Ev Blog Səhifə 3263

Badamın insan beyninə – Təsirləri

Son araşdırmalara görə, alimlər dünyanın ən qidalı və faydalı qida maddələrini seçiblər.

yasamal.tv teleqraf.com-a istinadən bildirir ki, badamın sağlamlığa faydaları əhəmiyyətlidir.

Badam qəbizlik, tənəffüs xəstəlikləri, öskürək, ürək xəstəliyi, anemiya, dözümsüzlük və şəkərli diabet problemlərinin həllində istifadə olunur. O, həm də sağlam saçların qorunmasına, dəriyə qulluq və diş baxımına kömək edir.

E vitamini, kalsium, fosfor, dəmir və maqneziumla zəngin olan badam sink, selenium, mis və niatsin ehtiva edir. Şirin badam yeyilsə də, acı badamdan yağ istehsalında istifadə olunur. Həzm prosesini sürətləndirmək üçün bac qarına badam yemək məsləhətdir.

Badam insan beyninin inkişafına kömək edən qida mənbəyidir. Eyni zamanda beyin fəaliyyətini artıran və Alzaymer xəstəliyi ehtimalını azaltdığı deyilən riboflavin və L-karnitin ehtiva edir. Tədqiqatlar badam və badam yağının sağlamlıq və sinir sisteminin daha yaxşı işləməsi üçün faydalı olduğunu göstərir.

Bu qidanın müntəzəm istehlak edilməsi qanda xolesterolun aşağı düşməsinə kömək edir.
Bir çox vitamin və mineralın, xüsusən də fosforun fantastik mənbəyi olan badam sümüklərin və dişlərin möhkəmliyinə, uzunömürlülüyünə əhəmiyyətli dərəcədə təsir göstərir.

Badamdakı zülal və kalium ürək sağlamlığında mühüm rol oynayır. Tərkibində maqneziumun olması infarktın qarşısını almağa kömək edir. Tədqiqatlar göstərir ki, badamla zənginləşdirilmiş diyetlər damar funksiyasının yaxşılaşdırılmasına kömək edir.
Badam qələvi maddələr üçün yaxşı bir qaynaqdır və bu immunitet sistemi üçün böyük fayda gətirir, eyni zamanda müxtəlif xəstəliklərin olma ehtimalını azaldır.

Acı badam südü çəki azaltmaq üçün istifadə edilə bilər. Badamda olan mono-doymamış yağlar, kökəlməyin qarşısını alır. Tərkibindəki pəhriz lifi doyumluluq hissi verir. Tədqiqatlar aşağı kalorili badamla zəngin bir diyetin obez insanlar üçün yaxşı olduğunu göstərdi. Həftədə iki dəfə badam yemək insanı ideal saxlayır.

Bu qarışım virus və mikrobları öldürür

Yovşan cinsinə mənsub olan tərxun bitkisi dadlı olduğu qədər də faydalıdır.

yasamal.tv xəbər verir ki, həm limonun, həm tərxunun faydalarını nəzərə alaraq  ev şəraitində sizlərə belə bir  çox yaxşı təbii immunostimulyator hazırlamağı tövsiyyə edirəm:

1 orta böyüklükdə limon sıxlır 2 stəkan su əlavə olunur. 15- 20 ədəd tərxun doğranılır və hamısı birlikdə blenderden keçirilir. Daha sonra (Şəkər xəstələri istisna olmaqla) 1 xörək qaşığı bal əlavə olunur. Gündə  3 dəfə olmaqla, hər yeməkdən 1 saat əvvəl 100 ml içilir. Müalicə kursu 2 həftədir.

Qeyd etdiyim kimi bu iki məhsulun qarışığı çox yaxşı immunostimulyator olub orqanizmdə virus və mikrobları öldürür, iltihabları azaldır, immuniteti möhkəmləndirir.

Qarışım  həm də mədə şirəsinin və ödün ifrazını artırır, iştahanı yaxşılaşdırır.
Bəzi maddələr var ki, onlar damarların sağlamlığını qoruyur, damarların divarlarını möhkəmləndirir, damar xəstəliklərinin inkişafını əngəlləyir. Bu maddələr C və P vitaminləridir. Limon C , tərxun isə P vitamini ilə zəngin olduğundan bu iki tərkibdən təşkil olunmuş qarışım da damarları və kapilyarları möhkəmləndirir, onların elastikliyini artırır, aterosklerozun inkişafının qarşısını alır.
Bundan başqa bu qarışım sidikqovucu xassəyə malikdir, həm də oynaqlardakı kirəçləşmənin qarşısını alır.

