Ev Blog Səhifə 3251

Ehsan Zahidov: “Tibbi maska taxmayan şəxslərə cərimə tətbiq olunmur”

Daxili İşlər Nazirliyi tibbi maska taxmayan şəxslərə cərimə tətbiq edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov APA-ya açıqlamasında qeyd edib ki, tibbi maskadan istifadə etməyənlərə qarşı hər hansı bir cərimə nəzərdə tutulmayıb: “Maska taxmayan şəxslər ictimai nəqliyyata buraxılmır. Vətəndaşlardan tələb olunur ki, mütləq qaydada tibbi maskadan istifadə etsinlər”.

“Azeri Light” nefti ucuzlaşıb

GP03B5P

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft kəskin ucuzlaşıb.

“APA-Economics”in məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,67 ABŞ dolları və ya 2,1% azalaraq 30,66 dollar təşkil edib.

“Jurnalistika” ixtisasına qəbul qaydaları açıqlanıb

“Jurnalistika” ixtisasına qəbul olmaq istəyən III qrupun abituriyentləri müvafiq müsabiqə şərtlərini ödədikləri halda, III ixtisas qrupu üzrə imtahan nəticələri elan olunduqdan sonra Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən elan olunacaq müddətdə eservices.dim.gov.az/erizebak/erize internet səhifəsində “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

DİM-dən APA-ya verilən məlumata görə, bu barədə 2020-2021-ci tədris ili üçün Azərbaycanın ali məktəblərinin bakalavriat pilləsinə tələbə qəbulu haqqında elanda bildirilib.

Məlumatda deyilir ki, qeydiyyatdan keçmək üçün abituriyentlər şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidirlər.

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən və digər Xüsusi Qabiliyyət Tələb edən İxtisaslar üzrə qeydiyyatdan keçməyən Azərbaycan vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) cari ildə “Jurnalistika” ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq.

Qeydiyyatdan keçən abituriyentlər DİM tərəfindən elan olunacaq tarixdə qabiliyyət imtahanında iştirak edirlər. Abituriyentlər imtahanda təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər. Qabiliyyət imtahanından uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, “Jurnalistika” ixtisasını da seçə bilərlər.

Koronavirus sonsuzluğa səbəb ola bilər

Koronavirus pandemiyası qadınlarda sonsuzluq riski yaradır.

Bu barədə Çzinin Tibb Universitetinin (Jining Medical University) Fiziologiya Departamentinin alimləri məlumat yayıb.

Həkimlər COVID-19 infeksiyasının qadınların reproduktiv sağlamlığına təsir göstərə biləcəyi qənaətinə gəliblər.

Alimlər qeyd edir ki, virus patogen zülalın çox olduğu sidik ifrazatı və tənasül üzvləri orqanlarına nüfuz edir, bu vasitə ilə orqanizmə daxil olur.

İnfeksiya yumurtalıqları yoluxduraraq, uşaqlıq yolunu və cifti zədələyir. Sonradan bu, sonsuzluğa gətirib çıxara bilər.

Elm adamları menstruasiya dövrünün pozulması, hamilə qadınlarda tənəffüs çətinliyinin müşahidə olunması və digər patologiyalar barədə də xəbərdarlıq edirlər.

Xatırladaq ki, Çində bir neçə ay əvvəl koronavirusdan sağalmış kişilərə sonsuzluq testindən keçmək tövsiyə olunurdu. Lakin sonra bu çağırış hökumət saytından çıxarılmışdı.(Oxu.az)

Bu bankların lisenziyaları ləğv edildi

Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyəti tərəfindən 12 may 2020-ci il tarixindən etibarən “AGBank” ASC-nin və “NBCBank” ASC-nin lisenziyaları ləğv edilib.

yasamal.tv xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarları ilə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 57.1-ci və 57.3-cü maddələrinə əsasən “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrahbank” ASC-yə müvəqqəti inzibatçılar təyin olunmuş, bu bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçmişdir. Daha sonra Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə həmin banklardan ikisinin – “Atabank” ASC-nin və “Amrahbank” ASC-nin lisenziyaları həmin tarixdən etibarən ləğv edilmişdir.

