Ev Blog Səhifə 2

Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib

Prezident İlham Əliyev Mülki Prosessual Məcəllədə və “İcra haqqında” qanunda dəyişiklik edilməsi haqqında Milli Məclisin mayın 16-da qəbul etdiyi qanunu təsdiqləyib.

Yeniliyə əsasən, Azərbaycanda ölkədən getmək hüququ məhdudlaşdırılan borclu fiziki şəxsə və hüquqi şəxsin icra orqanının rəhbərinə bu barədə məlumat verilməsi qaydası dəyişdirilib.

Dəyişikliyə görə, borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir.

Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin hüququnun ölkədən getmək müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda bu barədə məlumat dərhal “Elektron icra” informasiya sisteminə daxil edilir və “Giriş-çıxış idarələrarası və qeydiyyat” avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin barəsində tətbiq edilmiş məhdudiyyət götürülür və bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir.

Prezident TƏSDİQLƏDİ – Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək

Azərbaycanda dövlət siyahısına daxil edilən abidələrə vahid qaydalar əsasında pasport veriləcək.

Bununla bağlı Prezident İlham Əliyev “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklik edib.

Dəyişikliyə əsasən, daşınmaz abidələrin pasportlaşdırılması qaydaları və pasportun nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Bundan başqa, dövlət başçısı “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 200-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə fərman da imzalayıb.

Podrat müqaviləsi nədir?


Müasir gündəmdə demək olar ki, çox yer alan müqavilə növü podrat müqaviləsidir. Podrat müqaviləsi dedikdə, müəyyən işlərin görülməsi fonunda həmin işin dəyərinin ödənilməsi barədə müqavilə növü başa düşülür. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
Podrat müqaviləsi üzrə öhdəlik borclunun kreditorun xeyrinə məhz iş görməsindən irəli gəlir. Podrat müqaviləsi ikitərəfli, konsensual və əvəzli müqavilədir. Belə ki,müqavilədə iki tərəf sifarişçi və podratçı olur.
Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir.
Müqavilə azadlığı Azəbayacan Resoublikası Konstitusiyasının 29-cu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar.
Mülki qanunvericilik bu azadlığı mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarı).
Qeyd olunmalıdır ki, müqavilə azadlığı prinsipi ilə yanaşı, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmişdir.
Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin.
Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan podrat müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır.
Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
Məcəllənin 759.2-ci maddəsinə görə, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir.

VƏKİL RÖVŞƏN QASIMOV. AZƏRBAYCAN VƏKİLLƏR KOLLEGİYASININ ÜZVÜ, BAKI ŞƏHƏR 20 SAYLI VƏKİL BÜROSUNUN VƏKİLİ. 0558576577 WhatsApp