Qaraciyər piylənməsi olan insanlar üçün əvəzedilməzdir. Məhlulun qəbulu həm qaraciyəri təmizləyir, həm də qaraciyər və qarın bölgəsindəki piy toxumasının parçalanmasına kömək edir.
Uzun müddət qəbulu insanın dərisinin təravətləndirir, qırışları azaldır, kapılyar tutulmalarını aradan qaldıraraq dərinin rəngini bərpa edir.

14 günlük qəbul olunur,  10- 15 gün fasiləfən sonra yenidən davam etdirilir.

Əməkdar artist: “Hamısının burnu kəsik, dodağı silikondur”

Əməkdar artist Zöhrə Abdullayeva ATV-də yayımlanan “7 сanlı” axşam şousunda gənc həmkarları haqqında maraqlı açıqlamalar verib.

67 yaşlı sənətçi gənc ifaçıların səsini bəyənsə də, onların keçirdikləri plastik əməliyyatları başlarına qaxınc edərək, sözləri ilə məsxərəyə qoyub:

“Gənc müğənnilərə baxanda səslərini bəyənirəm, amma surətləri yadımda qalmır. Hamısının burnu kəsik, dodağı silikondur. Eyni sifətdədirlər, məhz bu səbəbdən onların heç adları da yadımda qalmır”.

Qeyd edək ki, Əməkdar artist Zöhrə Abdullayeva illər öncə artıq çəkidən qurtulmaq üçün liposaksiya əməliyyatı keçirib. (oxu.az)

Parlament beynəlxalq protokolu təsdiq etdi

Milli Məclis “GUAM – Demokratiya və İqtisadi inkişaf Naminə Təşkilatın Nizamnaməsində dəyişikliklər edilməsi haqqında” Protokolun təsdiq edilməsi barədə məsələyə baxıb.

yasamal.tv xəbər verir ki, protokol haqda deputatlara parlamentin Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov məlumat verib.

Beləliklə, parlament 2019-cu il sentyabrın 26-da Nyu York şəhərində GUAM – Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın Xarici İşlər Nazirləri Şurasının 34-cü iclasında imzalanmış “GUAM – Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın Nizamnaməsində dəyişikliklər edilməsi haqqında” Protokolu təsdiq edib.

Putin casusluğundan danışdı

Rusiya Prezidenti Vladimir Putin xüsusi xidmət orqanlarındakı fəaliyyətindən danışıb.

Axar.az xəbər verir ki, “Mir” televiziyasına müsahibə verən Putin xüsusi xidmət orqanlarında əsasən qeyri-leqal kəşfiyyat sahəsində çalışdığını bildirib:

“Mənim Leninqrad Dövlət Universitetini bitirdikdən sonra ilk iş yerim – dövlət təhlükəsizlik orqanları olub. Kifayət qədər sürətli şəkildə mən xarici kəşfiyyata düşmüşəm, əsasən, qeyri-leqal kəşfiyyat xəttində çalışmışam. Bizi orada vətənə bağlı olmaq ruhunda tərbiyə ediblər”.

Azərbaycanda əlil uşaqların sayı artıb

2019-cu ildə dövlət səhiyyə müəssisələri tərəfindən rəsmiləşdirilib göndərişlər əsasında 27404 nəfər ilkin əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq hesab edilib ki, bu da keçən illə müqayisədə 22% çoxdur.

yasamal.tv xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2019-cu il üzrə hesabatında bildirilib.

Hesabata əsasən, onlardan, 18609 nəfəri ilkin əlilliyi olan şəxs (keçən illə müqayisədə 10% çox), 8795 nəfəri ilkin sağlamlıq imkanları məhdud uşaq (keçən ilə müqayisədə 59% çox) hesab ediliblər.

İlkin əlilliyi olan şəxs hesab edilənlərdən I dərəcə üzrə şəxslərin sayı 3004 nəfər, II dərəcə üzrə 10378 nəfər, III dərəcə üzrə 5227 nəfər olub ki, bu da keçən illə müqayisədə müvafiq olaraq I dərəcə üzrə 37% çox, II dərəcə üzrə 7% az və III dərəcə üzrə isə 51% çox olub.

“Qohumlarıma kömək olmasam, efirə çıxıb şikayət edərlər”

“Deyirlər ki, qohumlarına kömək etmək sayılmır. Gedib, kənardakı yoxsullara yardım etmək lazımdır”.

yasamal.tv axşam.az-a istinadən  xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva “Bizimləsən” verilişində qonaq olarkən deyib. İfaçı qohumlarından, onlara etdiyi yardımlardan və qarşılaşdığı tənqidlərdən bəhs edib:

“Deyirəm ki, qohumlarıma kömək etməsəm, çıxacaqlar efirə deyəcəklər, filankəs mənə kömək etmir. Vəziyyətləri heç vaxt pis olmasın. Bu ərəfədə mən də nə qədər insana kömək etdim. Mənim kiməsə yardım etmək borcum deyil. Sadəcə, vicdan borcumu edirəm. Bu mənim içimdən gəlməlidir”.

