Ev Blog Səhifə 3205

Tovuz sakini qəbiristanlıqda intihar edib

Tovuzda 20 yaşlı gənc intihar edib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb.

Belə ki, Əlimərdanlı kənd sakini, 2000-ci il təvəllüdlü Ələsgərli Orxan Firdovsi oğlu Xatınlı kəndinin yaxınlığında qəbiristanlıqda özünü asaraq intihar edib.

Onun hansı səbəbdən intihar etməsi məlum deyil.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

Bakıda kirayə mənzillər bahalaşıb

Bu barədə“MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov bildirib.

Onun sözlərinə görə, aprel ayında Bakıda kirayə mənzillərin qiymətində 2.98 faiz artım müşhadiə edilib. Ticarət obyektlərinin icarəsi bazarında isə 0.78 faiz azalma olub.

N.İbrahimov qeyd edib ki, kirayə mənzillərin qiymətinin bahalaşmasının səbəbi koronavirus pandemiyası ilə əlaqədar təklif portfelinin azalması olub.

O bildirib ki, insanlar mənzillərini kirayə vermək üçün pandemiyadan sonrakı dövrü gözləməyə üstünlük verib. Bu dövrdə ticarət obyektlərinə tələbatın azalması isə icarə qiymətlərinin ucuzlaşmasına səbəb olub.(trend)

“Bunun üçün çox peşman oldum” – Türkan Vəlizadə

Hər kəs bu sənətdən vaxtı çatanda ayrılmalıdır. Necə deyərlər, “hər aşığın öz dövranı var”. Bu sənətdə olan insanların mütləq ikinci peşəsi olmalıdır. Ona görə yaşım keçmədiyi üçün ali təhsil almaq istəyirəm.

yasamal.tv ölkə.az-a istinadən bildirir ki, bu sözləri ifaçı Türkan Vəlizadə ATV-də yayımlanan “7 canlı” verilişində deyib. Daha sonra o, vaxtilə universitetə qəbul olsa da, maddi imkansızlıq ucbatından təhsilini davam etdirə bilmədiyi haqqında danışarkən göz yaşlarını saxlaya bilməyib.

“Mən Bakı Dövlət Universitetinin Tarix fakultəsinə qəbul olmuşdum. Maddi imkansızlıqdan təhsilimi davam etdirə bilmədim. Çünki daxil oluğum fakültə ödənişli idi. Sonradan təhsilimi davam etdirə bilmədiyim üçün çox peşman oldum. Atam fəhlə işləyib, məni oxudurdu. Ancaq ailədə olan sıxıntıları gördükdən sonra təhsilimi yarımçıq tərk etmək qərarına gəldim. Ailəm çox istəyirdi ki, mən ali təhsil alım”, – o bildirib.

Daha sonra Türkan ailə qurmamasının səbəbini də açıqlayıb:

“Hazırda pul qazanıram, ailəmə baxıram. Mən də ailə qurmaq istəyirəm, ancaq indi bu mümkün deyil. Çünki ailəm qarşısında müəyyən öhdəliklərim var”.

Prezident: “Bəzi hallarda icra başçılarına yaxın sahibkarlara su verilir, kənar adamlara su verilmir”

“Kənd təsərrüfatının inkişafı bizim üçün prioritet sahə olaraq qalır. İndiki şəraitdə kənd təsərrüfatının müasir üsullarla inkişafı ilə əlaqədar çox geniş proqramlar icra edilir. Bu sahədə də yerli icra orqanlarından çox şey asılıdır. Ona görə, müvafiq dövlət qurumları ilə birlikdə kənd təsərrüfatının inkişafı ilə bağlı işlər görülməlidir, insanlar işlə təmin edilməlidir, məhsuldarlıq artmalıdır və kənd təsərrüfatının inkişafını şərtləndirən bütün amillər təmin edilməlidir, o cümlədən suvarma suyunun ədalətli bölüşdürülməsi məsələsi”.

“Report” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev mayın 21-də Seymur Orucovu Ağstafa Rayon İcra Hakimiyyətinin, Elçin Rzayevi isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda keçirdiyi qəbulda deyib.

