Ev Blog Səhifə 3

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.

Bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən bildirilib.

“Bu atəşkəsin regionda gərginliyin azaldılmasına, eləcə də davamlı sülh və sabitliyin bərqərar olmasına töhfə verəcəyinə ümidvarıq. Tərəfləri mövcud məsələlərin həlli istiqamətində və qarşılıqlı etimadın yaradılmasına yönəlmiş məhsuldar dialoqa çağırırıq”, – bəyanatda vurğulanıb.

Stiven Hokinqinin Yer Kürəsi ilə bağlı qorxulu proqnozu açıqlandı

“2600-cü ilə qədər bəşəriyyət yox ola bilər” elmi fantastika seriyası üçün ssenari deyil, Stiven Hokinqin real açıqlamasıdır. 

O, Yerin yükə tab gətirməyəcəyinə və yaşayış üçün yararsız hala düşəcəyinə inanırdı. Bu gün onun sözləri NASA-nın proqnozları ilə üst-üstə düşür.

Hokinq dəqiq nəyi proqnozlaşdırıb, hansı faktlar artıq gerçəkləşir və NASA alimləri nəyi öyrənə biliblər?

Stiven Hokinqin nəyi xəbərdar edib?

2018-ci ildə ölümündən bir müddət əvvəl Stiven Hokinq planetimizin gələcəyi ilə bağlı dəhşətli proqnoz verib. Pekində keçirilən sammit zamanı görkəmli fizik bəşəriyyətə xəbərdarlıq edib ki, Yer kürəsi “böyük alov şarına” çevrilə bilər və bu, 2600-cü ildə baş verəcək.

Və bu proqnoz mistisizmə deyil, müasir insanın istehlak nümunələri və ətraf mühitin deqradasiyası ilə bağlı elmi təhlillərə əsaslanıb. Alim hesablamaya əhalinin eksponensial artımının və resursların tükənməsinin əlavə edildiyini vurğulayıb.

“2600-cü ilə qədər Yer kürəsi nəhəng alov şarına çevriləcək. Bəşəriyyət planeti tərk etmək planları qurmalıdır, əks halda biz yox olacağıq”, – Hokinq deyib.

O əlavə edib ki, əhalinin daha da artması dayanıqsız sıxlıqlar yaradacaq və insanların bütün dünyada “yan-yana” dayanacağı bir gələcəyi təsvir edib. Hokinqin xronologiyası göstərir ki, bəşəriyyətin fəlakətli planet çevrilməsinə qədər təxminən 575 il var.

NASA nə aşkarlayıb?

Dərhal xəbərdarlıq etmək lazımdır ki, NASA Hokinqin təyin etdiyi 2600-cü il üçün xüsusi cədvəli birbaşa dəstəkləməyib. Bununla belə, kosmik agentlik fizikin səsləndirdiyi əsas ekoloji problemlərin doğruluğunu etiraf edib. Alimlər artıq təsdiq edirlər ki, resurs istehlakının hazırkı tempi dəyişməz qalarsa, bəşəriyyət həqiqətən də ekzistensial təhlükə ilə üz-üzədir.

NASA-nın dəyərləndirməsinə görə, resursların nəzarətsiz tükənməsi, Hokinqin proqnozunun əksinə olaraq, ekoloji çökmə vaxtını potensial olaraq sürətləndirə bilər. 2024-cü ilin sonlarında alimlər fizikin tədqiqatları ilə maraqlanıb və onu diqqətlə öyrənməyə başlayıblar.

“NASA 50 ildən artıqdır ki, planetimizi tədqiq edir, insanlığa bilavasitə fayda verən məlumatlar verir və yalnız kosmosdan aparıla bilən müşahidələr aparır, Hokinqin qeyd etdiyi bəzi sahələrə toxunur”, – agentlik bildirib.

İqlim dəyişikliyinə toxunmağın aktuallığı şokedici nəticələri görməyə başlayanda aydın olur. Və bu faktlar yalnız Stiven Hokinqin dilə gətirdiyi və hazırda NASA-nın araşdırdığı ekoloji narahatlığı təsdiqləyir.