Milli Məclisdə Şuşa yad edildi

“Mayın 8-i qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən tərəfindən işğal edilməsinin 28-ci ildönümüdür”.

yasamal.tv xəbər verir ki, bunu Milli Məclisin iclasında parlamentin spikeri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, Şuşa şəhərinin işğalı Dağlıq Qarabağ bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi və yerli azərbaycanlı əhalini dədə-baba torpaqlarından qovulub çıxarılması üçün həyata keçirilən hərbi təcavüzün bir mərhələsini təşkil edib: “Tarixən bütün Qarabağ bölgəsinin mərkəzi şəhəri olan Şuşanın işğalı ilə erməni şovinistləri Azərbaycanın böyük bir bölgəsinin tam etnik təmizlənməsini başa çatdırıblar. Ermənistandan və Azərbaycanın işğal edilmiş ərazilərindən didərgin salınmış bir milyondan çox soydaşlarımızın 22 min nəfəri Şuşa sakinidir”.

Daha sonra Şuşa sakini Əsra Məmmədli çıxış edib. Əsra Məmmədlinin təsirli çıxışı deputatları kovrəldib. Daha sonra spiker əmin olduğunu bildirib ki, prezidentin həyata keçirdiyi uzaqgörən və qətiyyətli siyasət nəticəsində Azərbaycan ərazi bütövlüyü təmin ediləcək, o cümlədən Azərbaycanın incisi Şuşa şəhəri də azad ediləcək.

Daha sonra Şuşanın müdafiəsi uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

“Abidələrlə zəngin Şuşa erməni vandalları tərəfindən dağıdıldı” – Şəfa Mövsümov

“Şuşada 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud idi”.

1992-ci il mayın 8-də Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı nəticəsində 30 kənd dağıdılıb, 195 dinc sakin öldürülüb, 165 nəfər yaralanıb, Ermənilər tərəfindən əsir götürülərək Şuşa həbsxanasında saxlanılan 114 azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirilib. 58 nəfərin taleyi haqqında hələ də heç bir məlumat yoxdur. Həmçinin 24 mindən çox qardaşımız yurdlarından didərgin düşüb. İşğal nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib. Ermənilər Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələrini də dağıdıb.

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Şəfa Mövsümov yasamal.tv-a açıqlamasında ermənilər tərəfdən Şuşada dağıdılan tarixi-mədəniyyət abidələrimizdən danışıb:

“Ərazisi 289 kv.km olan Şuşa rayonunun ərazisinə bir şəhər və 31 kənd daxildir. Aşağı Gövhər Ağa məscidi (1874-1875), Culfalar məscidi (XIX əsr),Yuxarı Gövhər Ağa məscidi (XIX əsr), Mamay məscidi (XIX əsr), Molla Pənah Vaqifin poeziya evi, Xan qızı Xurşudbanu Natəvanın sarayı, Mir Möhsün Nəvvabın mülkü,Üzeyir Hacıbəyovun ev-muzeyi, Bülbülün ev-muzeyi, Xalça muzeyi ,Tarix-diyarşünaslıq muzeyi ,Qarabağ dövlət tarixi muzeyi, Molla Pənah Vaqifin məqbərəsi, Turşsu qalereyası, Azərbaycanda ilk real məktəbin binası, Xan qızı Natəvanın bulaq kompleksi, Qasım bəy Zakirin yaşadığı ev, Qasım bəy Zakirin qəbirüstü abidəsi, Səməd bəy Mehmandarovun Şuşadakı mülkü və digər mədəni qədim abidələrlə zəngin Şuşada erməni vandallari tərəfindən dağıdılıb.

Ümumiyyətlə, şəhərdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud idi. O cümlədən, 72 mühüm sənət və tarixi abidələri, dövlət xadimlərinin və başqa tanınmış şəxslərin evləri də işğala məruz qalıb”.

yasamal.tv

“Bir il ərzində tibbi maskadan istifadə edilməlidir” – Ramin Bayramlı

Sosial məsafə və tibbi maskadan istifadə bizim yaxın bir il ərzində gündəmimizdə olmalıdır.

yasamal.tv xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı deyib. Onun sözlərinə görə, tətbiq olunan qaydalara əməl etməyən vətəndaşlarımız var.

“İnsanların qaydalara əməl etməsi vacibdir ki, lokal olaraq infeksiya ocaqlarını söndürə bilək. Beləliklə, koronavirus xəstəliyinin burada yayılmasının və buradan da digər bölgələrə yayılmasının qarşısını alaq”, – deyə TƏBİB sədri vurğulayıb.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?