Ev Blog Səhifə 3310

Saxta arayışlar satan şirkət rəhbəri saxlanıldı

Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən məqsədyönlü tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, keçirilmiş növbəti uğurlu əməliyyat nəticəsində Şəki şəhər sakini Orxan Ələkbərov karantin rejimi ilə bağlı polis postlarına təqdim olunması və sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə direktoru olduğu, faktiki heç bir fəaliyyət göstərməyən “Vest Corporation” MMC-nin adından saxta arayışların hər birini 60-100 manat müqabilində satarkən saxlanılıb.

Araşdırma zamanı müəyyən olunub ki, adıçəkilən şəxs özü də daxil olmaqla 18 vətəndaşın saxta sənədlər əsasında “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirib, həmin şəxslərin adına saxta əmək müqavilələri tərtib edib. Bununla da Orxan Ələkbərov saxta sənəd satdığı şəxslərin xüsusi karantin qaydalarının tələblərini pozaraq sərbəst hərəkət etməsinə şərait yaradıb.

Saxlanılan şəxsin paytaxt ərazisindəki yaşayış ünvanına baxış zamanı eyni məqsədlə hazırlanmış saxta arayışlar, boş blanklar, möhür və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb.

Qeyd edilən faktla bağlı Baş İdarədə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir. Orxan Ələkbərov və digər şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunublar.

İrandan İsrailə sərt mesaj: “Peşman olacaq!”

“İsrail Qərbi Şəriyənin bir hissəsini işğal etməyə təşəbbüs göstərsə, peşman olacaq”.

yasamal.tv xəbər verir ki, bunu İran parlament sədrinin Beynəlxalq əlaqələr üzrə müşaviri Hüseyn Əmir Abdullahian Tvitter hesabında yazıb.

Qeyd edək ki, İsrailin Qərbi Şəriyədə 250-dən çox yəhudi yaşayış məntəqəsi mövcuddur.(axar.az)

İlham Əliyevlə AYİB-in prezidenti arasında videokonfrans keçirildi

Aprelin 28-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Suma Çakrabarti arasında videokonfrans keçirilib.

yasamal.tv xəbər verir ki, videokonfransda Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbərliyi və Azərbaycan tərəfindən İqtisadiyyat naziri, Avropa Yenidənqurma və İnkişaf Bankında Azərbaycandan müdir Mikayıl Cabbarov iştirak ediblər.

Qurban Qurbanov: “Problem aşkar görünəcək”

“Evdə keçilən məşq ciddi hazırlıq proqramı deyil. Amma futbolçuların az da olsa tonusda qalması üçün verilən məşq proqramıdır”.

Bunu apasport.az saytına “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Onlayn rejimdə məşqin xeyrindən bəhs edən təcrübəli çalışdırıcı Peşəkar Futbol Liqasının dünənki qərarına da münasibət bildirib. Qurbanovun fikrincə, mayın 4-də karantin rejimi bitsə, ayın 23-nə qədər komandanı fasilədən sonrakı ilk oyuna hazırlamaq mümkün olacaq: “Əgər mayın 4-də karantin rejimi bitərsə, normal məşqlərə başladıqda ev rejimindəki məşqin az da olsa xeyrini görəcəyik. Düşünürəm ki, bu amil hazırlığımızı 15-20 faiz tezləşdirəcək. Mayın 4-dən 23-nə qədər olan müddət nə çox uzun, nə də qısadır. Hesab edirəm ki, bu müddət ərzində futbolçuları normal vəziyyətə çatdırmaq olar. İstənilən halda, məşq prosesi başqadır. Bütün futbolçular oyun praktikasından əziyyət çəkəcəklər. Meydanda bu problem daha aşkar vəziyyətdə görünəcək. Hətta fiziki hazırlıq, güc yerində olsa belə, oyun baxımından problem yaşanacaq. Təbii ki, rejim bütün komandalar üçün eyni olacaq. Bunları düşünmədən 20 günə yaxın olan vaxtdan səmərəli istifadə etməliyik. Mayın 23-nə qədər komandanı normal vəziyyətə gətirməyə çalışacağıq. Yəqin ki, futbolçuları meydana çıxarmaq üçün bu müddət kifayət edər”.