Gənc Etnoqrafların I Respublika Forumu

4-5 iyun 2025-ci il tarixlərində Qubada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının dəstəyi ilə paytaxt Bakı və ölkəmizin müxtəlif bölgələrindən olan gənc alim və tədqiqatçıların iştirak etdiyi Gənc Etnoqrafların I Respublika Forumu təşkil edilib. Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin mətbuat katibi Abutalib Turabovun verdiyi məlumata görə, forum, Azərbaycanın zəngin mədəni irsini tədqiq etmək, gənc alim və etnoqraflar arasında elmi əlaqələri möhkəmləndirmək və tarixi irsimizin dərinliklərinə dair müzakirələr aparmaq məqsədi daşıyır.
Forumun işinə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin Xatirə abidəsinin ziyarəti ilə başlanılıb. Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini xanım Səidə Abasova, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin qorunması şöbəsinin müdiri Səbuhi Bəşirov, yerli idarə-müəssisə rəhbərləri, rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin, eləcə də muzeylərin əməkdaşları, tarixi abidə mühafizəçiləri, etnik qrupların nümayəndələri, ziyalılar, həmçinin gənclər forumda iştirak ediblər.
İlk olaraq, sənətkar və rəssamların əl işləri, posterlər və “Alaca” Milli Geyim Evinin libaslarından ibarət sərgilərlə tanışlıq olub. Plenar iclasda açılış nitqi ilə çıxış edən Kompleksin direktoru Dr. Rəxşəndə Bayramova forumda iştirak edən Azərbaycanın tarixini və mədəniyyətini tədqiq edən gənc alim və tədqiqatçıları, bu sahə üzrə çalışan mütəxəsssisləri salamlayıb, sonra isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi xanım Səbinə Hacıyeva və Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab İlqar Mahmudov çıxış ediblər. Daha sonra layihə təşəbbüskarı Dr. Günay Həsənova forumun mahiyyəti barədə iştirakçıları məlumatlandırıb.
Forum iştirakçıları geniş elmi məruzələr silsiləsi ilə “Tarix və Mədəniyyət”, “Arxeologiya və Antropologiya”, “Etnoqrafiya və Etnologiya” və “Tarixi abidələr və Turizm” sahələrində müzakirələr apararaq Azərbaycanın qədim mədəni irsinin günümüzdə necə qorunmalı və gələcək nəsillərə ötürülməli olduğu mövzusunda fikirlər bildirib, mövzu ətrafında slayd və posterlər təqdim ediblər. Plenar iclasdan sonra forumun işi 4 bölmədə davam edib.
Gün ərzində davam edən bölmə iclasları, elmi müzakirələr həm sahə mütəxəssisləri, həm də forum iştirakçıları üçün böyük əhəmiyyət daşıyıb. İştirakçılar Azərbaycan etnoqrafiyası barədə, eləcə də şimal-şərq bölgəsinin maraqlı fakt və məlumatları ilə tanış olublar.
2 günlük forum işinə 5 iyun tarixində iştirakçılar üçün təşkil olunmuş mədəni proqramın, abidələrin, o cümlədən Tağlı körpü, Qırmızı qəsəbə, üç tarixi məscid və Gümbəzli Hamam kimi tarixi yerlərin ziyarətinin həyata keçirilməsi ilə sonlanacaqdır.
Quba şəhərində keçirilən bu tədbir gənc etnoqrafların və tədqiqatçıların bir araya gəlməsi, əməkdaşlıq əlaqələrinin inkişafı və Azərbaycanın zəngin mədəni irsinin qorunması məsələsində yeni yanaşmaların ortaya qoyulması baxımından böyük əhəmiyyət kəsb edir.
Forum çərçivəsində 70-ə yaxın elmi məqalələr təqdim edilib, 150-dən çox iştirakçı qatılıb və forumun materiallar toplusu hazırlanıb.
Qeyd edək ki, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” 2013-cü ildən bəri fəaliyyət göstərir. 200 mindən çoxu xarici olmaqla ümumilikdə 1 milyondan çox ziyarətçi qarşılayan Kompleksdə mütəmadi olaraq simpozium, konfrans və forumlar təşkil edilir.

Bu il Bakıdan İrəvana və əks istiqamətə bu qədər uçuş olub: Kimlər gəlib-gedib?

2025-ci ilin yanvar-iyun aylarında İrəvandan Bakıya və əks istiqamətdə iki dövlət reysi yerinə yetirilib.

Bu barədə “Sputnik Ermənistan”a Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyindən yazılı sorğuya cavab olaraq məlumat verilib.

“Bu il İrəvan-Bakı marşrutu üzrə bir, əks istiqamətdə isə bir reys həyata keçirilib. Hər iki halda təyyarədə xarici dövlətlərin rəsmiləri olub”, – idarədən bildiriblər.

Nazirlik qeyd edib ki, əlavə məlumatı yoxdur, çünki dövlət reyslərinin həyata keçirilməsinə icazə Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən verilir.

Əvvəllər bildirilmişdi ki, 2020-ci ildən etibarən İrəvan-Bakı-İrəvan marşrutu üzrə aviadaşımalar yalnız beynəlxalq nümayəndə heyətlərinin daşınması üçün dövlət reysləri formatında həyata keçirilir. Marşrut açılandan indiyədək 68 belə uçuş həyata keçirilib.

“Telegram”da çoxdan gözlənilən YENİLİKLƏR

“Telegram” mesenceri növbəti yenilənmənin təfərrüatını təqdim edib.

Indi istifadəçilər səsli mesajları göndərməzdən qabaq onları kəsə biləcəklər.

Bundan başqa, fotoşəkilləri yaxşılaşdırılmış keyfiyyətdə göndərmək mümkün olacaq.

Yeniliklər arasında şəxsi mesajlardan istifadə edərək “Telegram” kanalları ilə ünsiyyət saxlamaq da var. Bu, istifadəçilərin “Telegram” kanallarının administratorları və sahibləri ilə söhbətləşmələrini nəzərdə tutur.

Digər yenilənmə sorğuların tərtibatı ilə bağlıdır – onlara 12 cavab variantını əlavə etmək imkanı yaranıb.

Azərbaycan və Ermənistan nümayəndələri görüşdü

Azərbaycanın və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyalarının nümayəndələri arasında növbəti görüş keçirilib.