Bu qərarların qəbul edilməsindən ötən dövr ərzində Mərkəzi Bank tərəfindən müvəqqəti inzibatçı təyin edilmiş “AGBank” ASC və “NBCBank” ASC-də qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi davam etdirilmiş, müvafiq qiymətləndirmələr aparılıb.

“NBCBank” ASC-də müvəqqəti inzibatçı tərəfindən aparılmış qiymətləndirmələr bir daha həmin bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, kapitalın tam itirildiyini, likvidliyi ilə bağlı ciddi problemlərinin olduğu təsdiq olunmuş, əmanətlər üzrə öhdəliklərini yerinə yetirə bilmədiyi və banka tətbiq edilmiş təshih tədbirlərinə riayət edilmədiyi məlum olmuşdur. “NBCBank” ASC tərəfindən tətbiq edilmiş riskli və qeyri-prudensial kredit siyasəti nəticəsində, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanəti Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditləri istisna edilməklə, 30 aprel 2020-ci il tarixinə bankın kredit portfelinin 54%-i (73 mln. manat) qeyri-işlək statusundadır. Məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 24 mln. manat təşkil etmişdir. Kapital mövqeyinin bərpası üçün 74 mln. manat məbləğində əlavə kapital qoyuluşu tələb olunurdu. Bundan əlavə, müvəqqəti inzibatçı tərəfindən müəyyən edilmişdir ki, bank təqdim etdiyi prudensial və statistik hesabatları davamlı olaraq təhrif etmişdir.

“AGBank” ASC-də də müvəqqəti inzibatçı tərəfindən aparılmış dəqiqləşdirmələr həmin bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, kapital mövqeyinin tam itirildiyi təsdiq edilmiş və daha da pisləşdiyi məlum olmuşdur. 30 aprel 2020-ci il tarixinə bankın kredit portfelinin 51%-i qeyri-işlək statusundadır. Məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 167 mln. manat təşkil etmişdir. Kapital mövqeyinin bərpası üçün 212 mln. manat məbləğində əlavə kapital qoyuluşu tələb olunurdu.

Qeyd olunanları nəzərə alaraq, kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yetirə bilmədiklərinə, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiklərinə görə Mərkəzi Bankın İdarə Heyəti tərəfindən 12 may 2020-ci il tarixindən etibarən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci və 16.1.9-cu maddələrinə əsasən “AGBank” ASC-nin və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.8-ci, 16.1.9-cu və 16.1.16-cı maddələrinə əsasən “NBCBank” ASC-nin lisenziyaları ləğv edilmiş və hər iki bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdur.

Hökumət və Mərkəzi Bank tərəfindən atılan addımların əsas hədəfi bütövlükdə bank sisteminin sağlamlaşdırılması və əhalinin maraqlarının, xüsusilə onların banklarda olan əmanətlərinin qorunması və onların banklarda olan əmanətlərinin itirilməsi təhlükəsinin qarşısının alınması və onlardan sərbəst istifadə etmək imkanlarının yaradılmasıdır. Lisenziyası geri alınmış 4 bankda əhalinin qorunan əmanətlərinin ümumi məbləği 686 milyon manat təşkil etməklə, ümumilikdə 215 min əmanətçini əhatə edir. Bu banklarda ümumi əmanət portfelinin 99%-dən çoxu qorunan əmanətlərdir və onlar tam kompensasiya edilir.

Ləğvedici tərəfindən bankların öhdəliklərinin icrası ilk növbədə əmanətlərin qaytarılmasından başlayacaq. Aktivlərin reallaşdırılmasından və əmlakın satışından daxil olan vəsaitlər sözügedən bankların digər öhdəliklərinin (biznes subyektlərinin, eləcə də əmanətlərin sığortalanması sxemi ilə əhatə edilməmiş fiziki şəxslərin qarşısında olan öhdəliklərinin) qanunvericiliklə müəyyən edilmiş növbəliklə icrasına yönələcəkdir.

Məlumat üçün bildiririk ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, Mərkəzi Bankın ərizəsi əsasında Bakı Apelyasiya Məhkəməsinin 30 aprel tarixli qərarları ilə “Atabank” ASC və “Amrahbank” ASC müflis elan olunmuş, Əmanətlərin Sığortalanması Fondu bu banklara ləğvedici olaraq təyin edilmişdir. 1 may tarixindən bankların ləğvediciyə təhvil verilməsi prosesinə başlanılmış və hazırda təhvil-təslim prosesləri artıq yekunlaşmaq üzrədir. Artıq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, “Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində “Kapitalbank” ASC seçilmişdir və qorunan əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tam kompensasiya olunacaq.