48 yaşlı mütəxəssis FİFA-nın həm cari, həm də gələn mövsüm matçlar zamanı komandalara 3 deyil, 5 əvəzləmə icazəsi verilməsi təklifini də dəyərləndirib. Ağdam klubunun çalışdırıcısı Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) təklifi təsdiq etsə, bu, klubların xeyrinə olacaq: “Bu addımı normal qarşılayıram. Bu onu göstərir ki, FİFA, UEFA hazırkı durumu dərindən düşünür, təhlil edirlər. Həm komandaları, həm futbolçuları düşünürlər. Əlbəttə, 5 dəyişiklik heç də az deyil. Bu məqam komandaya bir tərəfdən kömək edə bilər. Amma digər tərəfdən oyun nizam-intizamı pozula bilər. Mən də həmin xəbəri oxumuşam. Səhv etmirəmsə, 5 dəyişikliyin 3 dəfəyə edilməsinə imkan yaradacaqlar. Hər komandanın əvəzləməsi üçün 5 dəfə oyun dayandırılsa, bu, çox vaxt aparacaq. Verilən qərarları normal qarşılayıram. Onsuz da, hər 2-3 ildən bir hansısa dəyişikliyin şahidi oluruq. Futbol qurumları əsasən komandaları və futbolçuları düşünürlər, oyunların daha maraqlı keçməsinə çalışırlar. İndiki durumda ehtiyatımızı qoruyub saxlamalıyıq. 5 dəyişikliklə bağlı düşüncə pis deyil. Gələcəkdə necə olacaq, yəqin ki, bunu hamımız biləcəyik”.

Qeyd edək ki, PFL-in qərarına əsasən, Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejimini uzatmasa, koronavirus pandemiyası ilə əlaqədar dayandırılan birinci divizion mayın 21-də, Premyer Liqa isə 23-də bərpa ediləcək.

Azər Kərimli 12 deputata rəhbərlik edəcək

Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri və tərkibi müəyyənləşib.

yasamal.tv xəbər verir ki, nümayəndə heyətinin rəhbəri deputat Azər Kərimlidir.

Deputatlar Tahir Mirkişili, Hicran Hüseynova, Məlahət İbrahimqızı, Nurlan Həsənov, Rauf Əliyev, Müşfiq Cəfərov, Cavanşir Feyziyev, Tural Gəncəliyev, İltizam Yusifov, Qüdrət Həsənquliyev, Razi Nurullayev və Vüqar Bayramov nümayəndə heyətinin tərkibinə daxil edilib.(oxu.az)

İlham Əliyev karantin rejimində deputatların hərəkətini tənzimləyən qanunu təsdiq etdi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.

yasamal.tv bildirir ki, sənədə əsasən, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə aşağıdakı məzmunda ikinci hissə əlavə edilir:

“Karantin rejiminin tətbiqi ilə əlaqədar ölkə ərazisində sərbəst hərəkətə qoyulan məhdudiyyətlər deputata, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə şamil edilmir”. (azərtac)

Kapital bazarı iştirakçılarına mənfi təsirlər azaldılacaq

Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarında baş verən kəskin dalğalanmaların kapital bazarı iştirakçılarına mәnfi tәsirini azaltmaq məqsədilə Azərbaycan Mərkəzi Bankının təklif etdiyi dəstəkləyici tədbirlərə əsasən Bakı Fond Birjası (BFB) bir sıra tədbirlər həyata keçirəcək.