Stiven Hokinq bəşəriyyətə nə təklif edib?

Yer kürəsinin potensial olaraq yaşayış üçün yararsız olduğunu dərk edən Hokinq planetlərarası koloniyaların yaradılmasını qətiyyətlə müdafiə edib. O hesab edirdi ki, bəşəriyyətin uzunmüddətli sağ qalması çoxplanetli bir növə çevrilməkdən asılıdır.

Hokinq nəinki xəbərdarlıq edib, həm də çıxış yolu təklif edib – başqa planetlərin kolonizasiyası. 2016-cı ildə o, qonşu ulduzlara 15.000 km/saniyə qədər sürətlə mini-zondların buraxılması nəzərdə tutulan “Breakthrough Starshot” layihəsini dəstəkləyib. Məqsəd yaşayış üçün yeni planetlər tapmaqdır.

NASA da öz növbəsində diqqətini Mars və digər göy cisimlərinin tədqiqinə yönəldir. Bəşəriyyət üçün alternativ ev axtarışı uzaq ulduz sistemlərindən kənara çıxır.

Bəşəriyyət qulaq asacaqmı?

Söhbət Hokinqin proqnozunun gerçəkləşib-gerçəkləşməməsində deyil. Sual ondan ibarətdir ki, o vaxta qədər nəsə etməyə vaxtımız olacaqmı? Onun hesablamalarına görə, hələ də 600 ilə yaxın vaxtımız olsa da, NASA-nın müşahidələri bizi təəccübləndirir: vaxt daha qısa ola bilər.

Bu ölkədə şahmat qadağan edildi

Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatı rəsmi olaraq şahmatı qadağan edib.

Bu oyunun İslam normalarına zidd olduğunu bəyan edilib. 

Onların fikrincə, şahmat qumar oyunudur və əfqanların dini inancı ilə uyğun gəlmir.

“Son on bir ayda bir dənə də olsun rəsmi turnir, seminar və ya şahmatla bağlı hər hansı bir fəaliyyət olmayıb. Federasiyanın əksər rəsmi şəxsləri ölkəni tərk ediblər. Bəzi vilayətlərdə şahmat tamamilə qadağan olunub”, – deyə Əfqanıstan Şahmat Federasiyasının keçmiş icraçı direktoru Abasin Mohibi deyib.

Pakistan ordusu Hindistanın daha iki qırıcısını MƏHV ETDİ

Çin istehsalı olan ən yaxşı Pakistan qırıcı təyyarəsi çərşənbə günü ən azı iki Hindistan hərbi təyyarəsini vurub.

Bu barədə “Reuters” məlumat yayıb.

İki ABŞ rəsmisi agentliyə bildirib ki, bu, Pekinin qabaqcıl döyüş təyyarəsi üçün mühüm mərhələdir.

Hindistan Hərbi Hava Qüvvələrinin sözçüsü “Reuters”in hesabatı ilə bağlı suala cavab verməyib.

Aparıcı Çin qırıcı təyyarəsinin Qərb rəqibinə qarşı performansı Pekinin Tayvan və ya daha geniş Hind-Sakit Okean hövzəsi ilə bağlı hər hansı qarşıdurmada necə nəticə göstərə biləcəyini öyrənmək üçün Vaşinqtonda yaxından izlənir.

Adının açıqlanmasını istəməyən ABŞ rəsmilərindən biri Pakistanın Çin istehsalı olan “J-10” təyyarəsindən Hindistan qırıcılarına qarşı hava-hava tipli raketlər atmaq üçün istifadə etdiyinə çox inandığı bildirib: ən azı ikisini vurub.

Digər bir səlahiyyətli, vurulan ən azı bir Hindistan təyyarəsinin Fransa istehsalı olan “Rafale” qırıcı təyyarəsi olduğunu söyləyib.