Ləğv edilmiş bankların hamısı Əmanətlərin Sığortalanması Fonduna üzv banklardır və əhalinin bu banklarda qorunan əmanətləri heç bir dövlət vəsaiti cəlb etmədən Fond tərəfindən bağlanmış bankların aktivlərinin reallaşdırılmasından daxil olan vəsait və fəaliyyətdə olan bankların ödədikləri təqvim haqqı hesabına ödəniləcək.

AMB bank sektorunun sağlamlaşdırılması istiqamətində qəbul etdiyi qərarlarının şəffaflığının təmin edilməsi məqsədilə geniş kommunikasiya tədbirləri həyata keçirilir, ictimaiyyət məlumatlandırılır və bu proses davam etdiriləcək.

“Üçüncü dalğanı da yaşaya bilərik” – TƏBİB-in rəhbəri

“Biz ikinci dalğanı da yaşayacağıq, üçüncü dalğanı da yaşaya bilərik”.

Yenicag.az xəbər verir ki, bunu TƏBİB-in İşçi Qrupunun rəhbəri Vasif Əliyev “ATV Qərargah” verilişində bildirib.

“Bəzən yoluxanlar, bəzən də sağalanların sayında artım olacaq. Yoluxanlarla sağalanlar bir-birini əvəz edəcək. Birinci dalğada da biz bunu gördük. Yoluxanların sayında artım var idi. Bu insanlar xəstəxanalara yerləşdirilib, sağalandan sonra, artıq sağalanlarla bağlı rəqəmlərdə artım baş verəcək. Biz ikinci dalğanı da yaşayacağıq, üçüncü dalğanı da yaşaya bilərik. İnsanlar bilməlidir ki, koronavirus müəyyən zamanın problemi deyil, bir qədər uzun müddət davam edəcək. Buna görə də ən bəsit yol budur ki, insanlar tibbi qaydalara əməl etməlidir. Məqsədimiz budur ki, ölkədə xəstəlik anidən artmasın, xaotik bir vəziyyətə düşməyək”.

Ərdoğan: “Haqlarımızı sonuna qədər qorumağa davam edəcəyik”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: FETÖ-dən PKK-ya, erməni və yunan lobbilərindən tutmuş Körfəz qaynaqlı hüsumət ocaqlarına qədər heç bir şər qüvvəyə meydanı buraxmayacağıq.

“Aralıq dənizində, Kiprdə və Egeydəki haqlarımızı və maraqlarımızı sonuna qədər qorumağa davam edəcəyik. FETÖ-dən PKK-ya, erməni və yunan lobbilərindən tutmuş Körfəz qaynaqlı hüsumət ocaqlarına qədər heç bir şər qüvvəyə meydanı buraxmayacağıq. Xaricdəki maliyyə qurumlarının köməyi ilə iqtisadiyyatımızı çökdürəcəklərini, ayaqlarımıza qandallar vuracaqlarını, bizi küncə sıxışdıracaqlarını düşünənləri məyus etməyə davam edəcəyik”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tarabyadakı Huber köşkündə videokonfrans sistemi vasitəsilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra deyib.

Prezident Ərdoğan 15 iyul çevriliş cəhdini millətlə birlikdə uğursuzluğa düçar etdikdən sonra “Cumhur İttifaqı” ilə idarəçiliyi daha güclü, daha geniş əsaslı hala gətirdiklərini söyləyib.

Geridə qoyulan təxminən 4 il ərzində hər cür fitnə, böhtan, yalan və təhrik təşəbbüsünə baxmayaraq, “Cumhur İttifaqı”nın Türkiyənin və türk millətinin gələcəyinə sahib çıxmaq prinsipindən vaz keçmədən dimdik dayandığını vurğulayan R.T.Ərdoğan sözlərini belə davam etdirib:

