Ev Blog Səhifə 4

Ermənistanın Azərbaycanın mülki infrastrukturuna ziyan vurmasına dair sənədlər məhkəmədə tədqiq olundu

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 2-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Məhkəmədə 2020-ci ildə baş vermiş 44 günlük müharibə dövründə Azərbaycanın mülki infrastrukturuna ziyan vurulması, mülki şəxslərin öldürülməsi ilə bağlı hadisə yerinə baxış protokolları və ekspert rəyləri Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin iştirakı ilə tədqiq olunub.

Əvvəlcə müharibə zamanı Ağcabədi rayonunun atəşə tutulması faktları üzrə sənədlər tədqiq edilib. Bildirilib ki, 2020-ci il sentyabrın 27-də saat 6 radələrindən Ermənistan silahlı qüvvələri tərəfindən başlamış silahlı hücumlar və hərbi təcavüz nəticəsində Ağcabədi rayonu üzrə 1 mülki şəxs qəsdən öldürülüb, 19 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət almış şəxslərdən 5-i qadın, 14-ü isə kişi, o cümlədən 2-si azyaşlıdır.

Silahlı hücumlar və hərbi təcavüz nəticəsində Ağcabədi rayonu üzrə 536 mülki təyinatlı tikiliyə, 17 nəqliyyat vasitəsinə və 50 fermer təsərrüfatına xüsusilə külli miqdarda maddi ziyan vurulub.

Ağdam rayonunun atəşə tutulması ilə bağlı tədqiq edilən sənədlərə əsasən, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək ağır artilleriya qurğuları hesab olunan “T-64”, “T-72”, “T-80”, “T-90” tipli tanklardan, “2S3 Akasiya”, “2S1 Qvozdika” və digər özüyeriyən artilleriya qurğularından, “2A36 Giasint B”, “D-20”, “D-30”, “D-44”, “D-81” (“D-81M”) markalı toplardan, mina və qumbaraatanlardan, “BM-21” (“Qrad”), eləcə də digər markalı iriçaplı silahlardan atəşlər açılaraq Ağdam rayonunda vahid niyyətlə ümumilikdə 7 mülki şəxs qəsdən öldürülüb, 46 mülki şəxsə qəsdən xəsarət yetirilib.

Ağdam rayonu ərazisində dövlət mülkiyyətinə, 2098 fiziki və 2 hüquqi şəxsə xüsusilə külli miqdarda maddi ziyan vurulub.

Digər sənədlərə əsasən, 44 günlük müharibə dövründə Beyləqan rayonunun atəşə tutulması nəticəsində 2 mülki şəxs həlak olub, 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Rayonda 73 mülki təyinatlı tikiliyə, 3 nəqliyyat vasitəsinə ziyan vurulub. 73 mülki təyinatlı tikilidən 62-si fərdi yaşayış evi, 10-u sahibkarlıq sahəsi, 1-i isə inzibati binadır.

Bərdə ilə bağlı baxış protokollarına əsasən, rayon Ermənistan silahlı qüvvələri tərəfindən “Qrad” markalı 122 millimetr çaplı “G2000”, “Smerç” markalı 300 millimetr çaplı “9M528” reaktiv yaylım atəş sitemlərindən atəşə tutulub. Nəticədə 2020-ci il oktyabrın 5-dən noyabrın 7-dək Bərdə rayonunda ümumilikdə 29 mülki şəxs qəsdən öldürülüb, 112 mülki şəxsə xəsarətlər yetirilib. Həmin hücumlar zamanı Bərdə rayonu ərazisində dövlət mülkiyyətinə, 333 fiziki və 2 hüquqi şəxsə xüsusilə külli miqdarda maddi ziyan vurulub.

Sənədlərə əsasən, Füzuli rayonunun atəşə tutulması nəticəsində 3 dinc şəxs qəsdən öldürülüb, ümumilikdə 17 mülki şəxs qəsdən xəsarət yetirilməklə yaralanıb.