Hər iki səlahiyyətli “Lockheed Martin” tərəfindən istehsal olunan “F-16” təyyarəsinin vurulmada istifadə edilmədiyini bildirib.

Dehli heç bir təyyarəsinin vurulduğunu etiraf etməyib.

Faşizm üzərində qələbədən 80 il ötür

Bu gün Azərbaycanda Faşizm Üzərində Qələbə Günü qeyd edilir.

Sözügedən qələbədən 80 il ötür.

Dünya tarixinin ən dəhşətli müharibəsi olan İkinci Dünya Müharibəsin mütərəqqi bəşəriyyətin nasist ideologiyasına qarşı görkəmli zəfəri ilə başa çatmışdı. Şübhəsizdir ki, bu qələbənin qazanılmasında Azərbaycan xalqının və Bakı neftçilərinin rolu danılmazdır. Onlar həm ön, həm də arxa cəbhədə qəhrəmanlıq göstərərək qələbəyə töhfə vermişdi. Döyüşlərin ilk günündən sonuna qədər Azərbaycanın 23,5 milyon ton nefti istehsal olunub ki, bu da SSRİ-də istehsal edilən “qara qızıl”ın 71,4%-ni təşkil edib.

This image has an empty alt attribute; its file name is f4dec-1588762677.jpg

Statistikaya əsasən, Rusiyaya Azərbaycan tərəfindən 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları göndərilib. Xüsusi qeyd etmək lazımdır ki, kimya elimlər doktoru, akademik Yusif Məmmədəliyevin səyi nəticəsində aviasiya benzinin alınmasısı üçün yeni texnologiyası yaradılıb. Əsəb deyil ki, məhz buna görə almanlar 1941-ci ilin sentybrına qədər Bakını ələ keçirmək istəyirdilər.

1939-cu il sentyabrın 1-də Almaniya ildırımsürətli “Barbarossa” planı əsasında Polşanı işğal etdi və bununla da müharibə başladı. Azərbaycanlı hərbçilər isə döyüşlərə SSRİ-yə hücum edilən vaxt 22 iyun 1941-ci ildə daxil oldular. Onlar müharibə bitənə – 1945-ci il mayın 9-dək döyüşdülər. Rəsmi rəqəmlərə görə müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Onlardan təxminən yarısı həlak olub. Azərbaycanlı hərbçi və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyalar Berlinədək döyüş yolu keçib. Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla təltif edilib.

This image has an empty alt attribute; its file name is naziinvasion-56a48da83df78cf77282f06f.jpg

İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı müharibənin tarixinə qızıl hərflərlə yazılıb.

İkinci Dünya Müharibəsində iştirak etmiş şəxslər və onların ailə üzvləri Azərbaycan dövlətinin hər zaman diqqətindədir. Prezident İlham Əliyevin 21 aprel 2025-ci il sərəncamına əsasən, 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2 500, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqradın müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə şəhərin mühasirəsi iştirakçılarına 1 250 manat məbləğində birdəfəlik maddi yardım verilib. Bununla əlaqədar Azərbaycan Prezidentinin ehtiyat fondundan 3,2 milyon manat vəsait ayrılıb.

This image has an empty alt attribute; its file name is 3_3051376648.jpg

Onu da qeyd edək ki, hazırda Azərbaycanda İkinci Dünya Müharibəsi veteranlarından sağ olanların sayı 21 nəfər təşkil edir.

Ümumilikdə isə İkinci Dünya Müharibəsində qazanılan qələbə təkcə bir dövrün sona çatması deyil, həm də gələcək nəsillərə verilmiş mühüm bir dərsdir – azadlıq, müstəqillik, sülh uğrunda birlik və fədakarlıqla mübarizə aparmaq zəruridir. Azərbaycanın bu mübarizədə göstərdiyi örnək, sadəcə keçmişin deyil, bu günün və gələcəyin də yol göstəricisidir.

DİN-dən əhaliyə xəbərdarlıq – Təhlükə var

Vətəndaşların bank kartlarından oğurluqlar davam edir.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır:

” Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 8-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 5000, 1010, 1000, 880, 849, 744, 660, 600, 200, 160, 125, 73, 50, 42 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”.

