Ev Blog Səhifə 3367

Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu

Azərbaycan Respublikasında 57 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 68 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə 1340 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 528 nəfəri müalicə olunaraq sağalmış, 15 nəfər vəfat etmiş, 797 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 26 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 86.607 test aparılmışdır.

Bizi dəhşətli bəladan öz istehsalımız qoruyacaq – Reportaj

Əsas məqsəd qarşıya qoyulan hədəfə çatmaq, ölkəmizin gündəlik 250 min tibbi maskaya olan tələbatını ödəməkdir. Hazırda gündəlik istehsalı 120 min ədədə çatdırmaq üçün çalışırlar.

Axşam saat 22:00 olmasına baxmayaraq burada iş hələ yeni başlayırdı. Gündüz növbəsində çalışanlar öz yerini gecə növbəsində çalışan işçilərə verir, beləcə iş fasiləsiz davam etdirilirdi. Müəssisənin gecə-gündüz işləməsinin əsas səbəbi isə sözsüz ki, son günlər hər kəs üçün həyatı əhəmiyyət daşıyan, hər gün istifadə etdiyimiz və çörək qədər axtardığımız tibbi maskalara ölkə əhalisinin gündəlik tələbatını ödəməkdir. Yəqin ki, söhbətin hansı müəssisədən getdiyini anladınız…

Sputnik Azərbaycan bu günlərdə ölkə prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın açılışını etdiyi Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsindən reportajı təqdim edir.

Müəssisənin rəhbəri Səkinə Babayeva tibbi maska istehsal edən müəssisənin Azərbaycanda yaradılmasının zərurətindən danışır. O bildirir ki, koronavirus pandemiyasının yayılması ilə əlaqədar dünyada tibbi maskalara tələbat artıb və müvafiq olaraq qıtlıq yaranıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığı, dövlətin maddi və mənəvi dəstəyi ilə Azərbaycanda tibbi maska istehsal edən müəssisə yaradılıb.

Həmsöhbətimiz deyir ki, tibbi maska istehsal edən bu müəssisə artıq üç növbədə çalışır. Standartlara uyğun, gigiyenik tibbi maska istehsalı üçün müəssisədə ən müasir tikiş və sterilizə aparatı quraşdırılıb. S.Babayevanın sözlərinə görə, tibbi maska istehsal edən tikiş avadanlıqlarının quraşdırılması və istifadəsi üçün işçi heyət “Skype” vasitəsilə onlayn təlim keçib: “Bu müəssisənin Azərbaycanda yaradılması günün tələbi idi. Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da koronavirusun yeni növünə yoluxma halları tibbi maskalara olan tələbatı artırdı. Məlumdur ki, indiyədək tibbi maska Azərbaycana başqa ölkələrdən gətirilməklə əhalinin tələbatı ödənilirdi. Bu tələbat artdığında vətəndaşların sağlamlığı üçün yerli istehsal günün tələbinə çevrildi. Prezidentimizin tapşırığı və hərtərəfli dəstəyi əsasında qısa zamanda bu müəssisə inşa olunaraq lazımi avadanlıqlarla təmin olundu. Hazırda müəssisədə tibbi maska istehsalı üçün xammal var. Onu da qeyd edim ki, tibbi maska üçün xammalın Azərbaycana gətirilməsi də məhz dövlətin dəstəyi ilə baş tutdu. Yayılmış virusla bağlı istehsalçı ölkələr tibbi maska üçün zəruri olan tikiş avadanlıqlarının, xammalın satışını dayandırmışdılar. Bütün bunlara rəğmən dövlətimizin və iqtisadi komandanın böyük əzmi sayəsində ölkəmizdə belə bir istehsal müəssisəsinin yaradılması mümkün oldu. Hazırda müəssisəmiz üç növbəlik sistemlə çalışır. İlk hədəfimiz ölkəmizin tibbi maskaya olan gündəlik tələbatını ödəməkdir”.