Füzuli rayonu ərazisində dövlət mülkiyyətinə və 376 fiziki şəxsə xüsusilə külli miqdarda maddi ziyan vurulub.

Bildirilib ki, 44 günlük müharibə zamanı Goranboy rayonunda və Naftalan şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış raket və digər partlayıcı qurğuların partlaması nəticəsində 8 nəfər həlak olub, 12 nəfər xəsarət alıb. 368 nəfərin əmlakına, 7 nəfərin avtomobilinə zərər dəyib. Daha 8 nəfərin isə qeyri-yaşayış sahəsinə zərər vurulub.

Daha sonra Mingəçevir şəhərinin atəşə tutulması faktları üzrə sənədlər tədqiq edilib. Sənədlərə əsasən, müəyyən olunub ki, silahlı münaqişə zonasından tamamilə kənar coğrafi koordinatda yerləşən, Azərbaycanın ən böyük 4-cü şəhəri olan Mingəçevir, habelə həmin şəhərdə yerləşən və ölkəni elektrik enerjisini ilə təmin edən “Azərbaycan İstilik Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) 2020-ci il oktyabrın 4-də saat 22 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən böyük dağıdıcı qüvvəyə malik “Smerç” reaktiv yaylım atəşli raketlərlə qəsdən hədəfə alınaraq həmin istiqamətdə atəşlər açılıb.

Müəyyən edilib ki, “Smerç” raketlərindən biri Mingəçevir şəhəri, Bozdağ küçəsi 60 ünvanında yerləşən, 1984-cü il təvəllüdlü Bağırov Elçin Yaqub oğluna məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində inşa edilmiş darvazanın qarşısına düşərək partlayıb. Nəticədə evə, onun “Hyundai Grandeur” markalı avtomobilinə, həyətyanı sahənin qarşısında olmuş qohumu – Ağdam rayonunun Evoğlu kənd sakini, 1958-ci il təvəllüdlü Səfərov Atamoğlan Sabir oğluna məxsus “Kamaz 55111” markalı yük avtomobilinə ziyan vurulub. Həmçinin Bağırov Elçin Yaqub oğlu, 1957-ci il təvəllüdlü anası Bağırova Nabat Çərkəz qızı, qohumu Səfərov Atamoğlan Sabir oğlu, eləcə də qonşuluğunda yerləşən fərdi yaşayış evinin sahibi, 2004-cü il təvəllüdlü İbrahimli Adil Müşviq oğlu bədən xəsarətləri alıblar.

Müəyyən olunub ki, hadisə yerindən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-yə olan məsafə 2800, Mingəçevir su anbarının bəndinə olan məsafə isə 5300 metrdir.

“Smerç” raketlərindən biri Mingəçevir şəhəri, Azdres qəsəbəsində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin 6 və 7-ci enerji bloklarının arasındakı boş sahəyə düşüb və asfalt örtüyü dələrək 40 santimetr dərinliyində yerə batıb, lakin xoşbəxtlikdən partlamayıb. Raketin düşdüyü yerdən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin 6-cı enerji blokunun giriş qapısınadək məsafə 19 metr, 7-ci enerji blokunun giriş qapısınadək məsafə isə 29 metrdir.

Həmçinin müəyyən edilib ki, Ermənistan silahlı qüvvələri oktyabrın 4-dən sonrakı günlərdə də Mingəçevir şəhərini qəsdən hədəfə alaraq həmin istiqamətdə raket mərmiləri atıb. Belə ki, oktyabrın 11-də saat 5 radələrində “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yerləşdiyi ərazi yenidən hədəf seçilib və atılmış raket MMC-nin inzibati binasının həyətyanı sahəsindəki parkın ərazisində çəmənlik sahəyə düşüb. Xoşbəxtlikdən raket partlamadığı üçün həlak olan və ya xəsarət alan olmayıb.

