Ev Blog Səhifə 3253

Viruslardan qoruyan qidalar açıqlandı

Həkim dietoloqlar viruslara qarşı təsirli olan qidaları açıqlayıb.

Onlar qeyd edib ki, immuniteti viruslara qarşı güclü edən element sinkdir. Bu mineralsız immun hüceyrələr, xüsusən leykositlər işləyə bilmir, demək olar ki, formalaşmır.

yasamal.tv medicina.az-a istinadən bildirir ki, sink isə çox miqdarda mal əti, quzu əti, mal qaraciyəri, balıq, dəniz məhsulları, bəzi paxlalılarda olur.

Eləcə də C vitamini immun sistem üçün vacibdir və qrip, zökəm kimi xəstəliklərin yüngül keçməsini təmin edir.

Ona görə həkimlər viruslara qarşı çaytikanı, sitrus meyvələr, pomidor şirəsi, qarağat, çiyələk və s. bol yeməyi məsləhət görür.

E vitamini immun sistemin antitellərin hasilatı üçün lazımdır. E vitamini badam, çərəzlər, kətan toxum, günəbaxan tumlarında olur.

Balıq və sarımsaq isə qırmızı qan hüceyrələrini artırır.

Bağırsaqların mikrflorası güclü olsun deyə qatıq, kefir yeyin.

Koronavirusdan ölüm ehtimalını hesablayan kalkulyator hazırlandı

Polşalı tədqiqatçılar koronavirusa yoluxma zamanı xəstəliyin ağır keçməsi və ölümlə nəticələnməsi ehtimalını hesablamağa imkan verən proqram hazırlayıblar.

yasamal.tv xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Sözügedən proqramın – kalkulyatorun hazırlanmasında həkimlər, epidemioloqlar, riyaziyyatçılar və proqramçılar iştirak edib. Yaradılan proqram insanın yaşını və cinsini, həmçinin, dörd əsas xroniki xəstəlik barədə informasiyanı əsas götürür.

“Koronavirusdan ölüm riski əksər hallarda həyat tərzindən və bununla əlaqədar xəstəliklərdən, o cümlədən, piylənmə, diabet, hipertoniya və bunların yaratdığı fəsadlardan asılı olur.

Son tədqiqatlar sübut edir ki, heç bir xroniki xəstəliyi olmayan şəxslərin COVID-19-la bağlı ölüm ehtimalı bir faizdən azdır”, – kalkulyatoru hazırlayan tibb elmləri doktoru Pyotr Bandoş bildirib.(oxu.az)

Bakıda karantin qaydaları yumşadılıb

Xüsusi karantin rejimi ilə bağlı Bakıda bəzi qaydalar yumşaldılıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, sabahdan etibarən paytaxt Bakı şəhərində karantin postlarının sayı minimuma endirilir. Yol patrul xidməti əməkdaşları postlardan çəkiləcək və adi qaydada xidmətlərini davam etdirəcəklər. Onların yerində isə Post Patrul Xidməti və Daxili Qoşunların əməkdaşları xidmət aparacaq. Bundan əlavə isə daha çox nəzarət tədbirləri küçədə davam etdiriləcək. Polis əməkdaşları, eləcə də bəzi YPX əməkdaşları piyada xidmətə cəlb olunacaq. Onlar küçədə hərəkət edən piyadaların karantin rejiminə əməl etməsinə nəzarəti həyata keçirəcəklər.

Qeyd edək ki, Bakı şəhəri ərazisində 18 karantin postu qalacaq. Onların yalnız bir neçəsində YPX əməkdaşları olacaq.(Avtosfer)

Gəncədə ağır yol qəzası – Piyada öldü

Gəncə şəhəri ərazisində “VAZ-21015” markalı avtomobillə piyada vurulub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mayın 10-da saat 15 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini Ş.Mirzəyev idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən həmyerlisi Alimə Səfərovanı vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.

Kəmaləddin Heydərov: “EuroHome”un rəhbərliyi bu işə məsuliyyətsiz yanaşıb”

“Ticarət mərkəzindəki əvvəlki yanğından sonra obyekt sahiblərinə və ümumilikdə, rəhbərliyə xəbərdarlıq edilmişdi ki, təmir-bərpa işləri tam yekunlaşmamış mallar yerləşdirilməsin. Çünki işlər tam yekunlaşdıqdan sonra Fövqəladə Hallar Nazirliyi və müvafiq icra hakimiyyəti orqanı buna icazə verməlidir”.

Oxu.Az xəbər verir ki, bu sözləri Fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

“EuroHome” ticarət mərkəzində baş vermis yanğın zamanı əraziyə gələn nazir hadisə ilə bağlı açıqlama verib:

“Lakin görünən odur ki, ticarət mərkəzinin rəhbərliyi bu işə məsuliyyətsiz yanaşıb. Təmir işləri tam yekunlaşmamış, obyektin fəaliyyətinə tərəfimizdən tam razılıq verilməmiş mağazalara mallar yerləşdirilib. Nəticədə yenidən belə bir hadisə baş verib”.