BFB-dən bildirilib ki, aprelin 1-dən 2021-ci il yanvarın 1-dək listinqə daxil olan korporativ istiqrazlar üzrə listinq tarifləri ləğv olunacaq, qiymətli kağızların kütləvi təklif üsulu ilə yerləşdirilməsi zamanı tələb olunan sənədlər dairəsi gələn il yanvarın 1-dək minimallaşdırılaraq emitentlərdən yalnız notarial qaydada təsdiq edilmiş qiymətli kağızların dövlət reyestrindən çıxarışı və emissiya prospekti tələb ediləcək.(abc.az)

“Hesablama Palatasının auditorları 561 nöqsan aşkar edib”

2019-cu ildə Hesablama Palatası 47 audit və 6 analitik fəaliyyət həyata keçirib.

Bunu qurumun sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında bildirib.

Onun sözlərinə görə, həyata keçirilmiş auditlərdən 28-i uyğunluq, 7-si maliyyə, 8-i maliyyə və uyğunluq, 4-ü isə ölkədə ilk dəfə səmərəlilik auditi olub.

Bundan başqa, V.Gülməmmədov qeyd edib ki, ötən il Hesablama Palatasının auditorları 561 nöqsan aşkar edib ki, bu da hər auditə orta hesabla 13,1 nöqsan deməkdir.

“Əvvəlki illə müqayisədə nəzarət tədbirlərinin sayı 18,9%, nöqsanların sayı isə 21,4% azalıb, son nəticədə 1 auditə düşən nöqsan sayının azalması 3% təşkil edib.

Maliyyə və uyğunluq auditlərinin nəticələri göstərir ki, əsas pozuntunlar büdcə qanunvericiliyi, dövlət satınalmaları, dövlət əsaslı vəsait qoyuluşları sahələrdədir, eləcə də mühasibat uçotu və hesabatlılıqla bağlı hallar üstünlük təşkil edir. Yol verilən nöqsanların təhlili və daha çox rast gəlinmiş pozuntular onu qeyd etməyə imkan verir ki, dövlət vəsaitlərinə nəzarət ilk növbədə dövlət satınalmalarının şəffaf keçirilməsində və dövlət əmlakının istifadəsinə səmərəli nəzarətin təşkilindən keçir”, – deyə o, qeyd edib. (Report)

Əmək müqaviləsinin müddəti nə qədər olmalıdır?

İşəgötürənlə işçi arasında imzalanan əmək müqaviləsi ilə bağlı tələblər Azərbaycan Respublikası Əmək Məcəlləsində əksini tapıb

İşəgötürənlə işçi arasında imzalanan əmək müqaviləsi ilə bağlı tələblər Azərbaycan Respublikası Əmək Məcəlləsində əksini tapıb.

Əmək Məcəlləsinin 45-ci maddəsində əmək müqaviləsinin müddəti haqqında izahat verilib. Göstərilir ki, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

Oruc tutmağın – Faydaları

Ramazan mənəvi cavanlaşma ayı sayılır. İslamın beş şərtlərindən biri olan orucluğa düzgün yanaşılsa, ondan çoxsaylı faydalar əldə etmək olar.

yasamal.tv xəbər verir ki, bizim pəhrizlə bağlı vərdişlərimiz dini etiqadımızla həmahəng olanda enerji mənbəyinə çevrilə, bizim şüurumuzu, bədənimizi və ruhumuzu zənginləşdirə bilər.

Ramazanda tutulan orucun aşağıdakı üstünlükləri var

Orqanizmin istirahəti

İftar ərəfəsində adam özünü süst hiss etsə də, əslində, oruclu olduğu müddətdə daxili orqanlarımız gündəlik yüklənmədən dincəlir. Qida və maye qəbulundan imtina etməklə, beyin qidanın həzm olunması üçün nəzərdə tutulan enerjini orqanizmin digər funksiyalarına yönəldir.

Detoksikasiya

Orqanizm həzm prosesindən dincələn zaman, əsas diqqəti bədənin toksinlərdən təmizlənməsinə və özünübərpaya yönəldir.