Hadisələrin baş verdiyi yerin ətraf ərazilərində hər hansı hərbi obyekt olmayıb.

Hadisələr zamanı Mingəçevirdə 45 fərdi yaşayış evinə zərər dəyib.

Daha sonra məhkəmədə müharibə zamanı Bakı-Tbilisi-Ceyhan boru kəmərinin və Cənub Qafqaz Boru Kəmərinin “Smerç” raketi ilə hədəf alınmasına dair (Yevlax rayonu və Goranboy rayonunun Goran kəndi istiqamətdə raket atılması faktları) sənədlər tədqiq edilib.

Məhkəmə prosesində 44 günlük müharibə zamanı Tərtər rayonunun ağır artilleriyadan atəşə tutulması nəticəsində mülki şəxslərin ölməsi, mülki infrastruktura, vətəndaşların əmlaklarına zərər dəyməsi üzrə sənədlər də tədqiq olunub.

Fasilədən sonra məhkəmədə zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

Zərərçəkmiş şəxs Pərvin Qasımova 2020-ci il oktyabrın 4-də səhər saatlarında Gəncə şəhəri, Əziz Əliyev küçəsində yaşadıqları evə Ermənistan silahlı qüvvələri tərəfindən atılmış raket düşdüyünü deyib. Nəticədə o, görmə qabiliyyətini itirib, üzündən, qollarından və bədəninin digər hissələrindən xəsarətlər alıb. Hadisə zamanı onun evdə olan anası da yaralanıb.

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkmiş şəxs hadisə zamanı 3 yaşlı və 4 aylıq qızlarının evdə olduğunu, böyük qızının hələ də psixoloji sarsıntılar yaşadığını söyləyərək deyib: “Göydən təyyarə keçəndə elə bilir evə raket düşəcək. Fişəng atılanda qorxur, əsir”.

Zərərçəkmiş şəxs İradə Qasımova qızı P.Qasımovanın dediklərini təsdiqləyərək hadisə zamanı huşunu itirdiyini söyləyib. O, xəsarətlərə görə müalicəsinin hələ də davam etdiyini söyləyib.

“Böyük nəvəm hələ də qorxu içərisindədir. Deyir ki, evimizə yenə raket atacaqlar? Deyirəm ay bala, daha heç nə yoxdur”, – deyə İ.Qasımova Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Təranə Məmmədovanın suallarını cavablandıran zaman bildirib.

Zərərçəkmiş şəxs Qoşqar Xəlilov isə övladları – Xəlilli Orxan Qoşqar oğlunun və Əmrahlı Məryəm Qoşqar qızının hüquqi varisi qismində tanındığını diqqətə çatdırıb. O deyib ki, 2020-ci il oktyabrın 17-də saat 1 radələrində Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya ilə atəşə tutularkən raket mərmisinin M.Hacıyev küçəsində yerləşən evinin yaxınlığına düşüb partlaması nəticəsində həmin evdə yaşayan oğlu Orxan, qızı Məryəm, keçmiş həyat yoldaşı Xatirə Qəhrəmanova, qaynı qızı Ləman həyatlarını itiriblər.

Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran Q.Xəlilov həmin ərazidə hərbi təyinatlı hər hansı obyektin olmadığını da söyləyib.

Zərərçəkmiş şəxs Xosrov Əjdərov Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarına cavabında deyib ki, 2020-ci il oktyabrın 2-də saat 20 radələrində o, dostu Rüfət Vəliyevlə birlikdə Tərtər Rayon Polis Şöbəsinin inzibati binasının qarşısında avtomobillə hərəkətdə olan zaman Ermənistan silahlı qüvvələrinin atdığı raketlərdən biri onların avtomobilinin yaxınlığına düşüb. Nəticədə o, yaralanıb.