K.Heydərov vurğulayıb ki, yanğının səbəbkarı haqqında hüquqi prosedur tətbiq olunacaq:

“Yanğının baş verməsinə səbəbkar olan hər bir şəxs barəsində qanunla müvafiq tədbirlər görüləcək. Artıq bu barədə hüquq mühafizə orqanları əməkdaşlarına lazımi tapşırıqlar verilib”.

Son dəqiqə! “EuroHome” bazarı yenidən yanır – VİDEO

Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında baş verən yanğın söndürülüb.

Bu barədə “Report”un hadisə yerində olan əməkdaşı xəbər verir.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Fövqəladə Hallar naziri, general-polkovnik Kamaləddin Heydərov və müavini, general-leytenant Etibar Mirzəyev hadisənin baş verdiyi əraziyə gəlib.

***

00:35

Nazir müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***

23:57

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub. 

Yenicag.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Qeyd edək ki, 10 dekabr 2019-cu ildə sözügedən bazarda güclü yanğın baş vermişdi.

Əlavə məlumat veriləcək.

https://youtu.be/e7ncEHZtF1w

https://youtu.be/ZRWCm6y3M9A

“Koronavirus Azərbaycan üçün spesifik bir yaşam şəraiti yaratdı”

“Koronavirus pandemiyası Azərbaycan üçün də spesifik bir yaşam və işləmək şəraiti yaratdı”.

yasamal.tv xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Rusiyanın TASS İnformasiya Agentliyinə müsahibəsində Prezident İlham Əliyev bir çox məsələlərlə yanaşı, Azərbaycanda koronavirusla bağlı atılan addımlara da toxunub:

“Məhz həmin addımlar səbəbindən də ölkə vətəndaşları Azərbaycan dövlətinin bu çətin gündə insanların yanında olduğunun, onun problemlərinin həllinə dəstək verdiyinin fərqindədir”.

Millət vəkili qeyd edib ki, bu şəraitdə ən optimal variantlardan biri də özünütəcrid və onlayn işləmə şəraiti idi:

“Cənab Prezidentin tapşırığı ilə Azərbaycanda işləməyən şəxslərə maddi yardımlar verilib, vətəndaşların evdə qalması üçün lazımi şərait yaradılıb. Bununla yanaşı, sahibkarlara dəstək verilib və dövlət mövcud vəziyyətlə əlaqədar hər zaman vətəndaşlarının yanında olub. Azərbaycan əhalisi bu şəraitdə həm də evdən işləməyin yolunu da tapdı. Ticarət, biznes, tədrisin onlayn təşkili, eyni zamanda bir çox məsələlərin evdən çıxmadan internet vasitəsilə həlli mümkün olub. Hesab edirəm ki, bu vərdişlər koronavirusdan sonrakı dövrdə də ölkəmizdə qalacaq və insanlar bu üsullarla işləməyə davam edəcək. Koronavirus yayılan ərəfədə Azərbaycanın qarşısında 2 çıxış yolu var idi – ya iqtisadiyyat, ya da insanların təhlükəsizliyi və sağlamlığı. Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, insanların sağlamlığı onun üçün hər şeydən üstündür”.

“Telegram”ın “WhatsApp”da olmayan 11 – Xüsusiyəti

Ani mesajlaşma tətbiqi dedikdə ağıla gələn ilk ad şübhəsiz ki, WhatsAppdır.
Bütün dünyada yayılan WhatsApp-a əlavə olunan xüsusiyyətlər bir çox istifadəçinin mənfi reaksiyalarını toplayıb.

yasamal.tv markzone.az-a istinadla Telegram-ın WhatsApp-da olmayan 11 xüsusiyətini təqdim edir:

Geniş istifadə olunsa da, Telegram kimi WhatsApp-a alternativ olaraq istifadə edə biləcəyiniz tətbiqlər də var.

1. Mesajı redaktə etmək
Mesajlaşmada bəzən orfoqrafik səhvlərə görə çətin vəziyyətlərə düşürük. Telegram sayəsində bunun qarşısını ala bilərsiniz. Bir mesaj göndərdikdən sonra mesajı basıb saxlayın və “edit” düyməsini basaraq mesajınızı düzəldə bilərsiniz. Digər şəxs mesajınızı redaktə etdiyiniz bir simvolu görəcək, ancaq əmin ola bilərsiniz ki, əvvəlki sözü görməyəcəkdir.

2. Gizli söhbətlər
Şəxsi söhbətləriniz olduqda, Telegram-dakı gizli söhbət xüsusiyyətindən faydalana bilərsiniz. Bu xüsusiyyətdə maksimum dərəcədə gizlilik qorunur. Bu xüsusiyyətindən istifadə edərkən mesajlarınız Telegram serverlərində saxlanılmır və bir müddət sonra avtomatik olaraq telefonunuzdan silinir.