Xroniki xəstəliklər riskinin azalması

Amerika Müalicəvi Qidalanma Jurnalında dərc olunmuş Krist A. Varadi və Mark K. Hellerstaynın başçılığı altında aparılmış “Alternativ ac qalma və xroniki xəstəliklərin profilaktkası: heyvanlar və insanlar üzərində aparılan sınaqların icmalı” adlı tədqiqat haqda məqaləyə görə, Ramazan ayında tutulan oruca analoji olaraq bir həftə ərzində fasiləsiz şəkildə saxlanılan pəhriz ürək-damar xəstəlikləri, diabet və xərçəng riskini əhəmiyyətli dərəcədə azaldır.

Beynin müdafiəsi

Kaliforniyanın Skripps Elmi-Tədqiqat İnstitutunun immunologiya və mikrobiologiya kafedrasının Alirezai M.İ və digər alimlərin (Alirezaei M1, Kemball CC, Flynn CT, Wood MR, Whitton JL, KiossesWB.) başçılığı altında apardığı tədqiqat göstərib ki, oruc tutan zaman insanın orqanizmində beynin hüceyrədaxili immunitet mexanizmi işə düşür. Bu isə öz növbəsində beyin hüceyrələrinin stress faktorlarından qorunma funksiyasını aktivləşdirir.

Tədqiqatda qeyd olunur ki, oruc tutan zaman ac qalmaqla insanın bədənində “neyron autofagiya” mexanizmi işə düşür. Bu mexanizmə görə, ac qalan vaxt, hüceyrələr zədəli orqanelləri və köhnə zülalları məhv etməklə özünü bir növ detoksikasiya edir, zərərli zərrəciklərdən təmizləyir.

Başqa bir tədqiqata görə, ac qalmaq beynin neyrotrofik faktorunu (brain neurotrophic factor BDNF) artırır. Bu isə hafizənin güclənməsinə, öyrənmə prosesinin yaxşılaşmasına, analitik bacarıqların artımına vəsilə olur. Aşağı BDNF səviyyəsi daha çox altsheymerdən əziyyət çəkən xəstələrdə müşahidə olunur.

Qida həzmində iştirak edən hormonların nizamlanması

Oruc tutan adamın orqanizmində insulin, leptin və qrelin normal səviyyəyə düşür. İnsulin qanda şəkər səviyyəsini normada saxlamağa imkan verən hormondur, leptin toxluq, qrelin isə aclıq hormonudur. Bu hormonların miqdarının nizamlanması o anlama gəlir ki, bədən həmin hormonlara daha həssas olur və orqanizmin öz funksiyalarını yerinə yetirməsi üçün külli miqdarda hormona ehtiyac qalmır.

İnsulinə qarşı tolerantlıq diabet şəklində özünü biruzə verə bilər, leptin və qrelinə qarşı tolerantlıq isə piylənməyə yol aça bilər. Mədənin qrelin hormonu iştahı artırır, eyni zamanda, beyində yeni hüceyrələrin artımını stimullaşırır, onu qocalmanın fəsadlarından qoruyur. Oruc tutan bəzi adamların, oruc vaxtı diqqətlərinin itiləşməsini demələrində bu baxımdan həqiqət var.

Aclıq hormonu sayılan qrelinin iş mexanizmi belədir: bir neçə saat ac qaldıqdan sonra, yəni mədə tam boşaldıqdan sonra, bu prosesə cavab olaraq qanda qrelinin miqdarı artır.

Ayrı-ayrı tədqiqatlarda isbat olunub ki, yüksək qrelin səviyyəsi qavrama, öyrənmə, hafizəyə müsbət təsir göstərir, beyində neyron bağlarının miqdarını artırır; neyron bağlar, məlum olduğu kimi, insanın analitik bacarıqlarının artırılması baxımından əsas mexanizm sayılır.