Görüş çərçivəsində tərəflər münaqişə zamanı itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması ilə bağlı humanitar məsələləri müzakirə ediblər.

Görüşdə məlumat mübadiləsi imkanları, axtarış tədbirlərinin əlaqələndirilməsi məsələləri nəzərdən keçirilib.

Tərəflər humanitar sahədə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb və itkin düşmüş şəxslərin ailələrinin maraqları naminə gələcək təmaslara hazır olduqlarını bildiriblər.

Dövlət qeydiyyatına alınan dərmanlarla bağlı dəyişiklik

Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasında dəyişiklik edilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə dərman vasitələrinin idxalını həyata keçirən hüquqi şəxs ölkə daxilində dərman vasitəsinin aptek təşkilatlarına topdansatışını digər topdansatış əczaçılıq müəssisəsi vasitəsilə həyata keçirdiyi təqdirdə, bu Qaydanın 3.4-cü bəndi ilə müəyyən olunan “Topdansatış əczaçılıq müəssisəsi üçün əlavə”nin 40 faizinədək hissəsini dərman vasitəsinin aptek təşkilatına birbaşa topdansatışını həyata keçirən həmin topdansatış əczaçılıq müəssisəsinə ödəyəcək.

Xankəndi, Xocalı, Ağdərə müasir rəqəmsal yerüstü televiziya və radio yayımı ilə əhatə olunacaq

İyunun 3-də Audiovizual Şuranın növbəti iclası keçirilib. İclas tikilməkdə olan “Xankəndi” radio-televiziya yayım stansiyasından (RTYS) televiziya və radio yayımının təşkili məsələlərinə həsr olunub.

Bu barədə Audioviziual Şuradan məlumat verilib.

Bildirilib ki, hazırda Qarabağda televiziya və radio yayımı “Şuşa”, “Şahyeri”, “Həsənriz kənd” və bir sıra başqa RTYS-lərdən yayımın həyata keçirilməsi hesabına aparılır.

“Xankəndi” RTYS istifadəyə verildikdən sonra Qarabağ və Şərqi Zəngəzurda televiziya və radio yayımının əhatə dairəsi daha da genişlənəcək, o cümlədən Xankəndi, Xocalı, Ağdərə şəhərləri tam olaraq müasir standartlı rəqəmsal yerüstü televiziya və radio yayımı ilə, habelə analoq FM radio yayımı ilə əhatə olunacaq.

İclasda işğaldan azad edilmiş ərazilərdə müasir teleradio yayım şəbəkəsinin qurulması istiqamətində infrastruktur operatoru olan “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İB-nin, habelə həmin bölgələrdə istifadəyə yararlı, boş radiotezliklərin müəyyən olunub istismara verilməsi sahəsində Dövlət Radiotezliklər İdarəsinin gördüyü işlər qeyd edilmiş və təqdir olunub.

Müzakirələrdən sonra Dövlət Radiotezliklər İdarəsindən alınmış məlumatlar və infrastruktur operatorunun ehtiyacları nəzərə alınaraq tikilməkdə olan “Xankəndi” RTYS-dən istismara verildikdən sonra DVB-T2 standartlı rəqəmsal yerüstü televiziya yayımının, DAB+ standartlı rəqəmsal yerüstü radio yayımının həyata keçirilməsi üçün müvafiq radiotezliklərin “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İB-nin istifadəsinə ayrılması haqqında qərarlar qəbul olunub.

Həmçinin, istismara veriləndən sonra ümumölkə radio yayımçılarının proqramlarının “Xankəndi” RTYS-dən analoq FM yayımının təmin edilməsi üçün müvafiq radiotezliklərin ümumölkə və həmin bölgədə fəaliyyət göstərən regional yerüstü radio yayımçıların istifadəsinə ayrılması ilə bağlı da qərar qəbul olunub.

Ev tikənlərin NƏZƏRİNƏ: Bu halda məsuliyyətə cəlb oluna bilərsiniz

Qanunsuz tikililər üçün vətəndaşları hansı cinayət məsuliyyəti gözləyir?

Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin prezidenti sədri Vüqar Oruc açıqlama verib.