3. Böyük faylların göndərilməsi
Maksimum fayl ölçüsü WhatsApp-da 16 MB ilə məhdudlaşdığından yüksək keyfiyyətli video göndərmək mümkün deyil. Telegram tətbiqetməsində 1,5 GB-a qədər fayl göndərə bilərsiniz.

4. Mesajlaşma  zamanı videolara baxmaq
Gün ərzində dostlarınızdan və ya ailənizdən videolar əldə edə bilərsiniz. Bu videolara baxarkən bir yandan da mesajlaşa bilərsiniz. Etməli olduğunuz şey, video bağlantısının kiçik düyməsini vurduqdan sonra “picture-in-picture”  işarəsinə vurun.

5. Qrup söhbətlərində daha çox istifadəçi əlavə etmək
WhatsApp-ı bir daha geridə qoyaraq, Telegram qrup söhbətlərinə daha çox istifadəçi əlavə etməyə imkan verir. Qrup söhbətlərinə 100 min üzv əlavə etmək mümkündür.  Bu qədər insanı əlavə edəcək dairənizin olub-olmadığını bilmirik. Bəzi aktiv və çevrəsi geniş istifadəçilər üçün faydalı ola bilər.

6. “Son görülən” istisnalar
Bir çox insanlar arasında xoş olmayan münasibətə yol açan xüsusiyyətidir. Son görülən və mavi klik xüsusiyyətləri bir çox istifadəçinin başını incitməyə davam edir. Telegram tətbiqetməsində, sonuncu dəfə onlayn olduğunuzda kimin görə biləcəyini təyin edə bilərsiniz.

7. Şəkillərə etiket əlavə etmək
Snapchat və Instagram hekayələrində gördüyümüz stikerlərə bənzər bir şey təqdim edir. Telegram tətbiqetməsində şəkillərinizə əyləncəli etiketlər əlavə edib, dostlarınızla paylaşa bilərsiniz.

8. Medianı telefona qeyd etməməsi
Telefonunuzun qalereya hissəsini lazımsız fotoşəkillərdən təmizləyən Telegram-da təklif olunan ən faydalı xüsusiyyətlərdən biridir. “Qalereyaya Saxla” seçimi sayəsində qruplarınızdan və digər əlaqələrdən olan medianın qalereyada saxlanmamasını təmin edə bilərsiniz.

9. Videonu böyütmək və kiçiltmək
İstənilən bir videoya baxarkən onu iki barmaqla böyüdə və kiçildə bilərsiniz. Hətta ekranın sağ tərəfinə iki dəfə klikləyib 10 saniyəlik qabağa yığmaq da olar.

10. Kanalların olması
Telegram-da kanal aça bilərsiniz. İstənilən qədər insan üzv ola bilər. Bu kanallar hər kəsə açıq olur. Hətta həmin kanalı internetdən axtarıb taparaq sizdə üzv ola bilərsiniz.

11. Botların olması.
Bu botlar sayəsində oyunlar oynaya bilərsiniz. Bir neçə növ bot mövcuddur. Bu botlar qrupda sizin verdiyiniz komandaya uyğun hərəkət edirlər.

Fatih Terimin köməkçisi istefa etdi

“Qalatasaray” futbol klubunun baş məşqçisi Fatih Terimin köməkçisi Hasan Şaş istefa verib.

Yenicag.az “HaberGlobal”a istinadən xəbər verir ki, bu barədə 44 yaşlı məşçi “İntagram” hesabında paylaşım edib.

Bu günə qədər ona çətin günlərində dəstək olan azarkeşlərinə təşəkkür edən Şaş vəzifəsindən öz istəyi ilə ayrıldığını bildirib. Bu addımının səbəblərini isə açıqlamayıb.

Sabah Ramazanın ilk Qədr gecəsidir

Sabah Azərbaycanda Ramazan ayının ilk Qədr (Əhya) gecəsi olacaq.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən bildirilib.

Məlumata görə, bu ilin Qədr gecələri mayın 12-i (Ramazanın 18-ci günü), 14-ü (Ramazanın 20-ci günü) və 16-sı (Ramazanın 22-ci günü) günləridir. Bir də məxsusi bir Qədr gecəsi var ki, bu da Ramazanın 26-cı gününün axşamı olur. Quranda “Qədr” surəsinin 26 kəliməsi var. Ona görə də, ola bilsin ki, həmin gecə də Qədr gecəsi olsun. Bu il həmin Qədr gecəsi mayın 20-dən 21-nə keçən gecəyə təsadüf edir.

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 25-də başlayıb. Mayın 24-ü Ramazan (Fitr) bayramıdır.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?