“Hər növbədə 12-13 nəfər çalışır. Xammalımız əsasən Türkiyədən alınır. Amma Avropadan da xammal idxal edirik. Hazırda biz altı aylıq xammal ehtiyatı görürük. Əsas məqsəd qarşımıza qoyduğumuz hədəfə çatmaqdır. Bu təbii ki, ölkəmizin gündəlik 250 min tibbi maskaya olan tələbatını ödəməkdir. Hal-hazırda gündəlik istehsalı 120 min ədədə çatdırmaq üçün çalışırıq”, – müəssisə rəhbəri bildirir.

S.Babayeva deyir ki, Azərbaycanda istehsal edilən tibbi maskalar öz keyfiyyətinə görə də indiyədək xaricdən idxal etdiyimiz tibbi maskalardan fərqlənəcək: “Bizim istifadə etdiyimiz xammal əsl tibbi maska istehsalı üçün nəzərdə tutulan bir materialdır. İstehsal etdiyimiz tibbi maskalar üç qatlıdır. Tibbi maskanın orta qatı xüsusi qoruyucu funksiyaya malikdir. Həmin qat həm çöldən gələn, həmçinin də nəfəs yolu ilə çıxan bakteriyanı tutub saxlayır”.

Müəssisə rəhbərinin sözlərinə görə, tibbi maskalar yaxın vaxtlarda satışa buraxılacaq. Hazırda tibbi maskaların qiyməti ilə bağlı təkliflər müzakirə edilir: “Nəzərə almaq lazımdır ki, burada əsas məqsəd vətəndaşların sağlamlığının qorunmasıdır. Ona görə də, bizi maddiyyatdan çox hazırda düşündürən əsas məsələ xalqımızın sağlamlığı, yayılmış virusdan qorunmasıdır. Burada təbii ki, xammala və istehsala çəkilən xərc nəzərə alınmaqla qiymət müəyyənləşdiriləcək”.

Müəssisədə gecə növbəsində çalışanlarla da söhbətləşib tibbi maska istehsalının çətin olub-olmadığını öyrəndik. Günel Qədimalıyeva deyir ki, tibbi maska istehsalı kənardan asan görünsə də, heç də belə deyil: “Evdə adi parçadan hazırlanan maskalarla tibbi maskaların istehsalı tamamilə fərqlidir. Bizim müəssisədə istehsal olunan tibbi maskalar üç qatlıdır. Təbii ki, maska istehsalını əsasən avtomatlaşdırılmış avadanlıqlar həyata keçirir. Biz isə üzərimizə düşən işləri həyata keçirik. Təbii ki, bu sahə bizim üçün yenidir. Ona görə də, biz onlayn təlim keçərək bu işi öyrəndik. Çox sevinirəm ki, bu gün vətəndaşlarımızın sağlamlığının qorunması üçün qurulan bu müəssisədə çalışıram. Tibbi maska istehsalında az da olsa zəhmətimin olması qürurvericidir. İnsanların ehtiyacı olan, onlar üçün həyati əhəmiyyət kəsb edən işin bir parçası olmaq həm məsuliyyətlidir, həm də sevindirici. Çalışırıq ki, işimizi həm keyfiyyətli görək, həm də çevik. Çünki bu gün hər kəs öz yerli istehsalımız olan tibbi maskaların satışını böyük səbirsizliklə gözləyir”.

İşçilərlə söhbət zamanı öyrənirik ki, tibbi maskaların bakterioloji baxımdan keyfiyyəti istehsal prosesində nəzərə alınsa da, istehsaldan sonra da gigiyenik keyfiyyətinə nəzarət olunur. Tibbi maskalar qablaşdırılmazdan öncə sterilizə olunur.