Zərərçəkmiş Şamama Quliyeva Ağdam rayonunun Bənövşələr qəsəbəsində 2020-ci il oktyabrın 19-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin açdığı artilleriya atəşi nəticəsində özünün, qızı Maya Quliyevanın və hərbi jurnalist Anar Şuşalının (Anar Həsənov, həmin vaxt AZTV-də çalışıb – red.) yaralandığını bildirib. Hadisə zamanı onun evinə də zərər dəyib.

“Müharibəni mülki qarşı şəxslərlə aparırlar? Qocaları, körpələri öldürmək müharibə deyil. Sizin məqsədiniz azərbaycanlıları məhv etmək idi”, – deyə Ş.Quliyeva ifadə verərkən üzünü təqsirləndirilən şəxslərə tutaraq bildirib.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş şəxs həmin vaxt cəbhə bölgəsi ilə Bənövşələr qəsəbəsi arasında bir neçə kəndin olduğunu söyləyib.

Zərərçəkmişin ifadəsindən sonra onun həyətinə mərmi düşməsi ilə bağlı baxış protokolu tədqiq edilib.

Məhkəmədə zərərçəkmiş şəxslərin barəsindəki tibbi-ekspertiza rəyləri də elan olunub.

Məhkəmə prosesində təqsirləndirilən şəxs Davit İşxanyana müdafiəçisinin səhhətinə görə prosesdə iştirak edə bilməyəcəyi, ona yeni müdafiəçinin təyin olunacağı bildirilib. D.İşxanyan müdafiəçisinin yaxşı vəkil olduğunu deyərək, yeni vəkilin təyinatına etiraz etmədiyini bildirib.

Məhkəmə prosesi iyunun 5-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Sumqayıtın bu ərazisində qaz kəsiləcək

Sabah Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində qaz sızmasının qarşısını almaq məqsədilə 2 500 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Sumqayıt Qaz İstismarı Sahəsindən məlumat verilib.

Bildirilib ki, aparılacaq təmir işləri qaz xətlərində təhlükəsizliyin təmin olunması məqsədi daşıyır. İşlərin gün ərzində yekunlaşdırılması və qazın verilişinin bərpası nəzərdə tutulur.

Dələduzlar sizi “QR” kodla aldada bilər – XƏBƏRDARLIQ

Dələduzluğun yeni növü peyda olub. Artıq ictimai məkanlarda saxta QR-lar vasitəsilə vətəndaşlar aldadılır.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşları küçə, dayanacaq, park və digər ictimai məkanlarda saxta “QR”-lara qarşı diqqətli olmağa çağırıb.

Qurumdan bildirlib ki, vətəndaşlardan əsasən bir necə məlumat tələb olunur ki, bununlada lşəxsş hesabları ələ keçirilir.

Əgər vətəndaşlar hansısa şübhəli hallarla rastlaşarlarsa bununla bağlı hüquq mühafizə orqanlarına müraciət edə bilərlər.

Rublun bahalaşmasının hansı təsirləri olacaq? – AÇIQLAMA

Əgər 2025-ci il yanvarın 1-də 1 ABŞ dolları almaq üçün 113 rubl tələb olunurdusa, hazırda bu məzənnə 78,8 rubla enib.

Eyni zamanda ilin əvvəlində 1000 rublu 16 manata dəyişmək mümkün idisə, indi bu məbləğ 22 manat təşkil edir.

Rusiya Azərbaycanın ən böyük idxal tərəfdaşı olmaqla yanaşı, ölkəyə göndərilən pul baratlarının da əsas mənbəyidir.

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli bildirib ki, rublun bahalaşması Rusiyadan Azərbaycana göndərilən pul vəsaitlərinə birbaşa təsir göstərir.

