Ev Blog Səhifə 3366

Şabalıdın möcüzəvi – Faydaları

Qış aylarında daha çox yeyilən qərzəkli meyvələr qrupuna daxil olan şabalıdın bilmədiyimiz bir çox faydası mövcuddur.

Militribuna.az xəbər verir ki, kalorisinin az olması səbəbi ilə şabalıd və şabalıd balına təlabat daha çoxdur. Təzə şabalıd meyvəsinin tərkibində lif, az miqdarda yağ, müxtəlif minerallar, B1, B2 və C vitamini vardır. Şabalıd qaynadılan və közdə bişirilən zaman onun tərkib miqdarı və kalori dəyəri dəyişir.

Şabalıd beyin xəstəliklərinə, iflic və sinir sistemi xəstəliklərinə, həzmi asanlaşdırmağa və qəbzliyin qarşısını almağa kömək edir. Şabalıdın tərkibində maqnezium olduğuna görə qan laxtalanmasının qarışını alır.

Eyni zamanda qırmızı qan hüceyrələrinin artmasına müsbət təsir edir. Lakin bütün qidalar kimi şabalıd da çox yeyilən zaman tərkibində olan şəkər miqdarına və kalori tərkibinə görə narahatlığa səbəb ola bilər.

Gürcüstanda koronavirusa yoluxanların sayı 385-ə çatdı

Gürcüstanda daha 15 nəfərə koronavirus diaqnozu qoyulub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 385 nəfərə çatıb. Onların 84-ü sağalaraq evə buraxılıb, 3-ü isə ölüb.

Karantində 5 053, stasionar nəzarətdə isə 527 nəfər var.

Bakı küçələri dezinfeksiya edilir – Video

yasamal.tv xəbər verir ki, bu gün Bakının 150-dən çox əsas küçə və prospektlərində xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılır.

Qeyd edək ki, bununla əlaqədar sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə bu gün küçəyə çıxmamaq xahiş olunur.

Bu şəxslər məzuniyyətə buraxılsa da, əmək haqları ödənəcək

“Məzuniyyətə göndərilənlərin maaşları növbəti aylarda da ödəniləcək”.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev xüsusi karantin dövründə dövlətin həyata keçirdiyi və gələcəkdə nəzərdə tutulan tədbirlər haqda danışıb.

S.Babayev Aztv-də çıxışı zamanı bildirib ki, əhalinin sosial rifahının yaxşılaşdırılması üçün aparılan işləri karantin dövründə davam etdiriləcək:

“Cənab Prezidentin vurğuladığı kimi Azərbaycan hökuməti, Azərbaycan dövləti bu gün çox düşünülmüş, soyuqqanlı addımlar atır. Dövlət öz insanını, öz vətəndaşını qorumaq üçün bütün addımları atır. Soyuqqanlı şəkildə pandemiya ilə mübarizə aparır. Biz bu gün artıq virusa yoluxma ilə bağlı müsbət dinamikanı görürük. Bəzi günlərdə yoluxma sayı sağalma sayından aşağı olur, ümumi xəstələrin sayı tədricən aşağı düşür. Bu dövrdə Azərbaycan iqtisadiyyatının, əhalisinin müdafiə olunması üçün çevik addımlar atıldı. Qısa müddət ərzində tədbirlər planı hazırlandı. Vətəndaşların məşğulluğuna pandemiyanın yaratdığı çətinliklərin aradan qaldırılması üçün bir sıra tədbirlər görüldü.

Tədbirlər planında nəzərdə tutulan bu paketin həcmi 2,5 milyon insanımızı əhatə edir. Məşğulluq və sosial rifah tədbirləri üçün hazırlanmış paketin həcmi 600 milyon manata çatır. Dövlət sektorunda 910 min insanın məşğulluğu tam şəkildə təmin edilib. Baxmayaraq ki, onların böyük əksəriyyəti bu gün işləmirlər. Həyati vacib qurumlardan və orqanlardan başqa qurumlar çox məhdud sayda işçi ilə işləyirlər. Onların əməkdaşları məzuniyyətə buraxılıb, lakin həmin şəxslərin əmək haqqları ödənir. Onların işə çağırılıb-çağırılmamalarından asılı olmayaraq əmək haqqları növbəti aylarda da ödəniləcək”.

Kürdəmirdə ağır yol qəzası: ölən var

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, aprelin 17-də saat 2 radələrində rayonun Atakişili kəndi ərazisində Şahsevən kənd sakini M.İbadov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən kənd sakini Taleh Mahmudovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.

Atəşkəs 23 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Kəngərli, Acarlı, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Azərbaycanda sadələşdirilmiş vergi 1 faizə endirilir

Aprelin 17-də Azərbaycan Prezidenti İlham Əliyev Əmək vəƏhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında iclas keçirib.

İclasda İqtisadiyyat naziri Mikayıl Cabbarov vergi güzəştləri və tətillərinin bəzi detallarını açıqlayıb.