Böyük Britaniyanın Suonsi Universitetindən olan Ceffri Devis və onun komandası qrelinin beyin hüceyrələrinin parçalanması və çoxalması prosesini – yəni neyrogenezi stimullaşdırdığına dair daha bir elmi sübut tapıb. Onlar laborator şəraitdə beynin hüceyrələrinə hormon əlavə edən zaman bunun (neyrogenez prosesini işə salan) fibroblastların artımı faktorunu aktivləşdirdiyini görüblər. Qrelinin bu effekti C.Devisin dediyinə görə, hafizəyə yaxşı mənada təsir göstərir. Alimin başçılığı altında aparılan tədqiqatın nəticələri Britaniya Neyro-Elmi Assosasiyasının Konfransında təqdim olunub.

Hesab olunur ki, beynin gənc hüceyrələri yeni yaddaşın formalaşmasına vasitəçilik edir. Bu, cavan beyin hüceyrələrinin impulslara daha çevik reaksiya verməsi ilə izah olunur.

“Bu neyronlar qocalardan fərqli olaraq, daha asan aktivləşir və yeni xatirələrin hafizəyə həkk olunması prosesində iştirak edir”, – deyə Devis bildirib.

Bu hələ harasıdır, məhdud kalorili pəhriz həm də ömrü uzadır

Bu tədqiqatların nəticəsi bir sıra neyrodegenerativ xəstəliklərin, o cümlədən, Parkinson xəstəliyinin müalicəsində mühüm rol oynaya bilər. Parkinson xəstəliyi zamanı, məlum olduğu kimi, beyin hüceyrələri itirilir. Buna qədər aparılmış tədqiqatlar, o cümlədən, Devisin tədqiqat qrupunun apardığı elmi təcrübələr göstərib ki, qrelin Parkinson xəstəliyinin bir formasından qorunmağa kömək edə bilir.

Növbəti eksperimentlərin gedişində Devisin komandası qrelinin Parkinson xəstəliyini təqlid etməsi təklif olunan beyin hüceyrələrini mühafizə etdiyini üzə çıxarıb. Devisin həmkarı Amanda Hornsbi təcrübədə iştirak edən demensiyalı 28 könüllünün hər birinin qanında qrelin miqdarının normadan aşağı olduğunu müəyyən edib. Tədqiqatın nəticəsi onu göstərir ki, qrelin və oxşar şəkildə fəaliyyət göstərən digər kimyəvi maddələrdən Parkinson xəstəliyinin müalicəsində istifadə etmək olar.

Fasiləli oruc

Müntəzəm olaraq pəhriz saxlayan insanlarda (qəbul etdiyi kalorilər tövsiyə olunan gündəlik rasiondakından 25 faiz az olan pəhriz nəzərdə tutulur) qanda normal şəkər səviyyəsi müşahidə olunur. Bu cür qidalanma həm də, koqnitiv bacarıqları yaxşılaşdırır. Habelə, alimlər bu məsələdə iki cəbhəyə bölünür. Bəzi tədqiqatçılar aşağı kalorili pəhrizin, əksinə, insanın zehnini zəiflətdiyini iddia edir.

Məhdud kalorili pəhrizin bəzi faydalarından yararlanmağa çalışan insanlar fasiləli oruc tutur. Məsələn, 5-2 sistemi ilə; yən beş gün ərzində normal qida rasionu qəbul edirlər, növbəti iki gündə isə aşağı kalorili qidalarla qidalanırlar (günə təxminən 500 kalori), beləcə orqanizmdə qrelin miqdarını artırırlar. Almaniyanın Münhen Texniki Universitetindən olan Nikolas Kunatın bildirdiyinə görə, yeni beyin hüceyrələrinin daha effektiv fəaliyyətinə bir neçə gün və ya həftə tələb olunur. Ona görə insanlar müvəqqəti aclığın onların zehni qabiliyyətlərini dərhal artıracağını gözləməməlidirlər.(yenicag.az)

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?