Onun sözlərinə görə, məzənnənin yüksəlməsi nəticəsində vətəndaşların əldə etdiyi manat məbləği də artıb. Belə ki, 2025-ci ilin əvvəlində Rusiyadan göndərilən 10 min rubl 160 manat dəyərində idisə, hazırda bu məbləğ 220 manata bərabərdir:

“Ticarət göstəricilərinə gəlincə, rublun möhkəmlənməsi hələlik Azərbaycanın Rusiyaya ixracına müsbət təsir etməyib. Rəsmi statistikaya əsasən, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanın Rusiyaya ixracı 325,5 milyon dollar təşkil edirdisə, 2025-ci ilin eyni dövründə bu rəqəm 322,9 milyon dollara düşüb. Rublun möhkəmlənməsi ixraca müsbət təsir göstərən faktordur”.

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.

BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir.

Uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Uşaqlar Azərbaycanın gələcəyidir və ölkənin gələcəyi onların əlindədir.

Bu gün Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondunun prezidenti, ICESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır.

Azərbaycanda uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması istiqamətində silsilə tədbirlərin keçirilməsinə təkan verir. Məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə qaçqın və məcburi köçkün ailələrindən olan, eləcə də imkansız uşaqlara xüsusi diqqət ayrılır. Əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiya olunması istiqamətində tədbirlər həyata keçirilir.

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirildi – Yeniləndi

İyunun 1-də Şuşa şəhərində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə türkdilli xalqların məktəbliləri arasında “Şuşa türk xalqları birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib.

Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr Türk Respublikası və Macarıstandan 300 nəfərə yaxın məktəbli ölkələrinin musiqi və rəqs mədəniyyətini təqdim edib.

Türkdilli xalqların birliyini əks etdirən festivalda elm və təhsil naziri Emin Əmrullayev, tanınmış mədəniyyət və incəsənət xadimləri, məktəblilər, şəhid övladları iştirak ediblər.

Qeyd edək ki, beynəlxalq yaradıcılıq festivalının təşkilində məqsəd türkdilli xalqlardan olan uşaqları bir-birinin milli adət-ənənələri ilə tanış etmək, uşaqlar arasında dostluq, qardaşlıq, qarşılıqlı əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirmək, onlara öz ölkələrinin tarix və mədəniyyətini layiqincə təmsil etmək üçün şərait yaratmaq, eləcə də Şuşa şəhərinin füsunkar gözəlliyini iştirakçılara tanıtmaqdır.

***

Şuşa şəhərində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə türkdilli xalqların məktəbliləri arasında “Şuşa türk xalqları birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilir.

Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr Türk Respublikası və Macarıstandan 300 nəfərə yaxın məktəbli ölkələrinin musiqi və rəqs mədəniyyətini təqdim edir.

Smartfonunuzdakı yeddi ən təhlükəli PROQRAM

Mobil texnologiyaların müasir dünyasını tətbiqlərsiz təsəvvür etmək mümkün deyil. Onlar gündəlik həyatın ayrılmaz hissəsinə çevrilərək həyatın bir çox aspektlərini asanlaşdırır. Lakin onların bir çoxu ciddi təhlükə yaradır.

Rusiya Xalqlar dostluğu universitetinin rəqəmsal inkişaf üzrə təhsilin keyfiyyəti komissiyasının sədr müavini Makar Berestov aydınlaşdırır ki, tətbiqlər kontaktlar və hərəkətlər haqqında məlumat toplayır. 

Sonra əsas olanları sadalayıb.

Messencerlər

Tipik olaraq, messencerlər kontaktlar, metadata toplayır və bəzən mesajları oxuyurlar. Buna görə də, tətbiqə hansı girişin verildiyini izləmək lazımdır. Əlbəttə ki, messencer çatları vasitəsilə öz sxemlərini ən çox həyata keçirən fırıldaqçılara endirim etməməliyik.

Sosial şəbəkələr

Sosial şəbəkə proqramları smartfonumuzdan çoxlu məlumatlara çıxış əldə edir: fotoşəkillər, kontaktlar, əlaqələr. Beləliklə, nəinki sızma, hətta müşahidə riski də yüksəkdir. Ən qorxulusu fərdiləşdirilmiş reklamdır ki, sosial şəbəkələr bizim maraqlarımız haqqında bizdən daha çox şey bilirlər.

