhnələşdirilib.

Tamaşada ölməz sənətkar Qara Qarayevin “Yeddi gözəl” baletindən və onun digər əbədiyaşar musiqilərindən istifadə edilib. Sevgi haqqında pritça olan balet-tamaşanın ideya müəllifi və bədii rəhbəri teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru İradə Gözəlovadır.

Tamaşada Nurcahan rolunu, Əməkdar artist Nərgiz Kərimova ifa edəcək. Digər rolları Əməkdar artist İlham Hüseynov (Sahib) və balet artisti Mələk Səfərova (Ayqız) canlandıracaqlar. Səhnə əsərinin dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysteri Əməkdar artist Yelena Ağayeva, quruluşçu rəssam Elnur Axundov, konsertmeyster Fidan Babayeva, rejissor assistenti Elməddin Dadaşovdur.

Əsərin süjet xəttində yaşlandığını qəbul etməyən Nurcahan adlı balerinadan bəhs edilir. O, həyat yoldaşını gənc balerina – Ayqıza hədsiz qısqandığı üçün gərgin psixoloji sarsıntılar keçirir. Nurcahan Ayqızı təkçə ömür-gün yoldaşına deyil, həm də sənətinə qısqanır… Bəzən sənətə aşırı dərəcədə sevgi acınacaqlı nəticələr verir…

Nurcahan səhnəyə yenicə qədəm qoyan gənc qızın gələcəkdə onun yerini tuta biləcəyindən qorxur. Buna görə də qarşısında maneə kimi gördüyü Ayqıza zərbə vurmaq üçün böyük bir günah işlədir. Sonra isə əməlindən çox peşman olur və bu mənəvi əzabını çəkir.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?