Bir sözlə, tibbi maskaların istehsalı üçün yeni yaradılan bu müəssisədə gecə saat 00:49 olmasına baxmayaraq qaynar iş davam edir. Biz isə pandemiya dövründə üzərlərinə belə böyük və şərəfli məsuliyyət götürən komanda ilə sağollaşaraq, koronaviruslu Bakıya doğru qayıdırıq…

“Koronavirusla mübarizədə Rusiya ilə Azərbaycan arasında sıx əməkdaşlıq yaranıb”

“Rusiya və Azərbaycanın koronavirusla mübarizədə fəaliyyətin koordinasiyası və bu virusun sosial-iqtisadi təsiri hazırda iki ölkə arasında gündəmdə duran mövzulardandır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, koronavirusla mübarizə sahəsində Rusiya ilə Azərbaycan arasında sıx əməkdaşlıq yaranıb: “Bu mövzu bir neçə dəfə iki ölkənin hökumət başçıları Mixail Mişustin və Əli Əsədov, XİN başçıları Sergey Lavrov və Elmar Məmmədyarov tətəfindən müzakirə olunub. Azərbaycan və Rusiyanın profil qurumları təmasdadırlar. Bu ilin martın əvvəlində Rusiya tərəfi Azərbaycana 120 test sistemi göndərib. Bu sistemlər 12 000 tədqiqat aparmaq üçündür. Bundan sonra da tərəfdaşlarımıza lazımi köməyi göstərməyə hazırıq”.

Rusiya XİN sözçüsü Azərbaycan tərəfinə təşəkkürünü də bilirib: “Moskva və Bakının vətəndaşlarımızın vətənə dönməsi məsələsində də sıx əməkdaşlıq edir. Biz bu məsələdə yardım etdiyinə görə Azərbaycan tərəfinə minnətdarıq”.

Belçikada koronavirusdan ölənlərin sayı 5 mini ötüb

Belçikada son sutka ərzində 313 nəfər yeni növ koronavirusdan vəfat edib.

yasamal.tv xəbər verir ki, bu barədə Belçika Səhiyyə Nazirliyi məlumat yayıb.

Ölkədə koronavirusdan ölənlərin sayı 5136 nəfərə çatıb.

Belçikada son sutka ərzində daha 1329 nəfər yeni növ koronavirusa yoluxub, ölkədə xəstəliyə yoluxanların ümumi sayı 36 138 nəfərdir. (apa)

Dünya yeni sual qarşısında: Covid-19 Rusiyadan dünyaya yayılıb

“Koronavirus ən çox Amerikanı vurub. Dünyada virusa yoluxanların və ölənlərin sayına görə birinci yerdə də məhz Amerikadır”.

Bunu açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Rusiyada koronavirusla bağlı vəziyyət kritikə yaxındır:

“Virusa yoluxanların sayı hər keçən gün artır. Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin 9 May Qələbə paradını təxirə salmaq məcburiyyətində qaldı. Halbuki, Kreml sahibi bu tədbiri böyük təmtəraqla keçirməyi planlaşdırırdı, əvvəlcədən xarici dövlət başçılarına dəvətnamələr göndərilmişdi. Kreml son günə qədər ümid edirdi ki, bəlkə virusdan yaxa qurtarıb paradı keçirə bilərlər. Alınmadı.

Bu arada, Qərb mətbuatı Rusiyada ənənəvi olaraq keçirilən bioloji təcrübələr və həmin təcrübələrin qurbanlarının sayı barədə Kremlin susduğunu yazır. Belə ehtimal edilir ki, bu dəfə də Rusiya hakimiyyəti yoluxanların həqiqi sayını gizlədir. Misal üçün Rusiyada koronavirusa yoluxan və ölkələrinə geri qayıdan xarici ölkə vətəndaşlarının sayı durmadan artır. Bunu gizlətmək mümkün deyil. Bu günlərdə Rusiyadan Çinə geri qayıdan 20 çinlidə koronavirus aşkarlandı.

Elə Azərbaycanın özündə də mənzərə fərqli deyil. Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin sözlərinə görə, ölkəmizdə koronavirusa yoluxanların 20 faizi məhz Rusiyadan geri qayıdan soydaşlarımızdır. Buna görə də rəsmi Bakı Rusiya ilə sərhədi açmağa tələsmir. Rusiyadan geri qayıtmaq isətəyənlər minlərlədir və onların hamısı Azərbaycanda karantinə alınmalıdır. Bunu isə ancaq tədricən həyata keçirmək mümkündür”.