Xəritələr və naviqatorlar

Bu cür proqramlar bir insanın harada yaşadığını, işlədiyini və ən çox ziyarət etdiyini, hansı marşrutlardan istifadə etdiyini və müəyyən bir zamanda harada ola biləcəyini bilir.

Maliyyə tətbiqləri

Onlayn bankçılıq sındırılma və pul itirmə riskini daşıyır. Təbii ki, maliyyə institutları adətən yaxşı müdafiəyə malikdirlər, lakin cinayətkarlar heç vaxt yerində dayanmırlar.

Tanışlıq proqramları

Siyahıda daha sonra tanışlıq proqramları var. Qeyd edilir ki, bu proqramlar şəxsi məlumatları internetə sızdıra bilər və ya lazımi səviyyədə müdafiəyə malik deyil. Nəticədə fotoşəkillər, geolokasiya, ad, parollar, e-poçt və proqrama daxil olmaq haqqında məlumatlar fırıldaqçıların mülkiyyətinə çevrilə bilər.

Fitnes izləyiciləri

Bir çox insan idman və fitnes proqramlarından istifadə edir. Əvvəlcə sağlamlıq və marşrutlar haqqında məlumat toplayırlar, sonra isə çoxlu lazımsız məlumatlar verə bilirlər. Məsələn, 2018-ci ildə məlum oldu ki, proqramlardan biri qaçış və velosiped sürmək üçün ən populyar yerləri sıralayır və onun xəritələrində ictimaiyyətə açıqlanan məxfi ABŞ hərbi bazaları haqqında məlumatlar görünür.

“Faydalı” proqramlar

Faydalı proqramların özləri – telefon əlavələri – heç bir zərər daşımır, lakin onların tələb etdiyi icazələrə diqqətlə nəzarət etməlisiniz. Çox vaxt heç bir səbəb olmadan məlumat toplayırlar. Beləliklə, fənər və ya hava proqnozu kontaktlarınıza daxil olmaq istəyirsə, bu ehtiyatlı olmaq üçün bir səbəbdir.

Rusiya aerodromları vurulur: 40 təyyarə məhv edildi

Ukrayna ordusu hazırda Rusiyanın strateji bombardmançılarının yerləşdiyi aerodromlara PUA-larla hücumlar edir.

Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin sədri Vasili Malyuk məlumat verib.

Onun sözlərinə görə, İrkutsk vilayətindəki “Tu-22M3” strateji bombardmançılarının yerləşdiyi “Belaya” aerodromu, Murmansk vilayətində “Tu-22M3” strateji bombardmançılarının yerləşdiyi “Olenya” aerodromları hücuma məruz qalıb.

“Belaya aerodromu indi necə gözəl görünür, strateji düşmən aviasiyası”, – Malyuk yaydığı videoda bildirib.

Ukrayna mətbuatının yazdığına görə, Rusiyanın 5 aerodromuna endirilən zərbələr nəticəsində 40 strateji təyyarə məhv edilib.

1194-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1194-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 663 təyyarəsi, 283 helikopteri, 60 692 PUA-sı, 609 zenit-raket kompleksi, 23 685 tank və digər zirehli texnikası, 1 565 reaktiv yaylım atəş sistemi, 25 529 artilleriya və minaatanı, 36 288 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Uşaqları dilənçiliyə kimlər vadar edir? – Konkret yerlər var ki…

Dünyanın müxtəlif ölkələrində dilənçilik edən uşaqları tez-tez görmək olar. Təəssüf ki, Bakı küçələrində də bu mənzərənin şahidi oluruq. Uşaqlar metroda, yeraltı keçidlərdə və ya küçələrdə dilənirlər. Bəziləri bu uşaqların qazancının onları uşaqlıqdan məhrum edənlərin cibinə girəcəyini düşünmədən keçir.

İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun illik məlumatı isə uşaqların istismarına göz yummamağa çağırır: “Reydlər zamanı küçə həyatına məruz qalan, dilənçilik edən 616 azyaşlı müəyyən edilib. Onları hüquqazidd əməllərə təhrik edən 354 valideyn barədə tədbir görülüb”.

Milli Koordinatorun 2024-cü ildə ölkəmizdə insan alverinə qarşı mübarizəyə dair məlumatının müzakirəsi zamanı millət vəkili Fazil Mustafanın səsləndirdiyi fikirlər də problemin dərinliyinə diqqət yönəldir: “O uşaqlara dövlət sahib çıxmalı, yenidən küçəyə qayıtmasına imkan tanımamlıdır. Dövlət xüsusi mexanizmi tətbiq etməlidir. O cür uşaqlar üçün internat məktəbi yaratmaq olar. Küçədə dilənçilik edən uşaq tutuldusa, dərhal ora göndərilməlidir və valideynin əlindən alınmalıdır. Çünki valideynə qaytarılsa, yenidən o yola təhrik olunacaq”.

Təəssüf ki, uşaqları küçələrdə dilənçiliyə sövq edən səbəblər dövləti və cəmiyyəti həmişə narahat etsə də, problem tamamilə çözülmür, həll yolu tapılmır. Dövlətimizin uşaq hüquqlarının qorunması və müdafiəsi ilə bağlı qanunları var. Amma küçədə dilənən valideynli-valideynsiz uşaqlara hələ də rast gəlinir. Bəs o uşaqları küçədən yığmaq üçün daha hansı addımlar atmaq olar?

Cinayət məsuliyyətinə səbəb olan hal

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Ruslan Vəliyev qeyd edir ki, yetkinlik yaşına çatmayan – 15 yaşınadək uşaqların işlədiləməsi qanuna ziddir: “Bu, həm Konstitusiya, həm də Əmək Məcəlləsi ilə qadağan olunub. Həmin şəxslərin və 15 yaşdan yuxarı uşaqların belə məcburi əməyə cəlb olunması Əmək Məcəlləsində cinayət məsuliyyətinə səbəb olan haldır. Bütün bu məsələlər qanunvericilikdə öz əksini tapıb, sadəcə olaraq onun tətbiqində boşluqlar ola bilər”. R.Vəliyevin fikrincə, problemin parlamentdə gündəmə gətirilməsi müsbət haldır: “Belə hüquq pozuntuları barədə məlumatlar vətəndaşlar tərəfindən də dövlət orqanlarına daxil olsa, yaxşı olar. O cümlədən, KİV-in üzərinə böyük məsuliyyət düşür ki, belə hallar aşkarlanarkən dövlət orqanlarına məlumat verilsin”. Hüquqşünas bildirir ki, uşaqlarını dilənçiliyə təhrik edən valideynləri də cəza gözləyir: “Əgər məcburi əmək varsa, qanun cəlb edənin valideyn və ya digər şəxs olduğuna baxmır. Sosial statusundan asılı olmayaraq hər bir şəxs qanun qarşısında məsuliyyət daşıyır”.