“Bu sahədə də böyük pozuntular var, yerlərdən mənə şikayətlər gəlir. Keçən il də quraqlıq olub, bu il də quraqlıqdır və biz sudan böyük qənaətlə istifadə etməliyik. Bütün bu işləri düzgün təhlil etmək və tədbirlər planı hazırlamaq üçün mənim Sərəncamımla xüsusi komissiya yaradılıb və artıq komissiyanın ilkin araşdırmaları mənə təqdim edilib. Biz bunu demək olar ki, təxmin edirdik, bəzi hallarda itkilər 40-50 faiz səviyyəsindədir. Bu, dözülməzdir. Belə israfçılıq böyük problemlərə gətirib çıxarır. Ona görə siz bu sahədə bütün vəziyyəti təhlil edin. Əlbəttə, mərkəzi icra orqanları bu məsələ ilə məşğuldurlar və komissiyanın tərkibində nazirlər təmsil olunur. Amma yerlərdə siz bu işlərə ciddi fikir verin, təftiş aparın və məlumat verin. Çünki biz əgər ancaq bu itkiləri azaltsaq, kənd təsərrüfatında daha böyük irəliləyişə nail ola bilərik. Eyni zamanda, suyun ədalətli bölüşdürülməsi məsələsi də çox aktualdır. Çünki mənə verilən məlumatlara görə, bəzi hallarda icra başçılarına yaxın olan sahibkarlara su verilir, ancaq kənar adamlara su verilmir. Bu, ədalətsizlikdir və buna son qoyulmalıdır”, – dövlət başçısı əlavə edib.

Prezident: “Onlar hesab edirlər ki, orada ağa kimi rəhbərlik etməlidirlər, insanları incitməlidirlər”

“Bölgələrdə gedən işlər daim mənim nəzarətimdədir. Mənim çoxsaylı səfərlərim, eyni zamanda, o məqsədi güdür ki, görülmüş işlərin icrasını görüm, tanış olum və insanları narahat edən problemləri insanlardan eşidim və biz bunları həll edək. Amma deyə bilərəm ki, bir çox hallarda icra hakimiyyəti başçısı öz iş otağından çıxmır”.

“Report” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev mayın 21-də Seymur Orucovu Ağstafa Rayon İcra Hakimiyyətinin, Elçin Rzayevi isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda keçirdiyi qəbulda deyib.

“Bütün icra hakimiyyəti başçıları, o cümlədən siz bütün kəndlərdə insanlarla görüşməli, insanları narahat edən problemləri insanların dilindən eşitməli və ondan sonra qərar qəbul etməlisiniz. Elə məsələ var ki, sadəcə olaraq, laqeydlik, biganəlik və məsuliyyətsizlik ucbatından həll olunmur. Elə məsələ var ki, heç böyük vəsait, böyük əziyyət tələb etmir. Sadəcə, onların vecinə deyil. Onlar hesab edirlər ki, orada ağa kimi rəhbərlik etməlidirlər, insanları incitməlidirlər, öz şəxsi maraqlarını təmin etməlidirlər. Belə təfəkkürlə yaşayan insanların bizim aramızda yeri yoxdur. Onların yeri başqa yerdədir. Ona görə, siz bütün kəndlərdə olmalısınız, bütün problemləri vətəndaşlardan öyrənməlisiniz və onları həll etməlisiniz. Bir daha demək istəyirəm ki, yerli səviyyədə həlli mümkün olmayan problemlər dərhal müvafiq mərkəzi icra orqanlarına çatdırılmalıdır”, – dövlət başçısı vurğulayıb.

İlham Əliyev: “Həm tikintidə pul oğurlanır, həm də mənzillər rüşvət müqabilində paylanılır”

“Bir sözlə, sizin fəaliyyətiniz rəhbərlik edəcəyiniz rayonların sosial-iqtisadi inkişafında özünü göstərməlidir. Çünki açıq demək istəyirəm, təxminən son 17 il ərzində bölgələrdə görülmüş işlərin ən azı 90 faizi mənim təşəbbüsümlə görülüb, dövlət proqramları çərçivəsində görülüb, 16 min kilometr avtomobil yolu çəkilib, bütün elektrik təsərrüfatı demək olar ki, yenidən qurulub”.

“Report” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev mayın 21-də Seymur Orucovu Ağstafa Rayon İcra Hakimiyyətinin, Elçin Rzayevi isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda keçirdiyi qəbulda deyib.