Politoloq qeyd edib ki, Rusiyanın virusla mübarizə mərkəzi SSRİ dövründən Novosibirsk şəhəri sayılır:

“Bu şəhərdə “Vektor” Virusologiya Mərkəzi fəaliyyət göstərir. 16 sentyabr 2019-cu ildə bu mərkəzdə partlayışın baş verməsinə dair məlumatlar var. Maraqlıdır ki, məhz bu ərəfədə həmin mərkəzdə müxtəlif viruslara qarşı vaksinlər üzərində tədqiqatlar aparılırdı. Bu barədə hətta Rusiyanın strateji tərəfdaşı sayılan Çinin mərkəzi orqanları məlumatlar yayıblar. Novosibirskdəki mərkəzdə bu ilin yanvar ayında koronavirusa qarşı iki peyvəndin hazırlandığı barədə məlumatlar yayıldı. Bəzi ekspertlərin fikrincə, peyvənd üzərində iş daha əvvəldən başlayıb, demək, koronavirus artıq mərkəzin laboratoriyalarında mövcud idi. Misal üçün, Afrikada geniş yayılan Ebola virusu üzərində əsas tədqiqatlar da məhz Novosobirskdəki mərkəzdə həyata keçirilirdi.

Belə şübhələr var ki, SSRİ dağıldıqdan sonra da Novosibirskdəki mərkəzdə bioloji silahlar üzərində tədqiqatlar aparılır. Halbuki Rusiyanın imzaladığı müxtəlif beynəlxalq anlaşmalara görə, bioloji silahlar üzərindəki təcrübələr dayandırılmalı idi. SSRİ zamanı həmin mərkəzdəki təcrübələr “virus xəstəliklərinə qarşı mübarizə” adı altında həyata keçirilirdi. Halbuki söhbət həmin mərkəzdə yeni növ bioloji silahların hazırlanmasından gedirdi. Görünür, Rusiya ənənəyə sadiq qalaraq həmin mərkəzdə həm yeni virus üzərində tədqiqatlar aparır, həm də yeni növ biloloji silahların əldə olunmasına çalışıb. O ki qaldı, rusiyalı rəsmilərin fəxrlə bəyan etdikləri “Ebolaya qarşı peyvənbi biz tapdıq” açıqlamalarına, beynəlxalq ekspertlər bunu şişirtmə kimi qiymətləndirirlər. Ebola yox olmayıb”.

Elxan Şahinoğlu bildirib ki, bütün bunlara baxmayaraq, Rusiyada koronavirusun mənbəyi kimi ABŞ laboratoriyalarını göstərirlər:

“Kreml sahibinə yaxın fiqurlardan biri olam millətçi Serqey Qlazyev belə deyib: “Koronavirusu yayan laboratoriyalar Amerikadadır. Vaşinqton bu virusdan dünya iqtisadiyyatını dağıtmaq üçün istifadə edir”.

Bu açıqlamanın məntiqsiz olduğunu koronavirusun yayılma gücü göstərir. Koronavirus ən çox Amerikanı vurub. Dünyada virusa yoluxanların və ölənlərin sayına görə birinci yerdə məhz Amerikadır. Vaşinqton bu virusu “Rusiya, Çin və İranı zəifləmək və dünya iqtisadiyyatını dağıtmaq üçün” necə yayıb ki, ən çox özü əziyyət çəkir?”(Qaynarinfo)

“Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilib

“Yol hərəkəti haqqında” qanuna dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qanuna təklif edilən dəyişikliklə yol hərəkəti təhlükəsizliyini təmin etmək və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlarının (qurumlarının) işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydalarının pozulmasına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən, nəqliyyat vasitələrinin müşayiət olunması və haqqı ödənilən digər əlavə xidmətlərdən daxil olan vəsaitlərin 7%-i dövlət büdcəsinə köçürüləcək.

Sənəd müzakirələrdən sonra I oxunuşda qəbul edilib.

Əmək müqavilələrinin sayı 80 min artdı

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq kölgə iqtisadiyyatına, qeyri-formal məşğulluğa qarşı həyata keçirilən kompleks mübarizə tədbirləri əmək müqavilələrinin sayının artmasına da imkan verib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininin xidməti olan “Əmək müqaviləsi bildirişi” e-sistemindən əldə olunan məlumata əsasən, cari ilin əvvəli ilə müqayisədə özəl sektorda əmək müqavilələrinin sayı 80 min artıb.