Valideynlərlə işləmək

“Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Kəmalə Aşumova hesab edir ki, uşaqların ailələrdən alınması bu problemin həllində çıxış yolu deyil: “Hər uşaq ailə mühitində böyüsə yaxşı olar. Baş verən hər uşaq hadisəsi individual yanaşma və araşdırma tələb edir. Hər bir uşağın yaxınının, doğmasının onu küçə həyatına sövq etməsinin arxasında nə durur, ilk növbədə onu araşdırmalıyıq”. İB sədri küçədə bu cür uşaqlarla görüşdüyünü, valideynləri ilə iş apardığını bildirir: “Bizim məqsədimiz odur ki, onlar internatlara, sığınacaqlara deyil, ailələrinə inteqrasiya etsinlər. Belə olanda uşaqların inkişafına ailələri ilə birgə nail oluruq”. K.Aşumova hesab edir ki, problemin həlli üçün valideynlərlə işləmək lazımdır: “Biz valideynlərlə işləyəndə onların sosial-maddi rifahlarının aşağı olmasını, xəstəliyini, çətinlik ucbatından övladını təhsilə yönəldə bilməməsini, uşağı ilə birgə küçədə diləndiyini müşahidə etmişik. Biz çalışmalıyıq ki, ailələrin sosial-maddi rifahının yaxşılaşdırılması, məşğulluqlarının təmini ilə uşaqların ailələrdə böyüməsinə nail olaq. Ailə ilə işləmək və onlarla reabilitasiya işi aparmaq lazımdır. Bu, dövlət qurumları ilə əməkdaşlıq, psixoloji terapiyalar, valideyn bacarıqlarının öyrədilməsini və s. tələb edir. Elə uşaq var ki, o valideyni ilə küçədə durursa, biz onu valideynindən ayıranda uşaq evinə getmək istəmir. Bəs o uşaqlarla nə edək? Mən o halda uşağın valideyndən alınmasının tərəfdarıyam ki, valideyn tüfeyli həyat sürür, zərərli vərdişləri var və bundan əl çəkmək istəmir. Onda uşaq ya alternativ himayədar bir ailəyə verilə və ya müəssisəyə yerləşdirilə bilər. Yaxın qohumların qəyyumluğunu da nəzərdən keçirmək lazımdır”. Bu tip uşaqların təhsildən yayınmasına gəlincə, K.Aşumovanın fikrincə, təhsil sistemi elektronlaşdırılandan sonra həssas və sosial təhlükəli vəziyyətdə yaşayan və ya kirayədə qalan, doğum haqda şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsi olmayan ailələrdə problem yaşanıb. Belə ki, elektronlaşdırma sistemə düşmək üçün sənəd tələb edir: “Vaxt keçdikcə də uşaq təhsildən kənar qalır, onu məktəbə götürmürlər. Valideyn kirayədə yaşayıb qeydiyyatı olmadığı üçün nə özünə şəxsiyyət vəsiqəsi ala bilir, nə də uşağının sənədi olur. Uşaq məktəbə getmirsə, yerli icra və polis orqanlarına, sosial xidmət mərkəzlərinə məlumat verilməlidir. Həmin ailə reabilitasiyaya cəlb olunmalı, araşdırılmalıdır. Orada valideynin biganəliyindən başqa digər məsələlər – erkən nikah, zorakılıq və s. aşkarlana bilər. Yerli İH və polis şöbəsi bu cür ailələri müəyyənləşdirməlidir. İstisna halda bu təbəqə üçün qeydiyyat məsələsini bir az asanlaşdırmaq lazımdır”.

Psixoloji maarifləndirmə

Psixologiya üzrə fəlsəfə doktoru Fatimə Bayramova da hesab edir ki, küçələrdə, körpü altında, təhlükəli şəraitdə, gün altında, soyuq havada azyaşlı uşaqları diləndirmək ağılasığmazdır: “Konkret yerlər var ki, orada uşaqların dilənməsinə göz yumulur. İnsanlar da uşağın həqiqətən ehtiyacı olub-olmadığına əhəmiyyət vermir”. Psixoloq hesab edir ki, övladını dilənməyə sövq edən valideynlər uşaqları əllərindən alınmazdan öncə psixoloji müayinədən keçirilməlidirlər: “Çünki bəzilərinin həqiqətən, psixoloji problemi olur, şiddətə meyilli olurlar. Belə şəxslər üçün müalicə şərtdir. Bəzi uşaqlar isə kiminsə təsiri altında dilənməyə başlayırlar. O cür aldanmış uşaqları psixoloji maarifləndirməyə cəlb etmək mümkündür”. (“Kaspi” qəzeti)

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?