“Məsələ ölkə və millət olduqda, geridə qalan hər şeyi detal olaraq görən bir anlayışla “Cumhur İttifaqı”nı daha da gücləndirməkdə qərarlıyıq. Türkiyənin məruz qaldığı bütün hücumlara baxmayaraq, hədəflərindən vaz keçməməsindən narahat olan dairələrin oynadığı oyunlar bu müqəddəs yola mane ola bilməyəcək. Sərhədlərimizə qarşı təhdid və təcavüzün qarşısını almağa, terror təşkilatlarını və Türkiyəyə düşmən olan qüvvələri öz yuvalarında məğlub etməyə davam edəcəyik. Aralıq dənizində, Kiprdə ve Egeydəki haqlarımızı və maraqlarımızı sonuna qədər qorumağa davam edəcəyik. FETÖ-dən PKK-ya, erməni və yunan lobbilərindən tutmuş Körfəz qaynaqlı hüsumət ocaqlarına qədər heç bir şər qüvvəyə meydanı buraxmayacağıq. Xaricdəki maliyyə qurumlarının köməyi ilə iqtisadiyyatımızı çökdürəcəklərini, ayaqlarımıza qandallar vuracaqlarını, bizi küncə sıxışdıracaqlarını düşünənləri məyus etməyə davam edəcəyik.”

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Aqil Şirinovun Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

yasamal.tv xəbər verir ki, sərəncamla Aqil Muxtar oğlu Şirinov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib.

Qeyd edək ki, A.Şirinov 1979-cu ilin sentyabrın 28-də Kəlbəcər şəhərində anadan olub.

O, bu təyinata qədər Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru idi. Eyni zamanda, Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsini müvəqqəti icra edirdi.

Azərbaycan Premyer Liqasının postsovet məkanındakı yeri məlum

Ən dəyərli ölkə çempionatlarının sıralaması açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 8 klubun mübarizə apardığı Azərbaycan Premyer Liqası postsovet məkanı ölkələri arasında ilk “5-liy”ə düşə bilməyib.

Çempionatımızda çıxış edən futbolçuların ümumi dəyəri 59,4 milyon avroya bərabərdir ki, bununla Azərbaycan keçmiş SSRİ ölkələri arasında 6-cı pəllədə yer alıb. Siyahıya 923,1 milyon avro ilə Rusiya başçılıq edir. İkinci sırada qərarlaşan Ukrayna Premyer Liqasının dəyəri Rusiya çempionatından 3 dəfədən də çox geri qalır. İlk “3-lüy”ü Qazaxıstan çempionatı qapayır.

15 ölkə arasında ən az klubu olan ölkə Litvadır – 6. Azərbaycan və Türkmənistanda isə 8 komanda iştirak edir. Türkmənistan liqasının dəyəri aşağı olduğundan, son pilləyə yerləşib.

Postsovet ölkələrində çempionatların dəyəri:
1. Rusiya – 923,1 milyon avro (16 klub)
2. Ukrayna – 289,5 milyon avro (12 klub)
3. Qazaxıstan – 124,6 milyon avro (12 klub)
4. Belarus – 77,9 milyon avro (16 klub)
5. Özbəkistan – 73,75 milyon avro (14 klub)
6. Azərbaycan – 59,4 milyon avro (8 klub)
7. Gürcüstan – 40,15 milyon avro (10 klub)
8. Ermənistan – 37,68 milyon avro (10 klub)
9. Latviya – 28,95 milyon avro (10 klub)
10. Moldova – 27,1 milyon avro (9 klub)
11. Estoniya – 23,43 milyon avro (10 klub)
12. Litva – 18,48 milyon avro (6 klub)
13. Qırğızıstan – 4,69 milyon avro (9 klub)
14. Tacikistan – 4,5 milyon avro (10 klub)
15. Türkmənistan -? (8 klub).

Şirvanda ruhi xəstə atasını baltaladı

Şirvanda qətl hadisəsi baş verib.

Hadisə mayın 12-də, gecə saatlarında Şirvan şəhərində qeydə alınıb.

Belə ki, 1933-cü il təvəllüdlü Nadir Əkbərov başın kəsilmiş-deşilmiş yarası ilə ölü vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilib.

Araşdırma zamanı məlum olub ki, o, Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ruhi əsəb xəstəsi kimi qeydiyyatda olan, şizofreniya paranoid forma xəstəliyindən əziyyət çəkən, I qrup əlil Mirsəkinə Əkbərova tərəfindən öldürülüb.

Faktla bağlı Şirvan Şəhər Prokuyrorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.(report)

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?