
2023/2024-cü tədris ili üzrə rus bölməsinə qəbul olan şagirdlərin sayı məlum olub.
yasamal.tv xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, 2023/2024-cü tədris ili üzrə rus bölməsi üzrə birinci sinfə 11 943, məktəbəhazırlıq qruplarına 5 568 uşaq qəbul olub.
Nazirliyin bildirdiyinə görə, ötən 2022/2023-cü il tədris ilinin əvvəlində isə rus bölməsinə birinci sinfə 14 989, məktəbəhazırlıq qruplarına 6 168 uşaq qəbul olunub.