“Biz qazlaşdırmanı təxminən 100 faizə çatdırmışıq, 3500-dən çox məktəb, 700-dən çox tibb ocağı, 50-yə yaxın Olimpiya İdman Mərkəzi, nə qədər Gənclər evləri, mədəniyyət sarayları, digər sosial obyektlər tikilib. Bütün bunları biz mənim bilavasitə göstərişimlə dövlət büdcəsi hesabına etmişik. İndi baxaq görək icra başçıları nə iş görüblər, hansı daşı daş üstünə qoyublar. İndi bütün bu işlər təftiş edilir. Mənim ayırdığım vəsait hesabına tikilmiş evlər, yəni, qəzalı evlərin əvəzinə tikilmiş evlərin tikintisində də oğurluq baş verir, həm tikintidə, həm də ki, ondan sonra mənzillərin bölüşdürülməsində. Bu evlərin insanlara tamamilə pulsuz verilməsi nəzərdə tutulubdur. Amma həm tikintidə pul oğurlanır, həm də mənzillər rüşvət müqabilində paylanılır. Deməli insanlardan pul qopardılır. İndi təftiş aparılır və bütün bu pozuntularda əli olan vəzifəli şəxslər məsuliyyətə cəlb ediləcək. İcra başçısı ona göstərilən etimadı öz işi ilə doğrultmalıdır”., – dövlət başçısı vurğulayıb.

Yevlaxda qaraçılar polisə xəsarət yetirdi

Bir neçə gün əvvəl Yevlaxda “Qaraçılar məhəlləsi” adlanan küçədə polislə sakinlər arasında yaşanmış insidentə görə cinayət işi açılıb.

yasamal.tv xəbər verir ki, rayonda bir nəfər cinayət məsuliyyətinə cəlb olunub, onun barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat veriləcək. 20 nəfər isə saxlanılıb.

Araşdırma aparılır.

Şirvanda narkotacir tutulub

Şirvan polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş, Şirvan sakini 1985-ci il təvəllüdlü Mirzəyev İbrahim İltifat oğlu saxlanılıb.

Onun yaşadığı evə baxış keçirilən zaman oradan 29 qram narkotik vasitə olan heroin, bir neçə bükümdə ümumi çəkisi 32,24 qram psixotrop maddə olan metamfetamin və üzərində narkotik vasitənin izi olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Şirvan şəhər məhkəməsinin qərarı ilə İ.Mirzəyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Şirvan Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.)apa)

DİM imtahanların təşkili ilə bağlı qərar verdi

Dövlət İmtahan Mərkəzi (DİM) Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə almaqla, Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq imtahanları xüsusi sosial izolyasiya qaydalarına riayət etməklə keçirəcək.

Mərkəzdən verilən məlumata görə, DİM Təhsil Nazirliyi və yerli icra orqanları ilə birgə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) imtahan mərkəzlərində (zallarında) imtahan müddətində əməkdaşların və iştirakçıların sağlamlığının qorunmasına dair hazırladığı metodiki göstərişləri nəzərə alaraq təcili və təxirəsalınmaz tədbirlər görür.

Belə ki, DİM əməkdaşları Təhsil Nazirliyinin tabeliyində olan binalara yerində baxış keçirib, imtahan üçün seçilən təhsil müəssisələrinin binalarının sayı 2,5 dəfəyədək artırılaraq onların imtahanın keçirilməsi üçün yararlılıq vəziyyəti yoxlanılıb.

Hazırda imtahan iştirakçılarının sosial məsafə gözlənilməklə zallarda yerləşdirilməsi, imtahan mərkəzlərində sanitar qovşaqların, mexaniki və təbii havalandırma, işıqlandırma və su-kanalizasiya sistemlərinin təmizlik və dezinfeksiyası, həmçinin işçi heyətin şəxsi gigiyenası ilə bağlı ümumi qaydalara əməl olunması istiqamətində işlər görülür.

Hansı mallar dəyişdirilmir və ya qaytarılmır? – Siyahı

Bildiyimiz kimi, mağazadan alınan malların 14 gün ərzində geri qaytarılması mümkündür.

Ancaq “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti bəzi malların dəyişdirilməsi və qaytarılmasının mümkün olmadığı barədə qərar qəbul edib.

E-huquq.az qərara əsasən, dəyişdirilməsi və qaytarılması qadağan olan malların siyahısını təqdim edir:

1. Qızıl və qızıl məlumatları.

2. Qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məlumatlar.

3. İstehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr).

4. Parfümer-kosmetika malları.

5. Kişi, qadın və uşaq çimərlik paltarları.

6. Bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları.

7. Məişət-kimyası malları.

8. Şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.).

9. Uşaq oyuncaqları.

10. İstehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları.

11. Ərzaq üçün plastmasdan hazırlanmış məlumatlar.

12. Dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?