Müsahibimiz bildirib ki, ilk növbədə tikintinin vacib şərtlərindən biri tikinti aparılan ərazinin həmin şəxsə məxsus olması, yəni qanunla müəyyən edilmiş qaydada üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun olmasıdır. Bu şərtlər ödənilirsə, həmin şəxs müvafiq qanunvericiliyə və normativlərə uyğun şəkildə tikinti işlərini aparmaq səlahiyyətinə malikdir. Lakin həmin normativ əsas pozulduğu zaman, yəni qanunla müəyyən edilmiş qaydada əgər mülkiyyət, istifadə və icarə hüququ olmadan vətəndaş özbaşına şəkildə ərazini hasarlama, becərmə, dəyişdirilmə və ya torpaq sahəsini başqa üsullarla zəbt etmə addımı atırsa, bu, qanunvericiliyə uyğun olaraq 8 min manatdan 10 min manata qədər cərimə və yaxud 2 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq olunur.

Qanunla müəyyən edilmiş mülkiyyət və istifadə, o cümlədən icarə hüququ olmadan torpaq sahəsində birbaşa tikinti və quraşdırılma işləri aparılırsa, bu, 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Vüqar Oruc onu da bildirib ki, göründüyü kimi, çox ciddi cəzalandırma növləri var. Bu vətəndaşların özbaşına tikili inşa etmək addımlarının qarşısının alınmasına yönəlibdir. 2023-cü ilin aprelində qəbul edilmiş qanuna əsasən, tikinti icazəsi olmadan inşa edilmiş obyektlərin su, qaz, elektrik və digər kommunikasiya şəbəkələrinə qoşulması qadağan edilmişdir. Həmin qərara uyğun olaraq belə bir tikili inşa olunarsa belə həmin tikilinin müvafiq kommunal və kommunikasiya xətlərindən istifadə etməsinə qadağa qoyulur. Bu da həmin tikintilərin faktiki olaraq yaşayış üçün əlverişsiz şəraitdə ortaya qoymuş olur.

Müsahibimiz onu da deyib ki, baddım kənd təsərrüfatı torpaqlarında atılarsa 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır. Əgər eyni əməl təkrar törədilərsə vətəndaşa daha ciddi cəzalar verilir. Həmin ərazilərdə qanunsuz tikililərə şərait yaradan müvafiq icra qurumları, dövlət qurumları və ya hansısa inzibati qurum tərəfindən razılıq verilirsə və bu qeyri-qanunidirsə cinayət məcəlləsinə uyğun olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma kimi maddələrlə həmin şəxs və qurumlara qarşı cinayət işi qaldırıla bilər. Hazırda minlərlə qanunsuz tikili mövcuddur ki, həmin tikililərdə ölkə vətəndaşları müvafiq ödənişlər edərək yaşayır, kommunal və kommunikasiya xidmətlərindən istifadə edirlər. Bu qanunvericilik və cinayət məcəlləsinin tələbləri məhz bundan sonrakı dövrə tətbiq edilir və əgər əvvəlki dövrə uyğun şəkildə müvafiq araşdırmalar aparılarsa, o zaman kütləvi surətdə bu proseslərdə günahkarlar müəyyən oluna bilər.

Vüqar Oruc onu da diqqətə çatdırıb ki, kommunal xidmətlərdən, kommunikasiya vasitələrindən, qurğulara qoyulan qadağa, həm də cinayət məcəlləsinin yaratdığı müvafiq şərait maksimum dərəcədə qeyri-qanuni addımların qarşısını almaq üçün kifayətdir. Həmçinin özbaşına tikililərin inşası Bakı şəhərinin “Baş planı”na qarşı olduğuna görə, Azərbaycan Dövləti və müvafiq icra strukturları bu əməllərin qarşısını almaq üçün ciddi addımlar atmalıdır ki, sözügedən ərazilərdə tikintisi şəhərin “Baş planı”na uyğun olmayan tikililərin qarşısı alınsın.

“Hər hansısa bir tikilinin inşası üçün mütləq ilk növbədə həmin ərazi üçün mülkiyyət, istifadə və icarə hüququnun olması vacib şərtlərdən biridir. Normativlərə uyğun şəkildə tikintinin planı hazırlanarsa və müvafiq icra qurumuna ərazi üzrə təqdim olunarsa, planda normativlərdən kənara çıxılmayıbsa, icra strukturları tərəfindən 10 gün ərzində onun inşası üçün etiraz bildirilmirsə, o zaman hər hansısa bir icazə tələb olunmadan tikintini inşasına başlanıla bilər. Hal-hazırda mövcud olan qanunsuz tikililərin bir nömrəli problemi onların torpaq sahəsinin hər hansısa bir hüquqi statusunun olmamasıdır”, – deyə Vüqar Oruc qeyd edib.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?