Qeyd edək ki, pandemiya ilə əlaqədar qeyri-dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməməsi, özəl sektorda iş yerlərinin qorunması diqqətdə saxlanılır. Bu məqsədlə Nazirlik tərəfindən “Əmək müqaviləsi bildirişi” e-sistemi üzərindən əvvəlcədən işəgötürənlərə müvafiq bildiriş-xəbərdarlıq göndərilib, gündəlik nəzarət aparılır.

Bu sektorda iş yerlərinin qorunması, xüsusilə də əmək müqavilələrinin sayının artması işəgötürənlərin sosial həmrəylik prinsipinə sadiqliyini göstərir.

İşəgötürənlə işçi arasında bağlanan əmək müqaviləsi işçinin əmək və sosial hüquqlarının yaranmasına və müdafiəsinə əsaslı hüquqi təminat yaradır.

Koronavirusdan ölənlərin sayı kəskin artırıldı –Çin

Çinin mərkəzindəki Vuhan şəhəri COVID-19 xəstəliyindən ölənlərin sayını 1290 nəfər artırıb.

Dövlət mediasının cümə günü yazdığına görə, statistikanın düz aparılmaması epidemiyanın pik dövründə xəstəxanaların həddən artıq yüklənməsi ilə bağlı olub.

Hazırda Vuhanda koronovirusdan 3 min 869 nəfərin vəfat etdiyi bildirilir, 11 milyonluq əhalisi olan şəhərdə virusa indiyədək 50 min 333 nəfər tutulub ki, bu da ümumi ölkə üzrə yoluxmaların (82 min 367 nəfər) üçdə ikisi deməkdir.

Rəsmi “Xinua” xəbər agentliyi adınıçəkmədiyi rəsmiyə istinadla bildirir ki, epidemiyanın ilkin dövründə“qəbul və müalicə imkanlarının yetərli olmaması səbəbindən bəzi xəstəxanalar xəstəliyin önlənməsi və ona nəzarət sistemi ilə vaxtında əlaqə yarada bilməyib, həmin vaxt xəstəxanalar həddən artıq dolu olub, tibb işçilərinin başı xəstələrə qarışıb”. “Nəticədə məlumatlarda əskiklik yaranıb, yanlışlıq olub”, – rəsmi bildirib.

O əlavə edib ki, xəstəxanalardan kənar baş verən ölümlər xəstəliyə nəzarət informasiya sistemində qeydə alınmayıb, bəzi təsdiqlənmiş yoluxmalar haqda gec məlumat çatdılırıb, yaxud bəzi tibb ocaqları heç məlumat verməyib.

Çinin təqdim etdiyi rəqəmlərlə bağlıçoxdan suallar dolaşırdı, Vuhan yanvarda bir neçə gün heçölü, yaxud yoluxma sayı açıqlamamışdı. Bu da Çin rəsmilərinin pandemiyanın təsirini azaltmağa çalışması, onu daha tez nəzarətə almaq fürsətini qaçırmasıyla bağlı ittihamlara yol açmışdı. (azadliq.org)

ABŞ hərbi bazasına hücum: 6 ölü, 3 yaralı

ABŞ-ın Əfqanıstandakı ən böyük aviasiya bazası olan Baqrama hücum olub.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, silahlı hücum nəticəsində 6 nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb. Ölən və yaralananların bazada çalışan əfqanlar olduğu bildirilib.

Hücumu kimlərin törətdiyi bəlli olmasa da, Talibanın etdiyi düşünülür.

Bu il Azərbaycanda 584 əkiz, 12 üçəm doğulub

Cari ilin ilk iki ayı ərzində Azərbaycanda doğulan körpələrin sayı məlum olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk iki ayı ərzində 22 321 doğulan körpə qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə bu göstərici 13,7 təşkil edib. Körpələrdən 584-ü əkiz, 12-si isə üçəm doğulanlardır.(report)

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?