İqtisadiyyat naziri deyib: “Paket bütün dövlət qurumları ilə razılaşdırılıb. Birincisi, pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergiödəyicilərinə 2021-ci il yanvarın 1-nə qədər olan dövr üzrə bir sıra vergi güzəştləri və vergi tətilləri təklif olunub. Burada əmlak və torpaq vergiləri üzrə tam məbləğdə vergi güzəştlərinin verilməsi, əldə edilən mənfəətin, gəlirin 75% miqdarında vergi güzəşti kimi, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcələrinin 50%, yəni, 14%-dən 7%-ə endirilməsi, ictimai iaşə və ölkədaxili sərnişindaşıma fəaliyyəti üzrə sadələşdirilmiş vergi məbləğinə 50% güzəştin verilməsi və digər tədbirlər.

İkinci istiqamət, mikrosahibkarlıq subyektlərinə 2020-ci il yanvarın 1-dən 2021-ci il yanvarın 1-dək sadələşdirilmiş vergi üzrə 50% vergi güzəştinin, yəni, 2% dövriyyədən 1% dövriyyəyə endirilməsi, həmçinin vergilərin, cari vergi ödəmələrin hesablanması və ödənilməsi üzrə vergi tətillərinin verilməsi.

Nəhayət, üçüncü istiqamət, bütün sahibkarlıq subyektlərinə şamil edilməsi proqnozlaşdırılır və 2021-ci il yanvarın 1-nə qədər olan dövr üzrə aşağıdakı vergi güzəştlərini təqdim edirik: Epidemiyanın qarşısının alınması, əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergiödəyiciləri tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyəti nəzərə alınmadan gəlirlərdən çıxarılması, həmçinin əhalinin bir sıra ərzaq və tibbi ehtiyacları üçün zəruri olan və siyahısı, cənab Prezident, Sizin tərəfinizdən təsdiq olunan bəzi məhsul növlərinin idxalının əlavə dəyər vergisindən müddətli azad edilməsi. Yəni, bu, kifayət qədər geniş paketdir və bu paketdə artıq Siz qeyd etdiyiniz kimi, yeni rejimdə fəaliyyət göstərilməsi də müəssisələr tərəfindən nəzərə alınıb”.

Dizel yanacağı və benzin istehsalı artıb

Yanvar-mart aylarında Azərbaycanda 559,9 min ton dizel yanacağı, 343,8 min ton avtomobil benzini, 65,5 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 146,6 min ton ağ neft, 27,6 min ton yanacaq mazutu, 6,4 min ton sürtkü yağları, 54,6 min ton neft bitumu və 59,4 min ton neft koksu istehsal olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, üç ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 816 milyon manat olmaqla əvvəlki ilin eyni ayları ilə müqayisədə 9,6 faiz artıb.

Yanacaq mazutunun istehsalı 53,3 faiz, neft bitumunun istehsalı 38,6 faiz, sürtkü yağlarının istehsalı 30,6 faiz, avtomobil benzininin istehsalı 13,5 faiz, dizel yanacağının istehsalı 8,6 faiz artıb.

Neft koksunun istehsalı 2,9 faiz, ağ neftin istehsalı 4,9 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı isə 16,9 faiz azalıb.

Ərdoğan Yaponiyanın Baş nazirinə zəng etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Yaponiyanın baş naziri Şinzo Abe arasında telefon danışığı baş tutub.

yasamal.tv xəbər verir ki, bu zaman koronavirusla mübarizədə əməkdaşlıq başda olmaqla qarşılıqlı münasibətlər müzakirə olunub.

Qeyd edək ki, detallı olaraq hansı məsələlərə toxunulduğu barədə məlumat hələki yoxdur.

Bəzi heyvanların ovlanmasına görə cərimələr 10 dəfəyədək artırıla bilər

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ova görə cərimələrin məbləğinin dəfələrlə artırılması məqsədilə hazırladığı təklifləri yaxın vaxtlarda hökumətə təqdim edəcək”.

yasamal.tv xəbər verir ki, bunu Trend-ə ETSN-in Dövlət Ekoloji Təhükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, hazırda ov obyektlərinə qarşı cərimələr Nazirlər Kabinetinin 176 saylı qərarı ilə müəyyən edilir. Orada hər bir növ üzrə cərimənin məbləği konkret olaraq, qeyd edilib.

Həmin cərimələrin məbləğinin az olduğunu deyən H.Əlizadə əlavə edib ki, yeni layihədə bəzi növlər üzrə ova görə cərimənin məbləğinin hətta 10 dəfə artırılması təklif edilir:

“Biz istəyirik ki, cərimələrin məbləği dəfələrlə artsın. Bunun məqsədi yalnız qanunsuz ovun qarşısını almaqdır. Qanunsuz ova gedən şəxs fikirləşməlidir ki, mən gedib ov etsəm, 1000-2000 manat verməklə canımı qurtara bilməyəcəm, gərək sabah evimi, maşınımı satım ki, belə yüksək cəriməni ödəyim. Cərimə yüksək olacağı təqdirdə insanlar qanunsuz ov etməkdən çəkinəcəklər. Çünki onlar başa düşəcəklər ki, bir qanunsuz ov etməyin sonu olaraq, bütün həyatları boyunca cərimə ödəyəcəklər. Ona görə də biz yaxın vaxtlarda cərimələrin məbləğini dəfələrlə artıraracağıq”.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?