Prezident və xanımı İkinci Dünya Müharibəsində həlak olan azərbaycanlıların xatirəsini anıblar

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar.

Bu barədə Prezidetin Mətbuat xidməti məlumat yayıb.

Ermənistan sərhəddə eskalasiya əlaməti görmür: İrəvanın Zəngəzurla bağlı mövqeyi dəyişib?

Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan Azərbaycanla sərhəddə eskalasiya əlamətləri görmür.

Diplomat bunu jurnalistlərə açıqlamasında deyib.

Diplomat qeyd edib ki, İrəvan sülh gündəminə sadiq qalır və bu istiqamətdə irəliləməkdə davam edir.

Bakının Sünik vasitəsilə Naxçıvana ekstraterritorial dəhlizlə bağlı tələblərinin davam etdirilməsi məsələsinə toxunan Səfəryan əmin edib ki, Ermənistan tərəfinin regionda kommunikasiyaların açılması ilə bağlı mövqeyi dəyişməyib – marşrutlar keçdikləri ölkələrin səlahiyyətləri və yurisdiksiyası çərçivəsində fəaliyyət göstərməlidir.

İrəvanın Bakıya qarşı hiyləgər planı: Moskvaya “razıyam” mesajını göndərdi

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın Rusiyanı Azərbaycanla danışıqlarda vasitəçi hesab edib-etmədiyini açıqlayıb.

Jurnalistlərlə söhbətində müvafiq sualı cavablandıran məmur Rusiyanın çoxdan vasitəçi rolunu oynadığını bildirib. Daha sonra o əlavə edib ki, İrəvan hazırda Bakı ilə ikitərəfli formatda danışıqlar aparır. Bu danışıqların hələ də sənədin imzalanmasına gətirib çıxarmaması ilə bağlı iradlara cavab olaraq, Təhlükəsizlik Şurasının katibi xatırladıb ki, İrəvan və Bakı ikitərəfli formatda sülh müqaviləsinin mətnini razılaşdıra biliblər.

Qriqoryanın sözlərinə görə, Ermənistan danışıqlarda tək deyil; ikinci tərəf də var – Azərbaycan və bu ölkə də Rusiyanın vasitəçiliyinə razı olmalıdır.

Təhlükəsizlik Şurasının katibi “Rusiya kimin tərəfində olacaq?” sualına belə cavab verib: “Bu suala cavabınız olan kimi bunu müzakirə edəcəyik”.

Rusiya dəfələrlə müxtəlif səviyyələrdə bəyan edib ki, o, Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına kömək etmək məqsədi ilə tərəflərin tələb etdiyi həcmdə və formada bütün lazımi yardımı göstərməyə hazırdır.

Maraqlıdır ki, rəsmi İrəvan dəfələrlə buna qarşı çıxıb və Rusiyanın vasitəçiliyinə “yox” deyib. Amma indi Ermənistan buna razı olduğunu bildirir, üstəlik, hər şey Azərbaycandan asılı olduğunu deyir.

Bunu da İrəvanın hiyləgər planı hesab etmək olar. Azərbaycanla Rusiya arasında son zamanlar yaşanan soyuq münasibətdən yararlanmağa çalışan İrəvan ritorikanı dəyişir və Rusiyaya “mən razıyam, Azərbaycan razı deyil” mesajını verir.

Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib

Mayın 10-11-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Gəncə, Naftalan, Qazax, Goranboy, Mingəçevir, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Hacıqabul, İmişli, Ağcabədi, Beyləqan, Neftçala, Salyan, Sabirabad, Xızı, Xaçmaz, Şirvan, Şabran, Şəki, Qax, Zaqatala, Balakən, Siyəzən, Oğuz, Qəbələ, Quba, Qusar, Qobustan, Şirvan, Biləsuvar, Tovuz, Samux, Saatlı, Bərdə, Tərtər, Yevlax və Ağdamda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?