Hakan Fidan Ukraynada Volodimir Zelenski ilə görüşüb

16

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında görüş başa çatıb.

yasamal.tv xəbər verir ki, Zelenski bu barədə teleqramda yazıb.

Onun sözlərinə görə, tərəflər bir çox mühüm məsələləri müzakirə edib: “Biz həmçinin sülh formulu, Qlobal Sülh Sammitinə hazırlıq və Qara dəniz taxıl dəhlizinin blokadasının yaratdığı risklər barədə danışdıq”.

Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, H.Fidan daha sonra Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakla görüşüb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin