Ev Blog Səhifə 3252

İranda restoran və məscidlərin fəaliiyyəti bərpa olunacaq

“Ramazan ayı bitdikdən sonra – mayın 25-dən ölkədəki restoran və məscidlərin fəaliyyətinin bərpasına icazə veriləcək”.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bazar ertəsi İran hökumətinin rəsmi nümayəndəsi Əli Rabiya məlumat verib.

“Koronavirusun yayılmasına qarşı mübarizə üzrə milli qərargah bütün məscidlərin və dini məkanların, eləcə də müxtəlif restoranların və bərbərxanaların Ramazan ayından sonra tədricən açılmasına qərar verdi”, – deyə Ə.Rabiya bildirib.

O, eyni zamanda, əlavə edib ki, bəzi “ağ” bölgələrdə (koronavirusun ən az yayıldığı ərazilər) bu tip yerlər artıq açıqdır.

Qeyd edək ki, mayın 2-dək İranda epidemiyaya yoluxmaların sayında azalma tendensiyası müşahidə edilir.

Atəşkəs 24 dəfə pozulub

Ermənistan silahlı qüvvələri atəşkəsi 24 dəfə pozub.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Qorqan kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Gənc qız estetik əməliyyat zamanı həyatını itirdi

Bakıda 24 yaşlı qız 3-cü plastik əməliyyatda öldü.

yasamal.tv xəbər verir ki, hadisə mayın 11-i “Baku Medical Plaza”da baş verib. 1996-cı il təvəllüdlü Turanə Musazadə klinikaya müraciət edərək xarici görünüşündən narazı olduğunu bildirib. O, müayinə edilərək əməliyyata alınıb. T.Musazadə plastik cərrahiyyə əməliyyatı zamanı vəfat edib.

Hüquq-mühafizə orqanları tərəfindən meyitə baxış keçirilib, məhkəmə tibb ekspertizası təyin edilib. Məlumata görə, T.Musazadə bundan öncə də 2 dəfə plastik əməliyyat keçirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.(qafqazinfo)

İctimai nəqliyyatda maska taxmayanlar cərimələnəcək

Bakıda ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə etməyən şəxslər cərimə ediləcək.

Bu barədə “Report”a Nəsimi Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi Elçin İsgəndərov məlumat verib.

“Paytaxt sakinlərimizdən xahiş və tələb edirəm ki, qoruyucu maskalardan istifadə etsinlər. Çünki ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə etməyən vətəndaşlar barəsində İnzibati Xətalar Məcəlləsinə (İXM) müvafiq olaraq inzibati cərimə və inzibati həbs məsuliyyət tədbirləri görüləcək.

İnzibati cərimə tətbiq etmiş vətəndaşlar təkrar qaydaları pozduğu halda inzibati həbs tətbiq olunacaq. Cərimələrin miqdarı fiziki şəxslər üçün 100 manatdan 200 manatadəkdir”, – E.İsgəndərov bildirib.

“Bütün məmurlardan hər il deklarasiya tələb edilməlidir” – Deputat

“Düşünürəm ki, vəzifəyə təyin edilmiş insanlardan hər il deklarasiya tələb olunmalıdır”.

Yenicag.az xəbər verir ki, bu təkliflə millət vəkili Naqif Həmzəyev çıxış edib.

Naqif Həmzəyev korrupsiya hallarının qarşısının alınması üçün nəinki məmurlardan, o cümlədən millət vəkillərindən də hər il mülklərinin siyahısının tələb edilməli olduğunu vurğulayıb:

“Düşünürəm ki, vəzifəyə təyin edilmiş insanlardan hər il deklarasiya tələb olunmalıdır. Tək özlərini deyil, onların qohum-əqrəbalarını da nəzarətdə saxlamalıyıq və onları yoxlamalıyıq ki, qətiyyən xalqın malına göz dikməsinlər. Necə ki biz deputatlığa namizədliyimizi verəndə deklarasiya veririk, eləcə də məmurlardan və millət vəkillərindən bu deklarasiya tələb olunmalıdır ki, onlar var-dövlətləri haqqında sənəd versinlər. Belə olduğu halda inanıram ki, o vəzifəli şəxslər məsuliyyət hiss edəcəklər. Onlar artıq pul yığmaqdan, mülk sahibi olmaqdan əl çəkəcəklər. Xalqın malına heç kim göz dikməməlidir. Bunun ən pis tərəfi də odur ki, bu işi etməklə başqa məmurların da fəaliyyətinə kölgə salırlar. Hamı eyni deyil, yaxşı işləyən məmurlar və icra başçıları da var”.

Sürücülərin NƏZƏRİNƏ – Bu yollarda diqqətli olun

Bakının bir sıra yollarında rəngləmə işi aparılır.

yasamal.tv xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün səhər saatlarından Mikayıl Müşfiq küçəsində (Qurd qapısı-Bakı Dairəvi-1 avtomobil yolu), Bakı Dairəvi – 1 avtomobil yolunda, Moskva və Tbilisi prospektlərində üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

İşlər axşam saatlarınadək davam edəcək.

Bu səbəbdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Əsnəməyin – FAYDALARI

Əsnəmək yaşından asılı olmayaraq, bütün insanlar üçün təbii haldır və çox faydalıdır.

yasamal.tv əsnəməyin faydalarını təqdim edir:

Əsnəmək beyni soyutmağa yardımçı olur. Soyuq havanın daxilə qəbul edilməsini təmin edir və beləliklə də beyin sağlam temperaturuna qayıdır.

Beynə və qan dövranına daha çox oksigen daxil olmasını təmin edir. Həmçinin ağciyərlərdə toplanmış karbondioksiti xaric edir.

Uzun bir əsnəmə zamanı gözləriniz yaşarır. Bu hal əsnəmə ilə birlikdə gözlərdəki gözyaşı toxumalarının sıxılmış olmasından irəli gəlir. Gözyaşı həm gözü nəmləndirir, həm də görməni kəskinləşdirir.

Əsnəmə beynin konsentrasiyasını və diqqətin cəmlənməsini də inkişaf etdirir. (publika.az)

Türkiyədə yenidən komendant saatı tətbiq olunur

Türkiyədə mayın 16-dan etibarən növbəti dəfə 4 gün evdən çıxmaq məhdudiyyəti tətbiq olunacaq.

yasamal.tv bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan qeyd edib ki, bəzi qadağaların aradan qaldırılması heç kəsi arxayınlaşdırmamalı, kütləvi toplaşma qadağası, sosial məsafə və təmizlik kimi tələbələrə əməl edilməlidir.

Bundan əlavə, Türkiyə Prezidentinin sözlərinə görə, ölkənin 9 vilayətinə giriş-çıxış qadağası ləğv olunur.

Yeri gəlmişkən, Türkiyədə son 24 saat ərzində 1 114 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 139 771 nəfərə çatıb.

Bundan başqa, koronavirusdan daha 55 nəfər dünyasını dəyişib və ölənlərin ümumi sayı 3 841 nəfərə yüksəlib.

Xəstəlikdən sağalanların ümumi sayı isə 95 780 nəfər təşkil edir.

Polşa hava sərhədlərini bağlı saxlayacaq

Polşa hava sərhədlərini bağlı saxlamaqda davam edəcək.

Azərtac xəbər verir ki, bu barədə qərarı ölkənin Baş Naziri Mateuş Moravetski imzalayıb. Qərara əsasən, ölkənin sərhədləri mayın 23-dək bağlı qalacaq.

Qadağa həm daxili, həm da xarici uçuşlara şamil olunub. Yalnız martın15-dək alınmış biletlər, həmçinin 15 nəfərlik şəxsi təyyarələrin uçuşuna icazə verilib. Habelə, ölkələrin öz vətəndaşlarını daşımaq üçün Polşaya göndərdikləri çarter reysləri də uça biləcəklər.

Ali və orta ixtisas məktəblərinə sənəd qəbulu başladı

Proses 12 may-5 iyun tarixlərini əhatə edəcək.

yasamal.tv xəbər verir ki, bu gün ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin sənəd qəbulu başlayır.

Onlayn şəkildə keçiriləcək proses 12 may-5 iyun tarixlərini əhatə edəcək.

Qəbul imtahanlarının iyulun 20-dən sonra bir dəfə keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq.

I-IV ixtisas qruplarının biri üzrə imtahanda iştirak etmiş abituriyentlər eyni zamanda V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilərlər (qabiliyyət imtahanında müvəffəqiyyət qazanmaq şərti ilə).

Qəbul imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular (11-ci sinfə aid) çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur.

Bundan əlavə, bu gündən tam (11 illik) orta təhsil bazasında kolleclərə də sənəd qəbulu başlayır.

Sənəd qəbulu onlayn şəkildə 12 may – 5 iyun tarixlərində təşkil ediləcək.

Ümumi (9-cu sinif) orta təhsil bazasında kolleclərə qəbul isə yalnız buraxılış imtahanlarının II mərhələsinin nəticəsi əsasında aparılacaq.

Bu il 19 mindən artıq abituriyent kolleclərə qəbul olmaq üçün ərizəsini təsdiq edib, onlardan martın 1-də keçirilən buraxılış imtahanında (I mərhələ) iştirak edən 4000 abituriyent müsabiqəyə qatılmaq üçün mütləq buraxılış imtahanının II mərhələsində iştirak etməlidirlər.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?